Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-442/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-/442/2024 nömrəli qərardadı ilə Yevlax rayon Səmədabad Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayon Səmədəbad bələdiyyəsinin 21 sentyabr 2005- ci il tarixli 14 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 55.00 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün 55. 00 hektar torpaq sahəsi nənəsi X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair B. Həsənovanın mülkiyyət hüququ JN 0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. X1 adına işlənmiş "torpaq sahəsinin planı və ölçüsü "sənədində torpaq sahəsinin mülkiyyət növü : xüsusi mülkiyyət, Sənəd üzrə sahəsi (ha) 55.00, faktiki sahəsi (ha) 52.00 göstərilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və mülkiyyət hüququm xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli , **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən Çıxarışa əsasən təsbit edilmişdir. Həmin Çıxarışda torpaq sahəsinin ölçüsü 52.0 ha göstərilmişdir. Baxmayaraq ki, B. Həsənovanın mülkiyyət hüququnu təstiq edən JN 0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı etibarsız hesab edilməmiş və dəyişdirilməmişdir. İddiaçı həmin məsələ ilə bağlı cavabdehə müraciət etmiş və onun müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Yevlax rayonu, Səmədabad bələdiyyəsinin hüdudları daxilində, bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsindən JN-0339 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçının mülkiyyətinə verilmiş 55.0 ha torpaq sahəsi naturada istifadəçilik və qonşuluqda olan digər ərazilərin sərhəddi nəzərə alınmadan DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. İddiaçının müraciətində qeyd edilən məsələ ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsində araşdırılma aparılmışdır. Məlumat olaraq bildiririk ki, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində istifadə edilən və naturada mütəxəssislər tərəfindən təsbit edilmiş torpaq sahəsi 52.0 ha təşkil etdiyi üçün, **********37 reyestr nömrəli çıxarış faktiki istifadəçiliyə əsasən qeydə alınmış və 52.0 ha torpaq sahəsinə verilmişdir. Həmçinin bildirmək istəyirik ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2017-ci il tarixdə 4Ə-960 reyestr nömrəli bağışlama müqaviləsi üzrə keçmişdir. Həmin torpaq sahəsi əvvəlki hüquq sahibinə **********37 reyestr nömrəsi ilə 52.0 ha ölçüdə məxsus olmuşdur. Buna görə də ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdeh və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun olaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndi ərazisində yerləşən 52.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X6 özünə məxsus 52 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndi ərazisində yerləşən 260.0 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir.
5. 23.05.2018-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X6 özünə məxsus 260.0 ha torpaq sahəsini X8 bağışlamışdır.
6. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndində yerləşən 52 ha torpaq sahəsi X3 mülkiyyətində olmuşdur.
7. JN-0339 KOD 90112018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Yevlax rayon Səmədabad Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı 55.00 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.
8. Yevlax rayon Səmədabad Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı ilə X4 55.0 ha torpaq sahəsi verilmişdir.
9. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, Yevlax rayon Səmədabad Bələdiyyəsi ərazisində 55.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005ci il tarixli 14 saylı nömrəli qərar qəbul edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-5029/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, . İddiaçının adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarış verilmiş torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçinin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda qeyd edilmiş 52.0 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası təmiz örüş, mülkiyyətçisi **********37 reyestr nömrəsi çıxanşa əsasən İddiaçıdur. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan 55.0 ha torpaq sahəsi naturada mövcuddur, lakin mübahisəli 3.0 ha torpaq sahəsi digər subyektlərin istifadəsindədir. JN- 00339 saylı 90112018 kodlu "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi çıxarışda qeyd edilmiş 52.0 ha torpaq sahəsi üst üstə düşür.
11. Mütəxəssis rəyinə əlavədən görünür ki, İddia olunan 3.0 ha torpaq sahəsi JN-0339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsinin daxilinə düşmür. JN-00339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışın koordinatları arasında vizual müşahidə olunan fərqlər mövcuddur. Həmin fərqin yaranma səbəbi naturada istifadəçilik mövcud deyildir. İddia olunan 3.0 ha torpaq sahəsinin TEKUİS məlumatları əsasən mülkiyyətçisi Yevlax rayonu, Səmədabad bələdiyyəsi, təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş (ümumi istifadəyə verilmiş), döngə nöqtələri, faktiki ölçüsü və yerləşmə vəziyyəti xx.xx.2023-cü il tarixli **********29 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. İddia ərizəsindən və iş materiallarından müəyyən edilir ki,iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 52 ha torpaq sahısinin ilkin hüquqmüəyyənedici sənəd olan JN-0339 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətə verilmiş 55 ha torpaq sahəsi kimi dəyişdirilməsindən,başqa sözlə,təkrar mülkiyyət hüququnun qeydə alınmadığı 3 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki,məhkəmə araşdırması iddiaçı tərəfindən natura göstərilən və iddia olunan 3 ha torpaq sahəsi ilə bağlı aparılmışdır.Araşdırma zamanı ilkin hüquqmüəyyənedici sənəd əsasında təkrar mülkiyyət hüququnun qeydə alınması arasında naturada 3 ha fərqin və torpaq sahəsinin konfiqurasiya fərqinin səbəbi aydınlaşdırılmışdır.Müəyyən edilmişdir ki,təkrar mülkiyyət hüququ TEKUİS-ə əsasən naturada faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmışdır. Tələb olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir :
1. İddia olunan 3.0 ha torpaq sahəsi JN-0339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsinin daxilinə düşmür.
2. Naturada göstərilən 3.0 ha torpaq sahəsinin TEKUİS məlumatları əsasən mülkiyyətçisi Yevlax rayonu, Səmədabad bələdiyyəsi, təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş (ümumi istifadəyə verilmiş) sahəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədin koordinatları daxilində deyil,yəni B.Həsənovaya ayrılmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . Yuxarıda qeyd olunan normalara əsasən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə