Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-447/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları qeydə alınmış əsasında 3.09 ha torpaq sahəsinə digər subyektlərin mülkiyyətinə qeydə alınmış qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən adına ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları qeydə alınmış əsasında 3.09 ha torpaq sahəsinə digər subyektlərin mülkiyyətinə qeydə alınmış qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı alqı-satqı müqaviləsi əsasında Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə X8 və qeyrilərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş, JN-396 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 3.09 ha torpaq sahəsini satın almışdır. Mülkiyyət hüquqları 26 sentyabr 2015-ci ildə qeydə alınmış və həmin tarixdə torpaq sahəsinin planı və ölçüsü iddiaçıya verilmişdir. Faktiki istifadəsində olan torpaq sahəsinin az olduğunu müəyyən etdiyindən cavabdeh orqana torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqan isə torpaq sahəsinin azaldılmaqla 2.71 ha torpaq sahəsinə hüquqlarının yenidən qeydə alınmasını təklif etmişdir. Bundan narazı qalaraq Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirdiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Salahdı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-58/2024 saylı, 24 yanvar 2024-cü saylı qərarına əsasən iddiaçının cavabdeh inzibati orqandan 3,09 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinlə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarında göstərmişdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı 3.09 ha torpaq sahəsi X5 və onıın ailə üzvlərinin mülkiyyətinə verilmişdir və onlar həmin torpaq sahəsini alqı-satqı yolu ilə İddiaçı satmışdır.Mülki əqdin əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. İşin hallarından görünür ki, iddiaçıya verilmiş çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki,müvafiq sənədlər mülki əqdə uyğun olaraq JN-396 saylı "Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının DWG məlumat bazası əsasında verilmişdir.Təqdim olunan mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planından da görünür ki,iddiaçının adına tərtib edilmiş Çıxarış və texniki sənədin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. İddiaçının adına olan çıxarış əsasında 3.09 ha torpaq sahəsinə yeni planölçü sənədinin verilməsi mümkün deyildir. Belə ki,həmin sənədin koordinatları faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmış digər subyektlərin mülkiyyətində olan torpaq sahələri də üst-üstə düşür. TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki.iddiaçının hazırda istifadəsində 2,71 ha torpaq sahəsi vardır.İddiaçıya TEKUİS-ə və faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi təqdim olunmalıdır. Bu səbəbdən cavabdeh orqana həmin şəxslər barədə iddiaçıya məlumat verilməsi, həmin şəxslərin adlarına veilmiş çıxarışların iddiaçının çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi barədə müraciət etmişdir. İddiaçı alqı satqı müqaviləsi əsasında Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Vəsilə Zeynalova və onun ailə üzvlərinə verilmiş 3.09 ha torpaq satın aldığından hesab edir ki. JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatları daxilinə sonradan başqa şəxslərin qeydə alınmış hüquqları ləğv edilməlidir.İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh orqan iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, ərazi idarəsinin arxiv materiallarına və elektron baza məlumatlarına əsasən əraşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə X2 X3 göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır Belə kı. həmin məlumatlara əsasən 3.0908 ha torpaq sahəsi azalma ilə 2.71 ha göstərilmişdir. Azalmanın səbəbi onunla izah olunur ki. Aqrar islahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron (DWJ) xəritə baza məlumatlarına əsasən verilsədə Azərbaycan Respublikasının prezidentinin xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşma ilə bağlı "X7 İnformasiya Sistem"-i yaradldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyasının olması ilə bağlıdır. Eyni zamanda icraatınızda olmuş 24.01 2024-cü il tarixli 2-1(1 16)-58/2024 nömrəli məhkəmə qərarında qeyd edilmiş mütəxəssis rəyinə istinadən bildiririk ki. iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə sənəd uzrə olan torpaq sahəsi eynilik təşkil etmir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarın surəti.
3. JN-396A KOD 90100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı 3.09 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndi ərazisində yerləşən 3.0908 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
5. 1924020953 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0.07 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir.
6. A seriyalı 015299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 3.0908 ha torpaq sahəsi İddiaçı adına verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2245/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına RX seriyalı, ******* nömrəli çıxarış əsasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İstifadə olunan torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi (sənəd üzrə olan torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir) torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4131/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavə edilmiş düzəlişdən görünür ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədinin tərtib olunmasına əsas JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktıdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidir.
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla üzərində mülkiyyət hüququ qeydə alınmış 3.09 ha torpaq sahəsinin koordinatları üzərində digər subyektlərin qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə əsasən iddiaçı cavabdeh inzibati orqanın faktiki hərəkətini mübahisələndirir. İddiaçının üzərində mülkiyyət hüququ qeydə alınaraq verilmiş Çıxarışın koordinatları ilə iddiaçıya tanıdılan torpaq sahəsinin TEKUİS bazasında mövcud olan məkan və sahə fərqi hazırkı mübahisənin əsasını təşkil edir.Əslində iddiaçı DWG və TEKUİS əsasında torpaq sahəsinin yerləşmə fərqindən narazı olduğundan ilkin iddia ilə məhkəməyə müraciət etmiş,həmin iddia çərçivəsində işin halları müəyyən edilmişdir. Təqdim edilən mütəxəssis rəyinə əsasən müəyyən edilir ki,iddiaçının 3.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının DWG koordinatlarına əsasən qeydə alınmış,Çıxarış və texniki sənəd verilmişdir.Lakin,real vəziyyətdə həmin Çıxarış və texniki sənədlə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin məkan və ölçü fərqi mövcuddur.Bunun səbəbi isə ərazinin dürüstləşdirilməsi aparılarkən yaranmış uyğunsuluqların aradan qaldırılması olmuşdur.Nəticə etibarı ilə iddiaçı əslində alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinin koordinatları faktiki istifadəyə uyğun olmamışdır. Məhkəmə aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, X7nu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Hazırkı mübahisəyə əsasən iddiaçının istinad etdiyi dəlilər üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq mülkiyyətində olan sahədən artıq olması,o cümlədən qeydə alınmış hüququnun iddia olunan torpaq sahəsinin üst-üstdə düşməsindən ibarətdir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə TEKUİS-ə əsasən onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi mövcudluğu mümkündür.Eyni vəziyyət Çıxarışın yerləşdiyi torpaq sahəsində qeydə alınmış mülkiyyət hüququna münasibətdə də mövcuddur.TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını,o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki,iddiaçının alqı-satqı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini deyil, DWG əsasında göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Nəticə etibarı ilə iddiaçı mövcud vəziyyətdə mülkiyyətində olmayan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün digər şəxslərin mülkiyyət hüququnu mübahisələndirir.Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən adına ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları qeydə alınmış əsasında 3.09 ha torpaq sahəsinə digər subyektlərin mülkiyyətinə qeydə alınmış qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə