Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-45/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-753/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-457/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-753/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-244/2021 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-457/2020 nömrəli qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı MMC (VÖEN **********) xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alındığı tarixdən sonra "xxxx" MMC fəaliyyət göstərməyə başlamış və mütəmadi olaraq dövlət büdcəsinə ödəmələr etmişdir. Lakin Vergilər Nazirliyi yanında Cavabdeh tərəfindən "xxxx" MMC-yə qanunsuz olaraq yüksək məbləğdə vergi borcu hesablanmışdır. Belə ki, Vergilər Nazirliyi yanında Cavabdeh tərəfindən vergilərin hesablanması barədə **********191526 saylı qərar qəbul edilmiş və həmin qərar əsasında İddiaçı MMC-yə vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində 3.853.986 manat vergi müəyyən edilmiş və borc hesablanmışdır. Hesab edirik ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Ümumiyyətlə, yoxlama xx.xx.2018-ci il tarixdə başlasa da, faktiki olaraq xx.xx.2019-cu il tarixədək davam etmişdir ki, bu da qanunvericiliyin tələblərinə zidd olmaqla, vergi ödəyicisinin hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi dəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi dəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi hazırkı halda vergi yoxlaması 13 ay davam etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Göründüyü kimi hazırkı halda vergi yoxlaması 13 ay davam etmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "xxxx" MMC-də cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********158705 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********0158893 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191526 nömrəli qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2015-ci ildə 9.876,12 manat, 2016-cı ildə 47.699,20 manat, 2017-ci ildə 40.997,64 manat olmaqla, ümumilikdə 98.572,96 manat azaldılması, əlavə dəyər vergisinin 2015-ci İldə 88.496,67 manat, 2016-cı ildə 257.607,56 manat, 2017-ci ildə 237.338,20 manat, 2018-ci ilin yanvar-iyun aylarında 95.687,14 manat azaldılması, əlavə dəyər vergisinin 2016-cı ildə 10.090,29 manat artıq hesablanması, 2017-ci ildə 5.644,53 manat artıq hesablanması, aksiz vergisinin 2015-ci ildə 188.964,68 manat azaldılması, 2016-cı ildə 594.471,04 manat azaldılması, 2017-ci ildə 566.460,53 manat azaldılması, 2018-ci ilin yanvar-iyun aylarında 404.605,97 manat azaldılması, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2015-ci ildə 697,88 manat azaldılması, 2016-cı ildə 13.073,47 manat azaldılması, 2017-ci ildə 21.342,20 manat azaldılması, 2018-ci ildə 12.442,23 manat azaldılması olmaqla ümumilikdə 2.579.760,53 manat azaldılması və 15734,82 manat artıq hesablanması, Dövlət Sosial Müdafiə Fonduna ayırmanın 2015-ci ildə 2.631,25 manat az hesablanması, 2016-cı ildə 24.202,17 manat az hesablanması, 2017-ci ildə 36.858,50 manat az hesablanması müəyyən edilmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 98.572.96 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 44.348,42 manat məbləğində maliyyə sanksiyası, əlavə dəyər vergisinin aylar üzrə 679.129,57 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 228.892,72 manat məbləğində maliyyə sanksiyası, aksiz vergisinin aylar üzrə 1.754.502,22 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 617.469,17 manat məbləğində maliyyə sanksiyası, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 47.555,78 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 19.476,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamələri təqdim edilmədiyinə görə 80,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə iddiaçı aksizli malların (spirtli içkilər) istehsalı ilə məşğul olmuş və 2015-ci ilin dekabr ayından aksiz markası alaraq satış həyata keçirmişdir. Yoxlanılan dövrdə iddiaçı spirtli içki istehsalı üçün 5.500.000 (beş milyon beş yüz min) ədəd marka almış, xx.xx.2018-ci il tarixə markanın anbar qalığı 680.000 (altı yüz səksən min) ədəd, o cümlədən müvafiq dövrdə sexdə xarab olub - silinmiş marka sayı 875.000 (səkkiz yüz yetmiş beş min) ədəd, hazır məhsul anbarında şüşələrdə marka sayı 123.922 (yüz iyirmi üç min doqquz yüz iyirmi iki) ədəd olmuşdur. Bu göstəricilərə əsasən 3.821.078 (üç milyon səkkiz yüz iyirmi bir min yetmiş səkkiz) ədəd (5.500.000-680.000- 875.000- 123.922) aksiz markası istifadə edilməli olduğu halda, iddiaçı təqdim etdiyi bəyannamələrdə 2.002.566 (iki milyon iki min beş yüz altmış altı) ədəd markadan istifadə olunduğunu bəyan etmişdir. Bununla yanaşı, iddiaçının istehsal obyektində vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayından yaradılmış aksiz nəzarət postunun qüvvədə olduğu dövr ərzində (xx.xx.2018xx.xx.2019) 184.000 kVt enerji sərf edildiyi, istehsal və satışın isə 551.760,55 litr olduğu müəyyən edilmişdir. Başqa sözlə, nəzarət postu olduğu dövrdə iddiaçı tərəfindən 1 kVt enerji sərfiyyatına müvafiq olaraq təxminən 2,998 litr (551.760,55/184.000) spirtli içki istehsal edilmişdir. Buna baxmayaraq, iddiaçının yoxlanılan dövrdə (xx.xx.2015-xx.xx.2018) 546.250 kVt enerji sərf etdiyi halda istehsal və satış göstəricilərini realda olduğundan dəfələrlə aşağı bəyan etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən istehsal və satışın qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilmədiyi, real göstəricilərin dəfələrlə aşağı bəyan edildiyi nəzərə alınaraq, vergi orqanının xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçının elektrik enerjisi sərfiyyatına əsasən istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis dəvət olunmuşdur. İddiaçının istehsal sahəsinə keçirilmiş baxış zamanı, həmçinin dövrü olaraq keçirilmiş operativ vergi nəzarəti tədbirləri ilə şərab istehsalı müəyyən edilməmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının yoxlanılan dövr üzrə 1 kVt enerji sərfiyyatına müvafiq olaraq 2,5723 litr araq istehsal etdiyi, ümumi istehsal həcminin isə 1.405.112 litr (546.250 kVt x 2,5723 litr/kVt) olduğu müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, mütəxəssis rəyi ilə yoxlama dövrü üzrə (oktyabr 2015 - iyun 2018) müəyyən edilmiş istehsal göstəricisi (1 kVt - 2,5723 litr araq), nəzarət postu dövründə (iyul 2018 - aprel 2019) vergi orqanının nəzarəti ilə iddiaçının özü tərəfindən rəsmiləşdirilmiş istehsal göstəricisindən (1 kVt - 2,998 litr araq) daha aşağı olmaqla reallığı əks etdirir. Digər tərəfdən, mütəxəssis rəyinə əsasən iddiaçının yoxlama dövründə 2.644.782 ədəd (449.916,9 litr/1 litr + 448.371,2 litr/0,7 litr + 361.113,8 litr/0,5 litr + 104.399,82 litr/0,25 litr + 41.450,8 litr/0,1 litr) aksiz markası istifadə etdiyi müəyyən edilir. Mütəxəssis rəyi ilə müəyyən edilmiş butulka və dolayısı ilə istifadə edilmiş aksiz markalarının sayı da (2.644.782 ədəd) aksiz markalarının hərəkəti (“iddiaçı tərəfindən alınmış marka”-“xarab olmuş marka”-“marka qalığı”-“markalanmış içki qalığı”=”satılmış aksiz markalı içkilər”) əsasında müəyyən edilmiş göstəricidən (3.821.078 ədəd istifadə olunmuş aksiz markası) aşağı olmaqla reallığı əks etdirir. İddiaçının rəsmiləşdirdiyi elektron qaimələrə və elektron vergi hesab fakturalarına əsasən tətbiq etdiyi orta satış qiymətləri (1 litr üçün - 5,36 manat, 0,7 litr üçün - 4,52 manat, 5 litr üçün - 3,74 manat, 0,25 litr üçün - 0,85 manat, 0,1 litr üçün - 0,59 manat olmaqla) nəzərə alınmaqla onun tərəfindən istehsal edilmiş malların satış qiymətinin (aksiz və ƏDV daxil olmaqla) 8.607.401,77 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə müxtəlif butulkalarda satılmış arağın orta satış qiyməti (aksiz və ƏDV daxil) 6,13 manat 5.607.401,77/1.405.112) olmuşdur. Həmçinin yoxlama ilə əhatə olunan dövrdə iddiaçı tərəfindən 78.240 litr arağın ixrac edildiyi (ƏDV-nin 0 % tətbiq edildiyi), yoxlama ilə əhatə olunan dövrün sonuna satışa getməmiş (çəndə olan və müxtəlif ölçülü butulkalara süzülmüş) hazır araq məhsulunun qalığının 248.587,55 litr olduğu müəyyən edilmişdir. İddiaçının yoxlama ilə əhatə olunan dövr üzrə (sentyabr 2015 - iyun 2018) hazırkı yoxlamayadək sonuncu ƏDV bəyannamələrinə (cari, kameral, audit) əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: 18 % dərəcə ilə vergiyə cəlb olunan dövriyyə - 1.951.700,53 manat; 0 % dərəcə ilə vergiyə cəlb olunan dövriyyə (ixrac) - 265.960,8 manat; vergiyə cəlb olunan dövriyyədən hesablanan ƏDV - 351.306,1 manat (1.951.700,53x18%); əvəzləşdirilən ƏDV - 174.030,05 manat (966.833,63x18%); büdcəyə hesablanan ƏDV - 177.276,05 manat (351.306,1-174.030,05). Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ilin oktyabr ayından istehsal fəaliyyətinə başlamış və həmin ilin dekabr ayından satış həyata keçirmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş 1.405.112 litr istehsal həcmindən ixrac edilmiş 78.240 litr (ƏDV-yə 0 % dərəcə ilə cəlb edildiyindən) və satışa getməmiş 248.587,55 litr araq məhsulunu çıxdıqda, 1.078.284,45 litr arağın daxili bazarda təqdim edildiyi müəyyən edilir. İddiaçının müxtəlif ölçülü butulkalarda olan arağın bir litrinə tətbiq etdiyi orta satış qiyməti (6,13 manat) nəzərə alınmaqla, yoxlanılan dövr üzrə vergiyə cəlb olunan dövriyyədən hesablanan ƏDV-ni 656.981,07 manat (1.078.284,45 x 6,13 x 18/118 - 351.306,1) azaltdığı müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin may və iyun aylarında idxalda cəmi 13.867,94 manat ƏDV ödəmiş, onun depozit hesabından iyul və avqust aylarında "xxxx" MMC-nin depozit hesbına 2.719,62 manat, sentyabr və oktyabr aylarında "Qlobal Standart bir-Azərbaycan” MMC-nin depozit hesabına 50,4 manat və "Azərbaycan Metrologiya İnstitutu" X24 hesabına 93,78 manat köçürülmüşdür. Buna baxmayaraq, iddiaçı 2017-ci ilin may-noyabr ayları üzrə 128.619,63 manat əvəzləşdirilən dövriyyə, 23.151,53 manat əvəzləşdirilən ƏDV bəyan etmişdir. Yoxlama ilə iddiaçının səhvən artıq əvəzləşdirdiyi 6.413,5 manat (23.151,53- 13.867,94-2.719,62-50,4-93,78) ƏDV əvəzləşməyə qəbul edilməmişdir. Beləliklə, yoxlanılan dövrdə iddiaçı tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin 663.394,74 manat (656.981,07+6.413,5) azaldılması müəyyən edilmişdir. İddiaçı yoxlanılan dövr üzrə 379.426,7 manat aksiz vergisi bəyan etmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş 1.405.112 litr istehsal həcmindən ixrac edilmiş 78.240 litr (aksizə 0 % dərəcə ilə cəlb edildiyindən) və satışa getməmiş 248.587,55 litr araq məhsulunu çıxdıqda, 1.078.284,45 litr arağın istehsal binasının hüdudlarından kənara çıxarıldığı müəyyən edilərək iddiaçıya 2.156.568,9 manat (1.078.284,45 litr x 2 manat/litr) aksiz vergisi hesablanmışdır. İddiaçı tərəfindən alınaraq araq istehsalında istifadə edilən spirtə görə ödənilmiş 22.640,0 manat əvəzləşdirilməli aksiz və bəyan edilmiş 379.426,7 manat nəzərə alınaraq, ona əlavə olaraq 1.754.502,2 manat (2.156.568,9-379.426,7-22.640,0) aksiz vergisi hesablanmışdır. İddaçının 2015-2017-ci illər üzrə sonuncu mənfəət vergisi bəyannaməsinin (kameral/audit) məlumatlarına əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: sonuncu dövr gəlirlər xərclər mənfəət/zərər vergi 2015 55 960,00 49 210,00 6 750,00 1 350,00 2016 650 351,05 664 515,21 -14 164,16 0,00 2017 374 830,70 415 588,27 -40 757,57 0,00 cəmi 1 081 141,75 1 129 313,48 -48 171,73 1 350,00 Göründüyü kimi, iddiaçı tərəfindən 3 illik dövr üzrə büdcəyə cəmi 1.350,0 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə mütəxəssis rəyinə əsasən müəyyən edilmiş ƏDV tutulan dövriyyədən aksiz vergisi çıxılmaqla iddiaçının ümumi gəlirləri 2.997.688,64 manat (o cümlədən 2015ci il üzrə 336.783,49 manat, 2016-cı il üzrə 1.430.975,92 manat və 2017-ci il üzrə 1.229.929,23 manat) müəyyən edilmişdir. Xərcləri təsdiq edən ilkin sənədlər yoxlamaya təqdim edilmədiyindən iddiaçının gəlirlərinə şərti rentabellik norması tətbiq edilmiş, bəyan etdiyi mənfəət vergisi nəzərə alınmaqla ona ümumilikdə 98.572,96 manat (2.997688.64/120x20x20%-1.350) əlavə mənfəət vergisi hesablanmışdır. Sonuncu bəyannamə məlumatlarına əsasən iddiaçının işçilərinin orta siyahı sayı 39 nəfər, hesablanmış əmək haqqı 263.104,31 manat olmuş, ümumilikdə 10.390,05 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (bundan sonra - MÖMV) hesablanmışdır. Qara mühasibatlıq sənədlərinə və elektron fayllarda əmək haqqı cədvəllərinə əsasən yoxlanılan dövr üzrə işçilərin orta siyahı sayının 52 nəfər, hesablanmış əmək haqqının 597.333,0 manat olduğu müəyyən edilərək iddiaçının MÖMV öhdəliyinin 57.945,83 manat olduğu müəyyən edilmişdir. Beləliklə iddiaçıya yoxlama ilə 47.555,78 manat (57.945,83-10.390,05) əlavə MÖMV (o cümlədən 2015-ci ilin noyabr-dekabr aylarında 697,88 manat, 2016-cı il üzrə 13.073,47 manat, 2017-ci il üzrə 21.342,20 manat və 2018-ci ilin yanvar-iyun ayları üzrə 12.442,23 manat) hesablanmışdır. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2019-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qanunsuz hesab edir. İddiaçı hesab edir ki, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlasa da 13 ay 28 gün davam edərək xx.xx.2019-cu tarixdə başa çatmışdır. Cavabdeh 42 gün əsas müddət və hər biri 43 və 45 təqvim günü olmaqla iki dəfə qanunazidd şəkildə yoxlamanı uzatmaqla ümumilikdə 130 təqvim gününə (dayandırılma müddəti və rəsmiləşdirilməyən 23 təqvim günü istisna olmaqla) həyata keçirilmişdir. Bununla da Vergi Məcəlləsinin 38.2-ci və 38.7-ci maddəsinin tələblərinə zidd olmaqla vergi ödəycisinin hüquqları pozulmuşdur. İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı aşağıdakı xüsusi qaydalar nəzərdə tutulmuşdur: “Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.” (VM, 38.2) “Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir” (VM, 38.4). “Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; Bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.” (VM, 38.7). Sadalanan normalardan da göründüyü kimi, səyyar vergi yoxlamasının müddəti 90 günədək artırıla, 9 aydan çox olmamaqla dayandırıla bilər. Hazırki iş üzrə yoxlamanın müddəti 270 gün dayandırılmış, 60 gün artırılmışdır. Belə olan halda yoxlamanın müddəti vergi qanunvericiliyinin tələblərindən kənara çıxmamaqla artırılmış və dayandırılmışdır. Bundan əlavə iddiaçı qeyd edir ki, xx.xx.2018-ci il tarixli KY181258483 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan , göründüyü kimi, iddiaçının ərazisinə xx.xx.2018-ci il tarixdə baxış keçirilməsinə baxmayaraq vergi orqanı tərəfindən baxış keçirilməsi barədə məlumatların reyestrdə qeydiyyata alınması təmin edilməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1 -ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1 -ci maddəsində vergi orqanları tərəfindən keçirilən yoxlamaların kameral və səyyar olmaqla 2 növü nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vergi ödəyicisininin ərazilərinə, binasına, nəqliyyat vasitələrinə, sənədlərinə, və əşyalarına baxış keçirilməsi isə vergi nəzarəti tədbirləri ilə əlaqədar keçirilən tədbirlərdən yalnız bir növüdür. İddiaçının qeyd etdiyi iş materiallarında mövcud olan “Çıxarış” dan görünür ki, vergi ödəyisinin sahibkarlıq fəaliyyəti üzrə keçirilən yoxlama növü kimi növbədənkənar səyyar vergi yoxlaması barədə məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. İddiaçı digər tərəfdən iddia edir ki, vergi orqanı yoxlamanı 2015-ci ildən başlayaraq yaranmış münasibətlərə aid edərək hesablama aparmışdır ki, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə görə vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 53.1-ci maddəsi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbiri kimi Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını və faizləri nəzərdə tutur. Mübahisələndirilən xx.xx.2019-cu il məsuliyyət qərarınının “VM maddəsi” və “Maliyyə sanksiyası” xanalarından da göründüyü kimi, vergi orqanı məsuliyyətə cəlb etmə müddəti keçən vergi dövrləri üzrə hesablanan vergi məbləğlərinə (mənfəət vergisi-2015, əlavə dəyər vergisi üzrə-dekabr/2015, yanvar/fevral/mart/aprel/may/iyun/iyul/avqust/2015, aksiz vergisi üzrə-2015, yanvar/fevral/mart/aprel/may/iyun/iyul/avqust/2016) maliyyə sanksiyası tətbiq etməmişdir. Qeyd edilənlərdən də aydın görünür ki, vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə müəyyən edilmiş 3 illik məsuliyyət müddətini gözləmişdir. İddiaçının dəlillərindən biri də ondan ibarətdir ki, yoxlamaya ekspert cəlb etmək hüququ olduğu halda mütəxəssis adı altında rəy təqdim edən şəxsi cəlb etməklə onun verdiyi rəyə əsaslanaraq vergi hesablanmışdır. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertleri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yəni iddiaçının özünün də qeyd etdiyi kimi ekspertin və ya mütəxəssisin yoxlamaya cəlb edilməsi qanunvericilikdə məcburi tələb kimi deyil, vergi orqanının hüququ kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən vergi ödəyicisi yoxlamanın aktına əlavə edilmiş mütəxəssisin rəyi ilə razılaşmadıqda bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. İddiaçı mütəxəssisin yoxlamaya cəlb edilərək onun rəyi əsasında vergilərin hesablanmasını doğru hesab etmədiyini iddia etsə də, rəy ilə razılaşmadığına dair hər hansı qeydi mövcud deyil. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********191526 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018ci il tarixli **********158705 nömrəli qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrü: Avqust 2015- İyun 2018 o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Avqust 2015 – İyun 2017. Yoxlama keçirilməsi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi Kiçik ədliyyə müşaviri X19, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin dövlət vergi müfəttişi ədliyyə müşaviri X7, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin rəhbəri müavini baş vergi xidməti müşaviri X10, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X11 tapşırılmışdır. İş materiallarında olan seyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2018-ci il tarixli **********6163059 nömrəli qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. İş materiallarında olan mütəxəssin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********163432 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-nin Ağsu rayonu, Ağsu şəhərində fəaliyyət göstərən istehsal obyektində, avadanlıqıların istehsal gücü, xammal, material enerji sərfiyyatına görə istehsal edilmiş spirt içkilərin o cümlədən şərabın istehsal həcmini müəyyənləşdirilməsi üçün mütəxəssis qarşısında suallar qoyulması qərara alınmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********163844 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********166797 nömrəli qərarın təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********170027 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********173119 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********175390 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********177942 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********180093 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********182344 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********184441 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan seyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2019-cu il tarixli **********186548 nömrəli qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********161443 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı (VÖEN **********)-dən (dan) 01.xx.xx.2015-cı il tarixdən xx.xx.2018-çi il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri (qaimə-fakturalar, vergi hesabfakturglar), o cümlədən elektron fayllar, bank sənədləri, kassa sənədləri, işlərin (xidmətlərin) təhvil-təslim aktları, gəlirləri və xərcləri təsdiq edən sənədlər və s.); 2. xx.xx.2015-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə uçot registirləri, dövriyyə cədvəlləri, kassa kitabı, baş kitab, ciddi uçot blankları, müqavilələr, debitor və kreditor borclarının siyahısı,"Nəzarət kitabçası" və s.; 3. Əməliyyatların digər şəxslər tərəfindən aparılmasına dair etibarnamələr; 4. İdxal-ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri və s.); 5. Hüquqi şəxsin vergi orqanında qeydiyyata alınmasına, banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, habelə xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyətlə məşğul olmaq üçün müvafiq orqanlardan alınmış sənədlər; 6. Maddi məsul şəxslərlə, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış müqavilələr, icarə müqavilələri və s; 7. Təsərrüfat subyektlərinin, o cümlədən anbarın, ticarət sahəsinin, ofisin və s. olub-olmaması barədə sənədlər (arayış); 8. Müəssisənin maliyyə təsərrüfat fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin götürülməsi həyata keçirilmişdir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli **********189098 nömrəli protokolundan görünür ki, götürmə həyata keçirilməzdən əvvəl X17 cəmiyyətin direktoru sənədlərin və nümanə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********161443 nömrəli qərar təqdim edilmiş və bu qərarda göstərilən və əşyaların təqdim edilməsi təkilf olunmuşdur. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi verilməsindən imtina barədə xx.xx.2018-ci il tarixli **********189090 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əmaliyyat idarəsi tərəfindən Cəmiyyətə keçirilmiş oparativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2018-ci il tarixdə təhvil təslim aktı ilə ilkin sənədlər və elektron daşıyıcda fayllar götürüldüyündən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Buna görə də vergi ödəyicisinin sənədlərinin və nümanə kimi əşyaların götürməsinə icazə verilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********158893 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC tərəfindən ƏDV-nin 2015-ci ildə 88496,67 manat, 2016-cı ildə 247517,26 manat, 2017-ci ildə 23 1693,67 manat və 2018- ci ilin yanvar-iyun aylarında 95687,14 manat olmaqla - cəmi 663394,74 manat, aksiz vergisinin 2015-ci ildə 188964.68 manat, 2016-cı ildə 594471,04 manat, 2017-ci ildə 566460,53 manat, 2018-ci ilin yanvar-iyun aylarında 404605,97 manat olmaqla - cəmi 1754502,22 manat, mənfəət vergisinin 2015-ci ildə 9876,12 manat, 2016-cı ildə 47699,20 manat və 2017-ci ildə 40997,64 manat olmaqla - cəmi 98572,96 manat və MÖMV-nin 2015-ci ildə 697,88 manat, 2016-cı ildə 13073,47 manat, 2017-ci ildə 21342,20 manat və 2018-ci ilin yanvar-iyun aylarında 12442,23 manat olmaqla - cəmi 47555,78 manat azaldıldığı müəyyən edilir. Nəticədə ümumilikdə vergilərin 2564025,71 manat azaldılması müəyyən edilmişdir. Azaldılmış 2564025,71 manat məbləğində vergilər büdcəyə hesablanılıb ödənilməlidir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-599/2021 nömrəli qərardadı ilə, iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan xx.xx.2015xx.xx.2018-ci il tarixdə dövründə dövriyyəsi nə qədər olmuşdur? (illər üzrə dövriyyə ayrıayrılıqda qeyd olunmaqla)
2. İddiaçının iş materiallarında olan sənədlərə əsasən xx.xx.2015-xx.xx.2018-ci il dövründə ödəməli olduğu verginin və DSMF-na ayırmanın (mənfəət, ƏDV, ÖMV və aksiz vergisi) məbləği nə qədərdir? (illər üzrə ayrı-ayrılıqda qeyd olunmaqla)
3. İddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olmuşdurmu?
4. İddiaçının vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslıdırmı?
5. Enerji sərfiyyatı əsas götürülməklə dövriyyənin hesablanması mümkündürmü?
6. İş materiallarında olan Ticarət və Sənaye Palatası “”Azərekspertiza” birliyinin xx.xx.2019-cu il tarixli rəyi əsaslıdırmı?
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla iddiaçının yoxlanılan dövr ərzində ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədərdir?
8. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş yoxlama dövrünü əhatə edən ilkin mühasibat sənədləri əsasında iddiaçının gəlirləri, xərcləri və ödəməli olduğu verginin və DSMF-na ayırmanın (mənfəət, ƏDV, ÖMV və aksiz vergisi) məbləği nə qədərdir? (illər üzrə ayrı-ayrılıqda qeyd olunmaqla) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3666 nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, müəssisəyə mütəxəssis rəyi nəzərə alınmaqla əlavə olaraq vergilər hesablanmışdır. Qeyd edilir ki, istehsal edilmiş məsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmi və maya dəyəri müəyyən edilməmişdir.Həmçinin qeyd edilir ki, mütəxəssis rəyində göstərilən qaydalarda istehsal həcminin müəyyən edilməsi mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə uyğun deyildir. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən, amortizasiya - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Əliyev B.İ tərəfindən verilmiş iş materialında olan mütəxəssis rəyində məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcmi müəyyən edilməmişdir. Həmçinin mütəxəssis rəyində müxtəlif həcmli şüşə butulkalarda istehsal olunmuş spirtli işkilərin hansı qaydada müəyyən olunmasıda göstərilməmişdir (ayrı-ayrı həcmli şüşə butulkalarda olan spirtli içkilərə dair). Eyni zamanda qeyd edilir ki, iş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Sözügedən rəyin “nəticə” hissəsində aşağıdakılar qeyd edilmişdir: Birinci, ikinci, üçüncü və səkkizinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən ekspert qarşısında qoyulmuş hazırkı suallar üzrə tədqiqat aparmaq mümkün olmamıdı. Lakin qeyd edilir ki, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin bəyan etdiyi göstəricilər (dövriyyə, xərc, büdcəyə çatası vergi və s. İlə bağlı) öz əksini tapmışdır. Dördüncü, beşinci, altıncı və yeddinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə müəssisə tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 98572,96 manat məbləğində mənfəət vergisinin, 679129,57 manat məbləğində ƏDV-nin, 1754502,22 manat məbləğində aksiz vergisinin, 47555,78 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin az hesablanması və 15734,82 manat məbləğində ƏDV-nin artıq hesablanması müəyyən olunur. - xx.xx.2021-ci il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarından görünür ki, 1.xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış subay, ünvan 1 ünvanında qeydiyyatda elan. ünvan 2 ünvanında yalayan, "Qradus 40” MMC-nin faktiki rəhbəri X12 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nın 205-1, 213-1.3. 213-1.4 və 213 3cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata həmin şəxsin cinayət əməlini törətdikdən sonra ölməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-cı maddəsinə əsasən xitam verilmiş, "Qradus 40” MMC-nin rəsmi direktoru X8, baş mühasibi X5, icraçı direktoru X13, satış müdirləri X4 və X9, ekspeditorlar X18, X22, anbardar X14, mühasib-kassiri X2, opertaor-mühasib X6 barəsində cinayət təqibi, əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən rədd edilmişdir. - AZ-İİ 164265 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
Əsaslandırma hissəsi:
İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********191526 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisələndirilən inzibati akt - xx.xx.2019-cu il tarixdə qəbul olunmuş, Həmin inzibati akt xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmış, iddiaçı tərəfindən yuxarı vergi orqanına xx.xx.2020-ci il tarixdə şikayət verilmişdir. Yuxarı vergi orqanının cavabı xx.xx.2020-ci il tarixdə verilmişdir. xx.xx.2020-ci il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. İddiaçıya yuxarı vergi orqanının cavabı xx.xx.2020-ci il tarixdə verildiyinə, xx.xx.2020-ci il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğuna görə iddiaçı inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi X12 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və iddiaçının fəaliyyətinin dayandırıldığını bildirərək, artıq tələblə bağlı hüquqi marağın mövcud olmadığını bildirmişdir. Lakin, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının nümayəndəsinin vəfat etməsi və iddiaçının fəaliyyətinin dayandırılması hazırkı iddia tələb ilə bağlı iddiaçının hüquqi marağının itməsi kimi qiymətləndirilə bilməz. İddiaçı, xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı ilədək fəaliyyətini dayandırmışdır. Yəni, hüquqi şəxsin mövcudluğuna xitam verilməmişdir. Digər tərəfdən cavabdeh orqan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarını Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən əsaslandırmış və cinayət təqibinə iddiaçının nümayəndəsinə münasibətdə bəraətverici əsaslar olmadan xitam vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağının itməsi ilə bağlı cavabdeh orqanın mövqeyi əsaslı deyil. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər:... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4.-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İşin hallarından görünür ki, cavabdeh orqan iddiaçı barəsində hazırda mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin göstərilənlərin əksinə vergi orqanı elektrik enerjisi sərfiyyatını əsas götürərək iddiaçıya məxsus müəssisədə müvafiq dövr ərzində spirtli içkilərin istehsal həcmini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, spirtli içkilərin istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddətindən, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulmasından, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz. Digər tərəfdən cavabdeh orqan iddia tələbinə etirazında “qara mühasibatlıq” sənədlərinə istinad etməsi də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, vergi ödəyicisinə aid “qara mühasibatlıq” sənədləri üzrə əlaqəli vergilərin hesablanması yoxlamanın aparıldığı dövrdə qüvvədə olan qanunvericilikdə təsbit olunmamışdı və bu baxımdan həmin sənədlərə əsasən vergiləri hesablamaqda cavabdeh haqlı sayıla bilməz (oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-862/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-2897/2022 nömrəli xx.xx.2022-ci il tarixli, 2-1(102)-1127/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarları mövcuddur). İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.