Məhkəmə qərarları › İş №2-1(116)-442/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-442/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-442/2021 30.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "0,31 ha torpaq sahəsi ilə bağlı X2 adına verilmiş 26.05.2006-cı il tarixli JN-490A kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 25.05.2018-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" tələbi barədə iddiasına dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "0,31 ha torpaq sahəsi ilə bağlı X2 adına verilmiş 26.05.2006-cı il tarixli JN-490A kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 25.05.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. (iş № 2-1(116)-442/2021) Bundan başqa, müəyyən edildi ki, o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə ayrıca iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. (iş № 2- 1(116)-1087/2021) Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, hər iki iddia eyni şəxs tərəfindən və eyni cavabdehə qarşı verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə iclası zamanı iddiaçı və cavabdehin nümayəndəsi də göstərilən işlər üzrə icraatın bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "0,31 ha torpaq sahəsi ilə bağlı X2 adına verilmiş 26.05.2006-cı il tarixli JN-490A kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 25.05.2018-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)- 442/2021 №-li iş, 2) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)- 1087/2021 №-li iş. Qərardaddan şikayət verilə bilməz. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar