Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-440/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X3” publik hüquqi şəxsinə qarşı “X2 xx.xx.2022-ci il tarixli qərarının “vəzifəyə uyğundur” kimi dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı “X2 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək “vəzifə uyğundur” qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11221/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-3387/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1205/2023 nömrəli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)- 442/2023 nömrəli qərar ilə təmin edilmiş,inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdeh Azərbaycan Respublikasının “X3” PHŞ-nin xx.xx.2022-ci il tarixli qərarının “vəzifəyə uyğundur” kimi dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul eilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı DİM-in keçirdiyi imtahanlarda BB və BA kataqoriyası üzrə müvafiq dövlət qulluqçusu sertifikatı almış, həmin sertifikatlara əsasən dövlət orqanlarının müsahibəsində iştirak etmək hüququ qazanmışdır. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant olan İqtisadiyyat şöbəsi təminat sektoru vakansiyasına əsəsən imtahanın müsahibə mərhələsində iştirak etmiş, yekun qiymətləndirmə balı 13,7 olmaqla vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçı, həmin qərardan Apellyasiya Şurasına şikayət vermiş, sonuncunun 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı, X2 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddia ərizəsində göstərilən tələb əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq X2 xx.xx.2021-ci il tarixdə elan etdiyi müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İqtisadiyyat şöbəsinin Təminat sektorunun vakant aparıcı məsləhətçi vəzifəsinə iddia etmişdir. Onunla Azərbaycan Respublikası Prezidentinin 21,06.2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’nın tələblərinə uyğun müsahibə keçirilmiş, namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsi zamanı müvafiq balı toplamadığı (topladığı bal 13.7) üçün vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir (rəylər əlavə edilir). Daha sonra iddiaçı müsahibənin nəticəsi ilə bağlı verilmiş qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, Şuranın xx.xx.2022-ci il tarixli 021 nömrəli Qərarı ilə şikayəti təmin edilməmiş və Müsahibə Komissiyasının qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır (qərar əlavə edilir). İddiaçı iddia ərizəsinin 3-cü səhifəsinin birinci abzasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının qərarının ona rəsmi elan edildiyini etiraf etmişdir. Qeyd edilən məsələ Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli iclasının video çəkilişində öz əksini tapmışdır (CD əlavə olunur). Həmçinin, sözügedən qərar iddiaçıya təqdim edilməsi üçün birneçə dəfə Nazirlikdən əlaqə saxlanılmış lakin Nazirliyə gələ bilmədiyini qeyd etmişdir, qərar 7 iyul 2023-cü il tarixdə onun WhatsApp proqramı vasitəsi ilə telefon nömrəsinə göndərilmiş, iddiaçı qərarı xx.xx.2023- cü il tarixdə qol çəkərək götürmüşdür (surəti əlavə olunur). Cavabdeh orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 64.1, 73.1, İPM-nin 22.1, 38, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinad edərək iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 publik hüquqi şəxsinin iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçıla iddia ərizəsində nəticəsini mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant olan İqtisadiyyat şöbəsinin Təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinin tutulması üçün 27 dekabr 2021-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi 31 mart 2022-ci il tarixində keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası X3 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçıla müsahibənin ədalətli, şəffaf və operativ keçirilməsi təmin edilmişdir. Belə ki, İddiaçıla müsahibənin keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üç nəfərdən ibarət tərkibdə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə) müsahibə komissiyası yaradılmış, həmçinin şəffaflıq və aşkarlığın təmin edilməsi məqsədilə müsahibənin keçirilməsi zamanı namizədin razılığı ilə videoçəkiliş aparılmışdır. Yuxarıda adıçəkilən Qaydanın 4.9-cu bəndinə əsasən namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Mərkəz müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir. İddiaçıla müsahibə vəzifənin qulluq funksiyalarına dair, eyni zamanda, vəzifə üzrə tərtib edilmiş və Mərkəzin internet portalında yerləşdirilmiş müsahibə proqramları çərçivəsində suallar verilməklə aparılmışdır. Lakin iddiaçı müsahibədə bilik səviyyəsini (müsahibə proqramı üzrə bilikləri) və peşə hazırlığını (nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığını) lazımi formada nümayiş etdirə bilməmişdir. Müsahibə zamanı İddiaçı cavabları iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və adıçəkilən Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətləri) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzin nümayəndələri və müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. Dövlət orqanının nümayəndəsi iddiaçını 13, Mərkəzin nümayəndəsi və müstəqil ekspert isə 14 balla qiymətləndirərək onun vakant vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi balların toplanılaraq komissiya üzvlərinin sayına bölünməsi nəticəsində iddiaçı 13,7 balla qiymətləndirilmişdir. Beləliklə, iddiaçı qanunvericiliyə uyğun olaraq müsahibədən müvəffəqiyyətlə keçmək üçün tələb edilən minimum baldan - 16 baldan 13,7 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir (“Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” və “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol” əlavə olunur). Qeyd edilənlərə əsasən İddiaçı “X2 təşkil etdiyi müsahibə komissiyasının 31 mart 2022-ci il tarixli qərarının nəticəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 21 saylı qərarının nəticəsinin ləğv edilməsi”nə dair iddia tələbi əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh “X3” publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. C 070703 nömrəli Bakalavr Diplomundan görünür ki, iddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istilik energetikası mühəndisliyi ixtisasını bitirmişdir.
2. Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli yekun protokoldan görünür ki, iddiaçının yekun qiymətləndirmə balı 13,7 müəyyən edilməklə “vəzifəyə uyğun deyildir” qeydi icra edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 021 nömrəli qərarından görünür ki, İddiaçı Fəqan oğlunun dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibənin nəticəsindən narazılığı barədə şikayəti təmin edilməmiş, Müsahibə Komissiyasının İddiaçı Fəqan oğlu barəsində qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. cavabdeh orqan tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli müsahibənin videogörüntülərindən görünür ki, xx.xx.2022-ci il tarixli yekun protokoldan verilmiş şikayətin təmin edilməməsi iddiaçıya elan edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-442/2023 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 1205/2023 nömrəli qərardadı qərardadı ləğv edilmişdir.
6. İddiaçı ilə imtahanın müsahibə mərhələsinə dair videoçəkilişlərin təqdim edildiyi CDlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı X2 xx.xx.2022-ci il tarixli qərarının “vəzifəyə uyğundur” kimi dəyişdirilməsi ilə bağlıdır. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı X2 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2022-ci il tarixli qərarını Apellyasiya Şurasında mübahisələndirmiş və xx.xx.2022-ci il tarixində iddiaçının şikayətinə baxılaraq, şikayət təmin edilməmişdir. İddiaçı Apellyasiya Şurasının xx.xx.2022- ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən X2 xx.xx.2022-ci il tarixli qərarından apellyasiya instansiyasına şikayət verildiyinə və şikayətə dair qəbul olunan inzibati aktı aldıqdan sonra məhkəməyə müraciət etdiyinə görə X2 xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia mümkün olsa da mahiyyət etibarı ilə əsassızdır.Məhkəmin inzibati orqanalara nəzarəti hüquqi nəzarət çərçivəsində aparılmalıdır. Məhkəmə nəzarəti dedikdə müəyyən sahə daxilində məhkəmə hakimiyyətinin həyata keçirilməsinin istənilən formasında mövcud olan mərhələ başa düşülür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati akt inzibati orqan tərəfindən diskresion səlahiyyətinin həyata keçirilməsi əsasında qəbul edlmişdir. İnzibati orqanın mülahizəsi,qiymətləndirmə azadlığının təzahür forması kimi qəbul edilməlidir. Məhkəmə araşdırması həmin nəticənin məqsədə müvafiqliyini deyil,nəticəyə qədər aparılan prosedurun hüquqa uyğunluğunun yoxlanılmasından ibarətdir. Yəni araşdırması zamanı iddiaçı ilə aparılan müsahibənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi” Qaydasına uyğun aparılıb-aparılmaması araşdırılmışdır. Belə ki, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi” Qaydasına uyğun olaraq iddiaçı ilə müsahibə aparılmış,müsahibə nəticəsində iddiaçının biliyi Qaydanın 1 saylı əlavəsinə uyğun olaraq 13,14 və 14 balla qiymətləndirlimişdir. Müvafiq komissiya namizədi dörd meyar - bilik səviyyəsi,peşə hazırlığı,ümumi dünyagörüşü və vəzifə üçün zəruri keyfiyyətlər üzrə qiymətləndirməklə vəzifəyə uyğun olub-olmaması barədə nəticəyə gəlmişdir.Qaydanın 5.6-cı maddəasinin tələbləri araşdırılmış, müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında 3 və daha çox bal fərqin olmadığı müəyyən edilmişdir.Digər tərəfdən müsahibə komissiyasının təşkili,üzvləri,qiymətləndirmə azadlığı və digər komponentlərin hüquqauyğunluğu yoxlanılmış,imtahan prosesinin qeydə alındığı videoçəkiliş izlənmişdir.Nəticə etibarı ilə iddiaçı ilə aparılmış müsahibənin qaydalara əsasən təşkil edildiyi və inzibati orqan tərəfindən müvafiq qiymətləndirmə aparıldığı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu : 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nazimnaməsi»: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X3 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 1.3-cü bəndinə əsasən Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu : 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. 28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim olunmuş namizədlər sırasından seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir. 29-1.Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi”Qaydası : 1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 28-ci və 29-cu maddələrinə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatına (yerli icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir. 1.2. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 1.4.1. müsahibə – vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə; 5.1. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır. 5.2. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: 5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; 5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; 5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; 5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. 5.4. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır. 5.5. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə). 5.6. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir. Bu halda müsahibənin nəticələrinə Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda baxılır. 5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Göründüyü kimi, imtahan və namizədin nəticələrinin qiymətləndirilməsi qaydaların tələblərinə uyğun həyata keçirilmişdir.İnzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən səlahiyyət həddinə riayət edilmiş və icraat prinsiplərə uyğun aparılmışdır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
74. inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası “X3” publik hüquqi şəxsinə qarşı “X2 xx.xx.2022-ci il tarixli qərarının “vəzifəyə uyğundur” kimi dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.