Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-436/2020 10.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun adına olan, şəxsi mülkiyyətində olan Azərbaycan küçəsi ev 19, mənzil 8 evindən qeydiyyatdan çıxarılması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun adına olan, şəxi mülkiyyətində olan Azərbaycan küçəsi ev 19, mənzil 8 evindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə xx.xx.2019-cu il tarixdə məktub ünvanlanmış və həmin məktub xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Yardım məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinizə çatdırılır ki, fiziki şəxs olan hazırki cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Sizin tələbiniz isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Nəzərinizə çatdılır ki, qəbul ediləcək məhkəmə qərarı Cavabdeh maraqlarına toxunacağından o, iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 2.1-ci birinci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi, iddia tələbinizə cavab verməli inzibati orqan Daxili İşlər Nazirliyinin Zərdab rayon Polis şöbəsidir. Bunlardan başqa inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtlərindən biridə iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh kimi müəyyən etdiyi inzibati orqana müraciət etməsidir. İddia ərizəsinə Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı polis orqanına müraciətinizi əks etdirən sübutlar əlavə edilməmişdir. Bundan başqa nəzərinizə çatdılır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəfinizdən hər hansı inzibati orqan tərəfindən hüquq və qanunla qorunan maraqlarınızın pozulması halları iddia ərizəsində əsaslandırlmamışdır. Qeyd olunanlara əsasən hazırkı tələbinizə mahiyyəti üzrə baxılması mümkün olmamış, iddianızın mümkünlüyü məsələsinin müzakirə edilməsi zərurəti yaranmışdır. Odur ki, iddia tələbinə cavab verməli inzibati orqana qarşı yönəlmiş və İPM-in 27, 35, 46-cı maddələrinin tələblərinə cavab verən iddia ərizəsinin, habelə Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı polis orqanına müraciətinizi əks etdirən sübutların və ya polis orqanının imtinasının məhkəməyə təqdim olunması üçün Sizə 10 (on) gün müddət təyin edilir. Müəyyən olunmuş müddət ərzində tələb olunanlar məhkəməyə təqdim olunmayaçağı təqdirdə İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən iddianın mümkünlüyünə hüquqi qiymət veriləcəyi barədə Sizə xəbərdarlıq edilir.” Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on ) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun adına olan, şəxsi mülkiyyətində olan Azərbaycan küçəsi ev 19, mənzil 8 evindən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-436/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-436/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver