Məhkəmə qərarları › İş №2-1(116)-447/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-447/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-447/2024 21.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X7 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, MH seriyalı, ******* nömrəli, 12 iyun 2007-ci il tarixli çıxarışa əsasən Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mərhum atası X1 mülkiyyətindədir. Bakı şəhəri, 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunun notariusu tərəfindən verilmiş 26 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsəsən iddiaçı atasının vərəsəsidir. Buna görədə həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş,tələbin icrası təmin edilməmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, dövlət reyestrində qeydiyyata alınmış ********* qeydiyyat nömrəli çıxarışla rəsmiləşmiş 5.75 ha torpaq sahəsinin sənədləri elektron xəritəyə əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayon Pirkəkə bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (sahə və konfiqurasiya fərqi) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında Ağdaş rayon Pirkəkə bələdiyyəsini əhatə edən ("X6 X10"ndə olan) xəritə hazırlanmışdır. İddiaçının mərhum atasının mülkiyyətinə rəsmiləşdirilmiş olan torpaq sahəsi çıxarışda 5.75 ha göstərilməsinə baxmayaraq istifadə vəziyyətinə uyğun tərtib edilmiş elektron xəritədə 5.13 ha təşkil edir. Belə olan halda, iddiaçının ərizəsinin icrası 5.75 ha torpaq sahəsinə münasibətdə qeydiyyatın aparılması qeyri- mümkündür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. İddiaçının ilkin müraciətinə dair ərizəsi və xx.xx.2023-cü il tarixli poşt qəbzi;

2. AN ******* seriya nömrəli xx.xx.2016-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X2 satmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Pirkəkə kəndi ərazisində yerləşən 5.751677 ha torpaq sahəsi X1 mülkiyyətindədir.

4. AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi;

5. 26.04.2017-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X1 vərəsəsidir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-502/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən X1 adına qeydə alınmış 5.7516 ha torpaq sahəsinin DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən 5.7516 ha torpaq sahəsi TEKLUS-ə əsasən mülkiyyətçiləri - 1.0174 ha hissədə JN-0028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 2.2421 ha hissədə JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.7098 ha hissədə JN-0025 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.3575 ha hissədə Ağdaş rayonu, Pirkəkə bələdiyyəsi, 1.4248 ha hissəsi JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, təyinatı- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - əkin, faktiki sahəsi, döngə nöqtələri, koordinatları, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst- üstə düşməsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə əsasən DWJ əsasən yerləşmə vəziyyətinə uyğun deyil. TEKUİS əsasən yerləşmə vəziyyətinə uyğundur. Faktiki istifadə olunan torpaq sahəsin 1.9226 ha hissəsinin mülkiyyətçisi JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi, təyinatı- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, üst-üstə düşən torpaq sahəsinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəməyə təqdim olunan etiraz məktubunda bildirilən torpaq sahəsinin 5.75 ha-dan 5.13 ha-ya faktiki azalması səbəbi, vətəndaşın naturada faktiki istifadəçlik vəziyətnin TEKUİS qeydə alınmasından yaranmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-599/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, TEKUlS-ə əsasən İddiaçı naturada istifadə etdiyi 5.13 ha torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi TEKUlS-ə əsasən X1 mülkiyyətinə verilmiş torpaq sahəsini tam əhatə etmir.

Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir. İş materiallarında olan AN ******* seriya nömrəli xx.xx.2016-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X2 satmışdır. Sonuncunun mülkiyyət hüququ torpaq sahələrinin faktiki vəziyyətinə görə deyil,ilkin hüquqmüəyyənedici sənəd olan Dövlət Aktının koordinatlarına uyğun olaraq DWJ bazasına əsasən qeydə alınmışdır. TEKUİS-ə əsasən iddia olunan torpaq sahəsi ilə çıxarış arasında uyğunsuzluq mövcuddur.Faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi naturada az olmaqla eyni zamanda koordinatları eyni deyildir.Belə ki,təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən 5.7516 ha torpaq sahəsi TEKUİS-ə əsasən mülkiyyətçiləri - 1.0174 ha hissədə JN-0028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 2.2421 ha hissədə JN- 0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.7098 ha hissədə JN-0025 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.3575 ha hissədə Ağdaş rayonu, Pirkəkə bələdiyyəsi, 1.4248 ha hissəsi JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə üst-üstə düşür.Yəni,iddia olunan torpaq sahəsi ilkin sənədə əsasən digər mülkiyyətçilərin torpaq sahəsini əhaətə etdiyi halda,hazırkı vəziyyətdə naturada az olmaqla üst-üstə düşmə halı mövcud deyildir. Torpaq sahəsinin az olmasının səbəbinə dair təqdim edilmiş rəyə əsasən müəyyən edilir ki, TEKUlS-ə əsasən İddiaçı naturada istifadə etdiyi 5.13 ha torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi TEKUlS-ə əsasən X1 mülkiyyətinə verilmiş torpaq sahəsini tam əhatə etmir. Göründüyü kimi iddia olunan torpaq sahəsi naturada tam olaraq mövcud deyil, iddiaçının istifadəsində 5.13 ha torpaq sahəsi var. Alqı-satqı müqaviləsinə əsasən də həmin torpaq sahəsini əldə etmiş, alqı-satqı müqaviləsində 5.75 ha torpaq sahəsi qeyd edilməsinə baxmayaraq faktiki olaraq həmin ölçüdə deyil, iddiaçıya hazırda istifadə etdiyi ölçüdə torpaq sahəsini satmışdır. Odur ki,işin hallarına aşağıdakı normaları tətbiq edərək məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X10ndən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə TEKUİS-ə əsasən faktiki istifadə vəziyyətinə uyğun olaraq Ağdaş rayonu Pirkəkə kəndinin ərazisində yerləşən 5,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar