Məhkəmə qərarları › İş №2-1(116)-451/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-451/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-451/2022 16.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Qax Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunmuş 1971-ci ilin may ayından 1979-cu ilin mart ayınadək Qax Kolxozlararası Tikinti İdarəsində fəhlə və qaynaqçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Qax rayon Yol İstehsalat dairəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək həmin təşkilatda qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Zaqatala Neft bazasında çilingər və operator vəzifəsində işlədiyi müddətlər üzrə ümumilikdə müəyyən olunan 26 il müddətin sosial sığorta stajına daxil edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay xüsusi staja malik olduğu nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunan 1971-ci ilin may ayından 1979-cu ilin mart ayınadək Qax Kalxozlararası Tikinti İdarəsində fəhlə və qaynaqçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Qax rayon Yol İstehsalat dairəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək həmin təşkilatda qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Zaqatala Neft bazasında çilingər və operator vəzifəsində işlədiyi ümumilikdə 26 ilin sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay xüsusi staja malik olmasının nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Səkkiz illik orta təhsilini bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq 1971-ci ilin may ayından 1979-cu ilin mart ayınadək Qax Kolxozlararası Tikinti idarəsində fəhlə və qaynaqçı vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Qax rayon Yol İstehsalat dairəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək həmin təşkilatda qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Zaqatala Neft bazasında çilingər və operator vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 12 mart 1979-cu il tarixli əmək kitabçasında qeyd olunan 1971-1979-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi Qax rayon Kolxozlararası Tikinti İdarəsində və xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qax rayon Yol İstehsalat İdarəsində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, sorğuya cavab olaraq Qax rayonu Kolxozlararası Tikinti İdarəsinin mühasibat sənədlərinin 2001-ci il tarixində baş vermiş təbii fəlakət nəticəsində məhv olması, Yol İstehsalat İdarəsinin sənədlərinin isə Azərbaycan Respublikası Dövlət Arxivinin Qax filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının yuxarıda qeyd olunan dövrlərə aid əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilmədiyi üçün onun ümumi iş stajı 25 ildən az təşkil edir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Filial tərəfindən mümkün hesab edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Qax Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunmuş 1971-ci ilin may ayından 1979-cu ilin mart ayınadək Qax Kolxozlararası Tikinti İdarəsində fəhlə və qaynaqçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Qax rayon Yol İstehsalat dairəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək həmin təşkilatda qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Zaqatala Neft bazasında çilingər və operator vəzifəsində işlədiyi müddətlər üzrə ümumilikdə müəyyən olunan 26 il müddətin sosial sığorta stajına daxil edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay xüsusi staja malik olduğu nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının protokolu ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəlişəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. İddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2019-cu il tarixdə artıq 64 yaşı tamam olmuş, onun 57 yaşı isə 2012-ci ildə bitmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-394/2019 nömrəli qətnaməsi ilə İddiaçı DSMF Qax rayon şöbəsinə qarşı “Qax rayon Kolxozlararası tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmuş, İddiaçı 1971-ci ilin may ayından 1979-cu ilin fevral-mart ayınadək Qax kolxozlararası tikinti idarəsində qaynaqçı işləməsi faktı müəyyən edilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1994-cü ilədək Qax rayon Yol istehsalat dairəsində fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Zaqatala Neft bazasında elektrik çilingəri vəzifəsində işləmişdir. Zaqatala rayon Dövlət Arxivinin 14 aprel tarixli 1054 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Zaqatala Neft bazasında elektrik çilingəri vəzifəsində işləmişdir. Cavabdehin Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı xidməti məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 aprel 2022-ci il tarixində daxil olmuş **********9 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Rasim İmam oğlu X2 təqdim etdiyi 12 mart 1979-cu il tarixli əmək kitabçasında qeyd olunan 1971-1979-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi Qax rayon Kolxozlararası Tikinti İdarəsində və xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qax rayon Yol İstehsalat İdarəsində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq Qax rayonu Kolxozlararası Tikinti İdarəsinin mühasibat sənədlərinin 2001-ci il tarixində baş vermiş təbii fəlakət nəticəsində məhv olması, Yol İstehsalat İdarəsinin sənədlərinin isə Azərbaycan Respublikası Dövlət Arxivinin Qax filialına təhvil verilmədiyi bildirilmişdir. Buna görə də adı çəkilən şəxsin iş stajına dair məlumatları dəqiləşdirmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az 5 il 11 gün təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34.560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 4.229,82 manat təşkil edir. Məhkəmə cavabdehin qeyd edilən dəlillərinə münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, 1971-ci ilin may ayından 1979-cu ilin fevral-mart ayınadək Qax kolxozlararası tikinti idarəsində qaynaqçı işləməsi faktı Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qax Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 024/57 nömrəli cavab məktubunda bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. Həmin dövr may 1971-ci il və mart 1979-cu il aralığına təsadüf edir. Həmçinin iddiaçıya məxsus xx.xx.1979-ci il tarixli əmək kitabçasının 2-ci səhifəsində aparılmış 1 nömrəli qeydə əsasən iddiaçının xx.xx.1979-cu il tarixdə 13 nömrəli əmrlə ərizəsinə əsasən yol təmiri işlərində işləmək üçün İ dərəcəli fəhlə kimi işə qəbul olunduğu qeyd olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, həmin aralıqda olan dövr, 7 il 9 ay əlavə araşdırma aparılmadan məhkəmə qətnaməsi və iddiaçının hərbi biletində göstərilən qeydlərə əsasən iddiaçının ümumi iş stajına hesablanmalıdır. Lakin iddiaçının hərbi xidmətdə olduğu dövr (2 il 1 ay 2 gün) çıxılmaqla məhkəmə aktı ilə hüquqi fakt qismində müəyyən edilmiş iddiaçının qaynaqçı kimi Qax kolxozlararası tikinti idarəsində işlədiyi müddət 5 il 7 ay 28 gün təşkil edir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixlərdə Qax rayon Yol istehsalat idarəsində işləmişdir. O, xx.xx.1979-cu il tarixdən dairəyə qaynaqçı fəhlə işinə keçirilmiş, xx.xx.1994cü il tarixdə isə ərizəsinə əsasən 24 nömrəli əmrlə işdən azad edilmişdir. Həmin müəssisədə iddiaçının ümumi iş stajı 15 il 2 ay 21 gün təşkil etmiş, qaynaqçı vəzifəsində iş stajı 14 il 6 ay 22 gün olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının 6 və 7-ci səhifələrində aparılmış qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Zaqatala Neft bazası Qax 3 nömrəli YDM-ə el.çilingəri vəzifəsinə qəbul edilmişdir. O, xx.xx.1995-ci il tarixli 28 nömrəli əmrlə Qax 3 nömrəli YDM-ə 4-cü dərəcəli operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997ci il tarixli41 nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 001521 nömrəli xx.xx.1997-ci il tarixli şəhadətnaməsinə və şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçının əmək kitabçasında olan bütün qeydlər möhürlə təsdiq olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin 1054 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən Qax 3 nömrəli YDM-nə el.çilingəri vəzifəsinə qəbul edilmiş (əsas 1994-cü ilin əmrlər kitabı, səh 70, fond 62, siyahı 2) xx.xx.1997-ci il tarixli 41 nömrəli əmrlə vəzifədən azan edilmişdir (əsas 1997-ci ilin əmrlər kitabı, səhifə 148, fond 62, siyahı 2). Həmin dövrdə iddiaçının ümumi iş sajı 2 il 11 ay 9 gün, el.çilingəri vəzifəsində iş sajı isə 8 ay 20 gün təşkil etmişdir. Cavabdeh tərəfindən nə imtinada, nə də ki iddia tələbinə etirazda iddiaçının Zaqatala Neft bazasında işlədiyi müddət mübahisələndirilməmişdir. Beləliklə, qeyd olunan dövlərdə iddiaçının əmək stajını məcmu halda hesablamaqla (7 il 9 ay + 15 il 2 ay 21 gün + 2 il 11 ay 9 gün = 25 il 11 ay) cəmi 25 il 11 ay təşkil edir. İş materiallarını tədqiq edən məhkəmə cavabdehin imtinasındakı arqumentləri ilə eyni olan etirazı ilə razılaşmır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək iddiaçının işlədiyi qaynaqçı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum qaynaqçı vəsifəsində işlədiyi 14 il 6ay 22 gün, hərbi xidmət müddəti də daxil edilməklə ümumi iş stajının 25 il 11 ay olması onun əmək kitabçası ilə təsdiq olunur. Eyni zamanda, qaynaqçısı olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin siyahıda göstərilən peşələrə uyğun olması, SSRİ və postsovet dövrlərində qaynaqçıların tam əksəriyyətinin əl ilə qaynaq aparan qaynaqçılar olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Cavabdeh iddiaçının müraciətinə imtinasını 25 il ümumi iş stajına malik olmaması ilə əsaslandırır ki, onun imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2019-cu il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ilkin müraciət etdiyi xx.xx.2019-cu il tarixdən təyin edilməklə, əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar