Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-442/2025 28.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi): X32 iştirakı ilə, cavabdehin nümayəndəsi X26 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN 639B KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, iddiaçının hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-442/2025 nömrəli qərardadı ilə X12, X10 və X13 üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən, “X14 05 sentyabr 1969-cu ildə Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvvəlki ünvan 2 ünvanında yerləşən 600 kvm torpaq sahəsində yerləşən fərdi yaşayış evini X15 almışdır. 1983-cü ildə X3 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş və həmin pasportda torpaq sahəsinin 397.2 kvm, ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlı evin olduğu qeyd edilmişdir. Eyni zamanda keçmiş Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən X5 adına Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlı ev onun adına 63 nömrəli reyestr kitabında Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X14 ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri Nərimanov küçəsiev 3 ünvanında yerləşən evini X18 vəsiyyət etmişdir. X11 xx.xx.2004-cü ildə ölmüşdür. X6 məxsus olmuş Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən 1975-ci ildə tikilmiş ümumi sahəsi 39.6 kvm-dən, torpaq sahəsi 400 kvm torpaq sahəsindən ibarət miras əmlaka X25 Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli 2V-89 nömrəli vəsiyyətnamə üzrə X30 şəhadətnamə verilmişdir. X33 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış əmlaklara vərəsəlik işi açılmış, ona məxsus olan əmlaklara onun arvadı İddiaçı adına qanun üzrə X30 şəhadətnamə verilmişdir. İddiaçı hazırda yaşadıqları ünvan 4 ünvanında yerləşən 400 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin18 saylı Zaqatala Ərazi İdarəsinə şifahi müraciət etmişdir. Ona izah edilmişdir ki,hazırda yaşadıqları ünvan 4 ünvanında yerləşən 400 kvm torpaq sahəsinə qonşuluqda yaşayan X16 və onun ailə üzvlərinin adına JN 639B KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda iddiaçının hüquqi marağı yaşadıqları ünvan 4 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. Buna görə də yuxarıda qeyd etdiklərini nəzərə alaraq X16 və onun ailə üzvlərinin adına JN 639B KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, hazırda yaşadıqları ünvan 4 ünvanında yerləşən 400 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində müraciətə baxılmış və idarənin 06 mart 2024-cü il tarixli 3-21-3- 47/2-N-0003- 35/2024 saylı məktubu ilə cavablandırılmışdır. Cavabdehin imtinası ondan ibarət olmuşdur ki, Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir, Digər məsələnin həlli birinci məsələdə qeyd olunanlarla bağlı olduğundan hazırda həmin hissəyə baxılması mümkün deyildir. İddiaçı, Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında mərhumun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş edir. Hesab edirəm ki, iddia tələbi tam əsaslıdır. Belə ki,“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri) Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmazəmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin eviəldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. (17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılıb). İddiaçı, Balakən rayon AİK-nın xx.xx.2004-cü il tarixli 02 saylı qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı bildirir ki, tələbdə qeyd edilmiş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla torpaqla birgə almış, lakin cavabdeh orqan, hazırda mübahisələndirdiyi şəhadətnaməni başqa şəxsin adına tərtib etmişdir. X14 05 sentyabr 1969-cu ildə Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvvəlki ünvan 2 ünvanında yerləşən 600 kvm torpaq sahəsində yerləşən fərdi yaşayış evini X15 almışdır. 1983-cü ildə X3 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş və həmin pasportda torpaq sahəsinin 397.2 kvm, ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlıevin olduğu qeyd edilmişdir. Eyni zamanda keçmiş Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən X5 adına Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlı ev onun adına 63 nömrəli reyestr kitabında Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X14 ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 5 ünvanında yerləşən evini X18 vəsiyyət etmişdir. X11 xx.xx.2004-cü ildə ölmüşdür. X6 məxsus olmuş Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən 1975-ci ildə tikilmiş ümumi sahəsi 39.6 kvm-dən, torpaq sahəsi 400 kvm torpaq sahəsindən ibarət miras əmlaka X25 Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli 2V-89 nömrəli vəsiyyətnamə üzrə X30 şəhadətnamə verilmişdir. Yəni, iddiaçı, həmin fərdi yaşayış evi və torpaq sahəsinin yuxarıda qeyd edilən əsaslarla mərhum əri tərəfindən əldə edildiyini, buna görə də həmin əmlak üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olmasını iddia edir. İddiaçı hesab edir ki, mübahisələndirilən əmlak alqı-satqı müqaviləsi qaydasında əldə edildiyindən,əmlakı əldə edən şəxsdən isə iddiaçının mərhum əri tərəfindən vəsiyyətnamə üzrə X30 şəhadətnamə əsasında əldə edildiyindən və vəsiyyətnamə üzrə X30 şəhadətnamə islahatdan əvvəl verildiyindən 0.04 ha torpaq sahəsinə şəhadətnamə iddiaçının mərhum ərinin adına hazırlanmalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün zəruris ənəd olaraq qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, mübahisələndirilən əmlak alqısatqı müqaviləsi qaydasında əldə edildiyindən, əmlakı əldə edən şəxsdən isə iddiaçının mərhum əri tərəfindən vəsiyyətnamə üzrə X30 şəhadətnamə əsasında əldə edildiyindən və vəsiyyətnamə üzrə X30 şəhadətnamə islahatdan əvvəl verildiyindən 0.04 ha torpaq sahəsinə şəhadətnamə iddiaçının mərhum ərinin adına hazırlanmalı olduğundan iddia olunan torpaq sahəsi üzərində iddiaçının mərhum ərinin mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, JN-639B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsindən, həmçinin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mərhum ərinin mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, “iddiaçının ərizəsinə əsasən Aqrar islahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin iəğv edilməsi 18 saylı Zaqatala Əraz. İdarəsinin səlahıyyətləri daxilində olmaması və digər məsələnin həlli 1-ci məsələdə qeyd olunanla bağlı olduğundan, hazırda həmin hissəyə baxılması mümkün olmaması səbəbi ilə iddiaçının ə izəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ona xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-N-00C3-35/2024 (**********56) nömrəli imtina bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qanun üzrə X30 Şəhadətnamənin surəti.
3. 06.10.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surəti
4. xx.xx.2004-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surəti.
5. 08.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surəti
6. 1192 inventar nömrəliŞəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyavə qiymətləndirməsinə aid pasportun surəti.
7. Az-İ 061871 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü ildə vəfat etmişdir.
8. 31.07.2023-cü il tarixli Aktların surəti.
9. JN-639B kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən 0.04 ha torpaq sahəsi X19 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
10. RX ******* seriya nörməli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,1849 ha torpaq sahəsi X19 və ailə üzvlərinin paylı mülkiyyətindədir.
11. RX ******* seriya nörməli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,1849 ha torpaq sahəsi X19 və ailə üzvlərinin paylı mülkiyyətindədir.
12. 3621007360 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,1849 ha torpaq sahəsi X20 və X8 paylı mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunan sənədlər.
14. Balakən şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 06 nömrəli məktubu.
15. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə-Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X21 və ailə üzvlərinin, həmçinin X4 adına torpaq sahəsi verilmişdir
Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” 2 nömrəli əlavə 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
Əsaslandırma hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, mərhum X14 05 sentyabr 1969-cu ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvvəlki ünvan 2 ünvanında yerləşən 600 kvm torpaq sahəsində yerləşən fərdi yaşayış evini X15 almış, 1983-cü ildə X3 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş və həmin pasportda torpaq sahəsinin 397.2 kvm, ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlıevin olduğu qeyd edilmişdir. Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən X5 adına Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlı ev onun adına 63 nömrəli reyestr kitabında Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X14 ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 5 ünvanında yerləşən evini X18 vəsiyyət etmiş, ona məxsus olan Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən 1975-ci ildə tikilmiş ümumi sahəsi 39.6 kvm-dən, torpaq sahəsi 400 kvm torpaq sahəsindən ibarət miras əmlaka X25 Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli 2V-89 nömrəli vəsiyyətnamə üzrə X30 şəhadətnamə verilmişdir. X22 xx.xx.2023-cü il tarixdə ölümündən sonra ondan miras qalmış əmlaklara vərəsəlik işi açılmış, ona məxsus olan əmlaklara onun arvadı İddiaçı adına qanun üzrə X30 şəhadətnamə verilmişdir. Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla torpaqla birgə X23 tərəfindən alınmş, Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən X5 adına Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən ümumi sahəsi 79.1 kvm-dən ibarət 1 otaqlı ev onun adına 63 nömrəli reyestr kitabında Balakən rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Balakən şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 3 ünvanında yerləşən 1975-ci ildə tikilmiş ümumi sahəsi 39.6 kvm-dən, torpaq sahəsi 400 kvm torpaq sahəsindən ibarət miras əmlaka X25 Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli 2V-89 nömrəli vəsiyyətnamə üzrə X30 şəhadətnamə verilmişdir. Belə fakt mövcud olduğu halda 400 kvm torpaq sahəsinə qonşuluqda yaşayan X16 və onun ailə üzvlərinin adına 2004-cü il tarixdə JN 639B KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Göründüyü kimi şəhadətnamə artıq X5 hüquları qeydiyyata alınmış və sonrada X25 X30 şəhadətnamə verilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə verilmişdir. İnzibati orqan isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə zidd olaraq iş üzrə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-3677/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.0404 ha olmaqla Balakən şəhərinin hüdudları daxilində JN- 639B nömrəli Şəhadətnamə ilə həyətyanı məqsədilə X7 xüsusi mülkiyyətinə işlənilmişdir. Həmin torpaq sahəsinin naturada faktiki istifadəçisi İddiaçıdır. Torpaq sahəsinin naturada yeləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsinin yerləşdiyi ərazinin əvvəlki ünvanı N.ünvan 7əsi bütövlüklə JN-639B nömrəli Şəhadətnamədə göstərilən cizgilərlə üst-üstə düşür. İddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi - 1192 inventar nömrəli pasportun və JN-639B nömrəli Şəhadətnamənin cizgisi ilə müqayisələndirilməklə izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir. İddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri 1192 inventar nömrəli pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur. Torpaq islahatı aparılan zaman X27 və X5 adına "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr idarəmizin axiv fondunda aşkar edilməmişdir.”. Təqdim edilmiş rəydən belə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin naturada faktiki istifadəçisi İddiaçı olsa da, JN-639B nömrəli X1 xüsusi mülkiyyətinə işlənilmişdir. Hazırkı halda mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin yuxarıda qeyd edilən əsaslarla iddiaçının mərhum əri tərəfindən qanuni əsaslarla əldə edildiyindən iddiaçının tələbi haqlıdır. Belə ki, sözügedən sənədlər islahatdan əvvəl verildiyindən JN-639B nömrəli X2 adına deyil, X7 adına tərtib edilmişdir. Bunun əsassız olduğu xx.xx.2024-cü il tarixli 3-21-3- 47/2-3677/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planındandan müəyyən etmək olur. Belə olan halda məhkəmə hesab edir ki, JN 639B KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq ayırılması nəzərdə tutulmayan şəxsnin adına tərtib edildiyindən ləğv olunmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün zəruris ənəd olaraq qeyd edilmişdir. İş üzrə müəyyən edilir ki, 1983-cü ildə X3 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş və həmin pasportda torpaq sahəsinin ümumi ölçüsü 397.2 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının tələbinin hüququn ölmüş şəxsə məxsus olması hissəsi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.8-ci və 22-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığı halda, cavabdehin imtinası həmin Qanunun 15.1-ci maddəsində sadalanan hallardan heç birinə uyğun gəlmir. Yuxarıda qeyd olunanlaraı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, JN 639B KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, iddiaçının hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə həvalə edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. JN 639B KOD 40101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə iddiaçının hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X25 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.