Məhkəmə qərarları › İş №2-1(116)-44/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-44/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-44/2025 07.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-985A” saylı şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən 900 kv.m həyətyanı torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 993 kv.m həyətyanı torpaq sahəsinə faktiki yerləşdiyi əraziyə uyğun vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “JN-985A” saylı şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən 900 kv.m həyətyanı torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə xx.xx.2025-ci il tarixli iclas protokolunun qərarddadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum əri X1 miras qalmış evin texniki pasportunda 993 kv.metr həyətyanı torpaq sahəsi göstərilsə də ailə üzvlərimizin adına 900 kv.metr torpağa JN-985A saylı Şəhadətnamə hazırlanmışdır. Həmin həyətdə yerləşən digər evin texniki pasportunda həyətyanı torpaq sahəsi 531.3 kv.metr göstərilsə də həmin torpağa Şəhadətnamə hazırlanmamışdır. Həmin həyətdə yerləşən və oğlu X7 məxsus evin texniki pasportunda isə 625.8 kv.metr həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin qeyd edilən torpağa da Şəhadətnamə hazırlanmamışdır. Mərhum əri X8 vəfal etdikdən sonra evə və oğlu X7 məxsus texniki pasportda göstərilən 625.8 kv .metr həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq istəyən zaman məlum olmuşdur ki, həmin 2150 kv.metr həyətyanı torpaq sahəsinin cəmi 900 kv.metr hissəsinə Şəhadətnamə hazırlanmışdır. Ona görə də Şəhadətnamədə və Texniki Pasportlarda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınaraq Dövlət Reyestrindən Çıxarış hazırlanmalıdır. Qeyd edir ki, həmin həyətdə yerləşən, dekabr 1962-ci il tarixli 371 inventar nömrəli Texniki Pasport əsasında 625.8 kv.metr həyətyanı torpaq sahəsinə oğlu X5 adına Dövlət reyestrindən Çıxarış verilməsi barədə özü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bundan başqa mərhum ərinin adına olan yanvar 1978-ci il tarixli 1227 nömrəli Texniki Pasportda qeyd edilən 531.3 kv.metr torpaq sahəsinə mülkiyyət sənədinin hazırlanması tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən evə və həmin evin yerləşdiyi 993 kv.metr həyətyanı torpaq sahəsinə JN-985A saylı Şəhadətnamə və fevral 1977-ci il tarixli 1 140 inventar nömrəli Texniki Pasport əsasında vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarını qeydiyyata alaraq, ailə üzvlərinin adına, torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. İdarədən verilmiş 26 may 2023-cü il tarixli 3-21 -42/2-İ-0027-81 2023 nömrəli cavab məktubunda müraciətinin icra olunmasından imtina edilmişdir.Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, X12 xarici Ölkə vətəndaşıdır. Azərbaycan Respublikası, Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbiiər və vətəndaşlığ, olmayan şəxslər xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə хаrici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxslər beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrin,yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə görə da müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina edilmişdir.

1. Cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı;

2. 2-B-1/31 №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 405203 №-li Nikahın bağlanması haqqında Şəhadətnamə;

3. 1977-ci il tarixli 1140 inventar nömrəli Texniki Pasport.

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş Oğuz RİHB Oğuz Şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısından çıxarış;

5. Oğuz Rayon Dövlət Arxivinin 19 iyul 2023-cü il tarixli məktubu;

6. 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi;

7. İİ-ЖГ 452106 nömrəli Ölüm haqqında şəhadətnamə;

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1989/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi .

9. DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 mart 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssi rəyindən görünür ki,iddia olunan ünvanında yerləşən İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi 0,1770 hektardır.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı və ailə üzvlərininn adına JN-985A nömrəli şəhadətnamə verilmişdir.Həmin Şəhadətnamyə əsasən 0,09 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1989/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz şəhərində həyətyanı torpaq sahəsi ayrılan subyektlər siyahısında X13 və ailə üzvlərinə aid hissə 9 Saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyildir. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyildir. 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 mart 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssi rəyindən görünür ki,iddia olunan ünvanında yerləşən İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi 0,1770 hektardır. Həmin yaşayış evləri X13 və X2 adına tərtib edilmiş Texniki Pasportlara əsasən yerləşmə vəziyyətini təyin etmək mümkün deyildir. Oğuz şəhəri ərazisində aparılmış kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən JN-985A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə dair DWG və TEKUİS-ə uyğun müqayisəli sxem tərtib edilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin Şəhadətnamə əsasən yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilmişdir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,1770 hektar torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən 0,09 hektar hissəsi JN-985A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Qalan 0,0870 hektar hissəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,1770 hektar torpaq sahəsi X10 X11 (TEKUİS) əsasən 3 (üç) hissədən ibarət olmaqla 2 (iki) hissəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyəti, 1 (bir) hissəsinin isə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü JN-985A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi JN-985A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində 2 (iki) fərdi yaşayış evi mövcuddur. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin biri yeni inşa edilmişdir. Digəri isə iddiaçı və ailə üzvlərinin JN-985A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşir. Faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin biri X2 adına tərtib edilmiş Texniki Pasportda göstərilən evdir.Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1770 hektar torpaq sahəsinin Oğuz şəhəri ərazisində aparılmış kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən JN-985A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətinə verilmiş 0,09 hektar torpaq sahəsinin Situasiya planına əsasən həndəsi ölçüləri arasında konfiqurasiya fərqləri mövcuddur. Lakin həmin fərqlər nəzərə alınmadan faktiki istifadəyə uyğunlaşdırılmışdır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Aqrar islahatın məqsədi şəxslərin qanuni istifadələrində olan torpaq sahəsinin onların mülkiyyətinə verilməsindən ibarətdir. Hazırkı tələb üzrə qeydə alınması iddia olunan fərdi yaşayış evi aqrar islahat əvvəl tikilmiş olduğu halda “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları evin yerləşdiyi torpaq sahəsini əhatə etməli olduğu halda texniki yanlışlığa yol verilmişdir. Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Həmin Qanununun 10-cu maddəsinə əsasən tərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ... 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. X5 Azərbaycan Respublikasının vətəndaşı olmaması ilə bağlı cavabdeh orqanın imtina dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində Şəhadətnamədə adları göstərilənlərin gözlənilən mülkiyyət hüququ digər dövlətin vətənaşlığını qəbul edənədək yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi həmin hüququn dövlət qeydiyyatına alınmasına hüquqi əsas yaradır. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, ümumi birgə mülkiyyətçinin mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-985A saylı şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Oğuz şəhərində yerləşən 900 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı,X6,X9,X13 və X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alaraq (X5 bir il ərzində məcburi qaydada özgəninkiləşidirilmək şərti ilə) dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-985A saylı şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Oğuz şəhərində yerləşən 900 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı,İsmayılova (Babayeva) Xuraman Möhlüd qızı,X9,X13 və X3 ümumi birgə mülkiyyət hüququnun (X5 mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərti ilə) qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar