Məhkəmə qərarları › İş №2-1(116)-450/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-450/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-450/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “aparılmış qeydiyyatların qismən ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri Sabir küçəsi 17 saylı evdə qeydiyyatda olan X6 adına cavabdeh tərəfindən verimiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli çıxarışın evə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-450/2025 saylı qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-450/2025 saylı qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Balakən şəhəri, Sabir küçəsi, ev-17 ünvanında yerləşən 0,0399 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinədə dair X6 adına **********10-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla"larin fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “iddiaçı ünvan 1-də yaşayır. Yaşadığı ev mərhum valideynləri X10 və X3 miras qalmışdır. Belə ki, onlar bu evi birgə yaşadıqları dövrdə 1957-ci ilin sonunda alqı-satqı yolu ilə almışdırlar. xx.xx.1979-cu il tarixdə iddiaçının atası Sultanov Şaban, xx.xx.1990-cı il tarixdə anası Sultanova Əsiyyət vəfat etmişdir. Onlar 2 bacı və 2 qardaş olmuşdur. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Digər X2 və onun ailə üzvlərinin, həmçinin bacısı Sultanova ( Mamedova) Sevinc Şaban qızının və mərhum qardaşi X29 oglunun mülkiyyətinə JN -303A KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.04ha həyətyanı torpaq sahəsi verilmişdir. Valideynlərindən miras qalmış 1953-cü ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 88.8 kv.m olan mübahisəli ev həmin torpaq sahəsi üzərində yerləşir. X2 mərhum X4ndan miras qalmış torpaq sahəsinin əldə edilməsi ilə bağlı Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2021- ci il tarixli 2V-549 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Lakin valideynlərindən miras qalmış ərizəsində qeyd edilən mübahisəli evə dair vərəsəlik işi açılmamış və ev tam olaraq X2nun adına keçmişdir. Belə ki, Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən xx.xx.2021-ci il tarixdə 205 sayla qeydiyyata alınaraq möhürlənməklə imzalanmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün qardaşinin oglu X27 ogluna verilmiş arayış əsasında X2nun adına xx.xx.2021-ci il tarixli reyestr nömrəsi **********10 -10301 “Çıxarış” verilmişdir. Bundan başqa Balakən şəhər İƏD tərəfindən verilmiş yuxarıda qeyd olunan arayışda qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə məlumatı Nümayəndəlikdə aşkar olunmadı” sözləri yazılmışdır. Arayışı vermiş şəxs Balakən şəhər İƏD üzrə Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Nəriman İbrahimov mübahisəli evdə kimlərin yaşaması, mərhum valideynləri və mərhum X22ın vərəsələrinin olub olmaması, həmçinin Sabir küçəsi 17 saylı evə dair vərəsələr arasında mübahisənin olub olmaması halını araşdırmadan belə bir arayış tərtib edərək imzalamışdır. İddiaçı hesab edir ki, qeyd olunan arayış əsasında qardaşı Çingiz Sultan oğlunun miraz qalmış evə tam mülkiyyətçi olması barədə verilmiş “Çıxarış” qanunsuzdur. Qeyd olunan “Çıxarış”ın evə dair hissədə ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İdarə tərəfindən “Çıxarış”ın ləğv edilməsinin qeyri mümkün olması barədə 11 mart 2024-cü il tarixli 3-21-3-47/2-S-00xxxx/2024 saylı müraciətə baxılması barədə bildiriş göndərilmişdir. Həmçinin bildirişdə mübahisə ilə bağlı Məhkəməyə müraciət etmək hüququm olması izah edilmişdir. Ərizədə qeyd etdilənlərə əsasən bildirir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də Məhkəməyə müraciət edir.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “ərizə əsasında qeyd olunan məsələnin həlli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2- S-00xx-xx/2024 (**********75) nömrəli məktub ünvanlanmışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxslər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.Həmçinin bildirdi ki,is materiallarında texniki pasport var. Daşınmaz Əmlakın Ryestr Xidmətindən arayış alaraq məhkəməyə təqdim etmişik. Həmin arayışda göstərilir ki, həmin yaşayış evi iddiaçının mərhum anasının adına qeydə alınıb. 1 nömrəli reyestr kitabının 140-cı səhifəsinin 1307 reyestr nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. Arayışın ili yoxdur lakin 2005-ci il tarixdən əvvəldir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, ərizə əsasında qeyd olunan məsələnin həlli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından, onun ərizənin icrası tərəfimizdən mümkün deyildir.İddia tələbinin təmin edilməməsini xahiş edirəm. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ********** reyestr nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0399 ha torpaq sahəsi X15 və digərlərinin paylı mülkiyyətindədir. Ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. - ********** reyestr nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0399 ha torpaq sahəsi X14 və digərlərinin paylı mülkiyyətindədir. Ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. - ********** reyestr nömrəli, xx.xx.2025-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0399 ha torpaq sahəsi İddiaçı və digərlərinin paylı mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görüünr ki, X16 özünə məxsus torpaq sahəsini X8 bağışlamışdır. - xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surəti. - xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti. - Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 205 nömrəli xx.xx.2025ci il tarixli arayışının surəti. - Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş 284 nömrəli arayışının surəti. - Balakən rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-15/2025 nömrəli qətnaməsinin surəti. - Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 6.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 6.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərinetimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbuledilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuşvədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə tkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibatiorqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə: Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Mübahisə iddiaçının paylı torpada yerləşən fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı olduğundan iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır. İddiaçının hüquqi marağı Balakən şəhəri Sabir küçəsi 17 saylı fərdi yaşayış evinə münasibətdə X6 adına aparılmış qeydiyyatın ləğv olunmasından ibarətdir. Cavabdeh imtinanın əsası kimi tələb üzrə səlahiyyətlərin olmadığına istinad etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının valideyinləri X10 və X3 miras qalmışdır. İddiaçının X2 və onun ailə üzvlərinin, həmçinin bacısı Sultanova ( Mamedova) Sevinc Şaban qızının və mərhum qardaşi X29 oglunun mülkiyyətinə JN -303A KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda mübahisə predmetini təşkil edən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 88.8 kv.m olan mübahisəli ev həmin torpaq sahəsi üzərində yerləşir. X8 X7 miras qalmış torpaq sahəsinə dair Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021- ci il tarixli 2V-549 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə miras kütləsinin yalnız ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsindən ibarət olması qeyd edilmişdir. Göründüyü kimi sözügedən ev X9 miras aktivinə aid olmamışdır. Lakin buna baxmayaraq DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün X27 ogluna verilmiş arayış əsasında onun adına xx.xx.2021-ci il tarixli reyestr nömrəsi **********10 -10301 paylı mülkiyyətə dair çıxarış verilmişdir. X1 mülkiyyət hüququ üzrə fərdi yaşayış evinə dair payı tam, torpaq sahəsinə 3/12 hissədə göstərilmişdir. Balakən şəhər İƏD tərəfindən verilmiş yuxarıda qeyd olunan arayışda ev və torpaq sahəsinin X6 aid olması və daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə ilə bağlı Nümayəndəlikdə məlumatın aşkar olmadığı qeyd edilmişdir. Bununla yanaşı iddiaçının vəkilinə ünvanlanmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2025-ci il tarixli zəruri məlumatın verilməsi barədə məktubdan görünür ki, “İddiaçı məhkəmədə baxılan iddiası ilə əlaqədar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin keçmiş DTİ və MHQİ tərəfindən qeydiyyata alınıb-alınmaması və 01 nömrəli reyestr kitabının 140-cı səhifəsində 1307 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın kimə aid olması ilə bağlı məlumatların təqdim edilməsi barədə sorğunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Sorğunuzun icrası olaraq məlumat veririk ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi keçmiş DTİ və MHQİ-nin arxiv fonduna əsasən 01 nömrəli reyestr kitabının 140-cı səhifəsində 1307 reyestr və 110 inventar nömrəsi ilə X5 adına inventar uçotuna alınmışdır.”. Göründüyü kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına həmin dövürdə reyestrdə qeyd aparılmışdır. Sözügedən evin sonradan X9 miras aktivinə daxil edilməsi ilə bağlı cavabdeh tərəfindən iş üzrə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddia tələbi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə tkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, xx.xx.2021- ci il tarixli 2V-549 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunanları nəzərə almadan Balakən şəhəri Sabir küçəsi 17 saylı evə dair X6 tam mülkiyyət hüququnu reyestrdə qeydə almışdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı ünvan 4 ünvanında yerləşən 0,0399 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinədə dair X6 adına **********10-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla"larin fərdi yaşayış evinədə dair hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar