Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-440/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması", cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala rayonu "Muxax" kolxozunun 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir. Zaqatala rayonu Muxax kənd YAİK-in 04.05.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. Zaqatala rayonu Muxax YAİK tərəfindən 14.10.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt" tərtib edilməklə mal damı İddiaçı verilmişdir. Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş 14.10.2009-cu il tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14.10.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, sözügedən qeyri-yaşayış binası (mal damı) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 17.10.2020-ci il tarixli **********20 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas sayılır. Lakin iddiaçının təqdim etdiyi "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" 14.10.2009-cu ildə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozunun Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, mülkiyyətinə verilmiş mal damının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin mal damının yerləşdiyi torpaq sahəsinin və həmin damın ətrafında olan əvvəlki torpaq sahəsinin onun mülkiyyətinə verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayon "Muxax" kolxozunun mülkiyyətində olan mal damı onun mülkiyyətinə verilmiş, o, mal damının dəyərini həmin dövrdə olan qiymətlə tam həcmdə ödəmişdir. Lakin həmin mal damının yerləşdiyi torpaq sahəsi və onun kənarında olan torpaq sahəsi onun razılığı olmadan başqa şəxsə verilmiş, buna görə də o, həmin mal damını öz adına rəsmiləşdirə bilməmişdir. Bundan sonra iddiaçı iddiasını dəyişdirərək məhkəməyə yeni iddia ərizəsi göndərmişdir. O, həmin iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini və Zaqatala Rayonu Muxax Bələdiyyəsini göstərmiş, iddia tələbini isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" və cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 17.05.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasının protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 17.05.2021-ci il tarixli ayrıca qərardadı ilə iddianın cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" tələbinə aid hissəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı qərarda iddianın yalnız cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" hissəsinə qiymət verildi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya qarşı 31.03.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 12.10.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu "Muxax" kolxozunun 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir. Lakin 17.05.1998-ci il tarixli 2 nömrəli ümumi yığıncağın protokolu protokollar kitabında aşkar edilməmişdir. - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 13.07.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu Muxax kənd YAİK-in 04.05.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. - Zaqatala rayonu Muxax YAİK tərəfindən 14.10.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt"dan görünür ki, mal damı İddiaçı verilmişdir. - Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş 14.10.2009-cu il tarixli 26 nömrəli qaimədən görünür ki, camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir. - İşdə olan 14.10.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin İddiaçı tərəfindən təqdim edilmiş həm "Əmlakdan pay haqqının verilməsi barədə akt", həm də "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni 14.10.2009-cu ildə verilmişdir. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, mal damına İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyil. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi mal damına iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-440/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-440/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver