Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-440/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “1997-ci il tarixdən Mingəçevir şəhər Köhnə xəstəxana ərazisindən iddiaçıya ayrılıb verilən və adına 23 nömrəli bağ təsərrüfatının texniki pasportu işlənmiş 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi işlənməklə adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1997-ci il tarixdən Mingəçevir şəhər Köhnə xəstəxana ərazisindən iddiaçıya ayrılıb verilən və adına 23 nömrəli bağ təsərrüfatının texniki pasportu işlənmiş 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi işlənməklə adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilən imza ona aid imza deyil. Həmin imza adını “Sədi” olaraq bildiyi Mingəçevir şəhəri Günəşli qəsəbəsində yaşayan, daşınmaz əmlakın alqı-satqı işləri ilə məşğul olan şəxs tərəfindən çəkilərək məhkəməyə təqdim edilmişdir. Həmin şəxs, qudası - şəhid ailəsi olan X3 2700 manat məbləğində pul alaraq hazırkı işin düzələcəyinə söz vermişdir. O, heç vaxt Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməmişdir və adının qeyd olunduğu texniki pasport adını “Sədi” olaraq bildiyi şəxs tərəfindən hazırlanaraq, onun adı qeyd edilməklə məhkəməyə təqdim edilmişdir. Ona məhkəmə iclas zalına sadəcə girib çıxmağın lazım olduğu və məhkəmə iclasında torpaq sahəsinin texniki pasport əsasında verilməsinin hakimə bildirilməsini, bununla da iddianın təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasından əvvəl dəfələrlə “Sədi” adlı şəxsə zəng etmiş, o, özünün də gələcəyini bildirərək narahat olmamasını bildirmişdir. Məhkəmə iclasında iddiaçı, “iddianın geri götürülməsi barədə” ərizəni və X5 və özü tərəfindən imzalanmış yazılı izahatları məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə və iddiaçı və Aynur Məmmədova tərəfindən imzalanmış izahatlar icraata qəbul edilmişdir. X4 izahatında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən İddiaçı məxsus olduğu bildirilən 0,06 ha torpaq sahəsində 2020-ci ildə vətən müharibəsində oğlu şəhid olduqdan sonra xalqın dəstəyi ilə fərdi yaşayış evi tikilmişdir və orada qızı ilə birgə yaşayır. Həmin torpaq sahəsini sənədləşdirmək üçün Mingəçevir bələdiyyəsinə müraciət edərkən bələdiyyənin inzibati binasının qarşısında adını sonradan “Sədi” olaraq bildiyi şəxs ona 2700 manat məbləğində pulun verilməsini təklif etmiş və bildirmişdir ki, asan yolla qısa müddət ərzində o, həmin torpaq sahəsinin sənədləşməsini həll edə bilər. Torpaq sahəsi X1 məxsus olmuş və o, həmin torpaq sahəsini əvəzsiz olaraq oğlu şəhid olduğuna görə ona bağışlamışdır. Sədi isə Yaqub Mustafayevə həmin torpaq sahəsini 5-10 ilə ancaq sənədləşdirəcəyini bildirirərək özünün daha qısa müddət ərzində məhkəmə yolu ilə torpaq sahəsinin sənədləşdirilməsinə nail olacağını bildirmişdir. Ona və qudası İddiaçı məhkəmə iclas zalına sadəcə girib çıxmağın lazım olduğu və məhkəmə iclasında torpaq sahəsinin texniki pasport əsasında verilməsinin hakimə bildirilməsi, bununla da iddianın təmin olunacağını bildirilmişdir. Məhkəmə iclasından əvvəl dəfələrlə Sədi adlı şəxsə zəng etmiş o, özünün də gələcəyini bildirərək narahat olmamasını bildirmişdir. 2700 manat pulu aldığı ərəfədə Sədi, ondan işıq xəttinin çəkilməsi ilə bağlı 350 manat da əlavə pul almışdı. Sonradan müraciəti əsasında "xxxx" ASC tərəfindən elektrik xətti yaşadığı evə çəkilmiş və o, Sədidən verdiyi 350 manat pulu geri almışdır. Hazırkı iş isə məhkəmənin icraatında olduğu müddətdə onun sözünə inandığı üçün 2700 manat pul məbləğinin ondan istənilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “1997-ci il tarixdən Mingəçevir şəhər Köhnə xəstəxana ərazisindən iddiaçıya ayrılıb verilən və adına 23 nömrəli bağ təsərrüfatının texniki pasportu işlənmiş 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi işlənməklə adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-440/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-440/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver