Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4512/2025 17.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Zaqatala Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı «Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamı ləğv edilməsi, Zaqatala Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında həmin tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, sonuncunu adına verilmiş xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış ləğv edilərək Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazı İdarəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Zaqatala Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı məhkəməyə müraciət edərək “Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamı ləğv edilsin, Zaqatala Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında həmin tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilsin, sonuncunu adına verilmiş xx.xx.2016cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış dəyişdirilərək Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazı İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamı ləğv edilsin, Zaqatala Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında həmin tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilsin, sonuncunu adına verilmiş xx.xx.2016cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış ləğv edilərək, Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazı İdarəsinin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən RİHBnın 09 iyun 2016-cı il tarixli, 109 nömrəli sərəncamına əsasən Zaqatala şəhərinin Şimalqərb yaşayış massivinin cənub hissəsində dövlət mülkiyyətinə aid olan torpaq sahəsindən 2,50 ha torpaq sahəsini sahibkarlıq (kənd təsərrüfatı məhsullarının istehsalı) məqsədilə 30 il müddətinə uzunmüddətli icarə qaydasında Cavabdeh icarəyə verilərək onunla icarə müqaviləsinin bağlanması qərara alınmışdır. DƏDKR PHŞ-nin 18 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş 23 sentyabr 2016-cı il tarixli A seriyalı 091569 nömrəli "Torpaq sahəsinin planı və ölçüsu”ndən görünür ki, Zaqatala şəhərinin Şimal-qərb yaşayış massivində yerləşən reyestr nömrəsi **********80, dövlət mülkiyyətində oları 2,50 ha yaşayış məntəqələrinin torpaqları Zaqatala Rayon icra Hakimiyyəti Başçısının 09 iyun 2016-cı il tarixli 109 nömrəli sərəncamı tlə Cavabdeh kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə üçün ayrılmışdır. Həmin torpaq sahəsi DƏDKR PHŞ-nin 18 saylı Ərazi idarəsi tərəfindən 23 sentyabr 2016-cı İİ tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhərinin Şımal-qərb yaşayış massivinin cənub hissəsində yerləşən, reystr nömrəsi **********80 olan 2,50 ha torpaq sahəsi 30 il müddətinə Cavabdeh xeyrinə icarə ilə yüklü edilmişdir. Cavabdeh əvvəllər həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir əldə etmişdir. Lakin Cavabdeh onunla bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq torpaq sahəsindən istifadəyə görə (hər hektarına 400 manat olmaqla hər il üçün) icarə haqqını, digər tədiyyələri ümumiyyətlə ödəməmiş, vəzifələrini layiqincə yerinə yetirməmiş, torpaqdan təyinatı üzrə istifadə etməmiş, həmçinin onun münbitliyinin qorunması istiqamətində tələb olunan (torpağın keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki) tədbirləri həyata keçirməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1ci bəndində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları təsbit olunmuşdur. Həmin maddənin 1-ci bəndinin 6-cı, 7-ci, 8-cı abzasları üzrə istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi, icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənılmədikdə, kənd istehsalı torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə ediİmədikdə, müvafiq icrahakimiyyəti orqanının vəsatəti üzrə mülkiyyət, istifadə və icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Hesab edilir ki, Ayçın Ağayev ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçun əsaslar yaranmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh yuxarıda qeyd olunanlar haqqında 18 fevral 2025-ci il, 13 avqust 2025-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş, lakin cavab alınmamışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bənd 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bənd 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bənd 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 109 nömrəli Sərəncamından görünür ki, qeyd olunanlar qərara alınmışdır: 1. Zaqatala şəhərinin şimal-qərb yaşayış massivinin cənub hissəsində Dövlət mülkiyyətinə aid olan torpaq sahəsindən 2,5 ha torpaq sahəsi sahibkarlıq (kənd təsərrüfatı məhsullarının istehsalı) məqsədilə 30 (otuz) il müddətinə uzunmüddətli icarə qaydasında Cavabdeh icarəyə verilərək onun icarə müqaviləsi bağlanılsın. 2. İcarəçi Cavabdeh torpaq sahəsinin naturada koordinatlarının göstərilməsi 18 saylı Zaqatala Layihə Tədqiqat İdarəsinə tapşırılsın. 3. Müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının müqavilədə göstərilən müddətə ödənilməsi və təyinatına uyğun istifadə edilməsi icarəçi Cavabdeh tələb edilsin. 4.Sərəncamın icrasına nəzarət RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə tapşırılsın. İş materiallarında olan xx.xx.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 109 nömrəli Sərəncamı əsasında şimal-qərb massivindən cənubda 2,5 ha torpaq sahəsi 30 il müddətinə Cavabdeh sahibkarlıq (kənd təsərrüfatı məhsulları istehsalı) məqsədilə icarəyə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri şimal-qərb yaşayış massivində 2,5 ha torpaq sahəsi üzərində xx.xx.2016xx.xx.2046-ci il tarixədək (30 il müddətinə) Cavabdeh icarə hüququ qeydiyyata alınmışdır. İlk öncə qeyd nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə nəzərə alır ki ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülmüş tələb mahiyyət etibarilə bir-biri ilə əlaqəli olan bir neçə hissədən ibarətdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi üç hissədən ibarətdir: 1) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamının ləğv edilməsi; 2) Zaqatala Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında həmin tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi; 3) Cavabdehin adına verilmiş xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilərək Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması. Məhkəmə hesab edir ki, göstərilən tələblər hüquqi mahiyyətinə görə fərqli hüquq münasibətlərindən irəli gəldiyindən onların hər biri ayrıca hüquqi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə iddia tələblərini ayrı-ayrılıqda araşdıraraq onların inzibati məhkəmə icraatı qaydasında mümkün olub-olmamasını müəyyən etməyi zəruri hesab edir. İddia tələbinin Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı hissəsi hazırkı mərhələdə inzibati məhkəmə icraatı qaydasında mümkün sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq orqan tərəfindən, habelə məhkəmə qaydasında ləğv oluna bilər. Həmin normanın mənasından göründüyü kimi, inzibati aktın ləğvi yalnız məhkəmənin müstəsna səlahiyyəti deyildir; əksinə, ilk növbədə aktı qəbul etmiş inzibati orqanın özünün həmin aktı geri götürmək və ya ləğv etmək imkanları qanunvericiliklə saxlanılmışdır. Bundan əlavə, Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt onun ləğvini şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Eləcə də, Qanunun 68.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qanuni əlverişsiz inzibati akt onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər, 68.2-ci maddədə isə qanuni əlverişli inzibati aktın hansı hallarda ləğv edilə bilməsi ayrıca göstərilmişdir. Deməli, qanunverici həm qanunsuz, həm də müəyyən hallarda qanuni inzibati aktın ləğvi üçün inzibati orqanın öz daxilində hüquqi mexanizm nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı məhz həmin sərəncamı qəbul etmiş inzibati orqandır. Bu baxımdan, iddiaçının əlində həmin inzibati aktın qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən qiymətləndirilməsi, ləğv edilməsi və ya geri götürülməsi üçün birbaşa inzibati-hüquqi imkanlar mövcuddur. İş materiallarından görünmür ki, iddiaçı əvvəlcə “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrində nəzərdə tutulmuş daxili inzibati mexanizmlərdən istifadə etmiş, həmin sərəncamın onu qəbul etmiş orqan tərəfindən ləğvi məsələsinə hüquqi qiymət vermiş, yaxud bu imkanların tükəndiyini əsaslandırmış olsun. Məhkəmə hesab edir ki, inzibati orqanın özünün qəbul etdiyi aktın ləğvi üçün qanunla ona verilmiş səlahiyyətlər mövcud olduğu halda, həmin məsələ üzrə birbaşa məhkəməyə müraciət edilməsi inzibati icraatın mahiyyətinə uyğun deyildir. Başqa sözlə, iddiaçının sərəncamın ləğvi ilə bağlı tələb üzrə inzibati müdafiə vasitələri hələ tükənməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, sərəncamın ləğvinə dair tələb üzrə iddiaçı əvvəlcə həmin inzibati aktı qəbul etmiş orqan qismində “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirməli, yalnız bu imkanlar hüquqi nəticə vermədiyi və ya qanunla başqa qayda müəyyən edildiyi halda məhkəmə müdafiəsinə əl atmalıdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə (1-ci hissə) hazırkı vəziyyətdə mümkün hesab edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən iddia tələbinin ikinci hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin predmeti inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı fəaliyyəti olsa da, bu fəaliyyətin mahiyyəti və onun tənzimlənmə mexanizmi publik hüquq münasibətlərindən deyil, xüsusi hüquq münasibətlərindən irəli gəlir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə icarə müqaviləsi olmaqla, mülki-hüquqi öhdəliklərdən irəli gəlir və tərəflər arasında yaranmış münasibətlər müqavilə öhdəliklərinə əsaslanan hüquq münasibətləridir. Müqavilə icarə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və bu institutlar əsasən öhdəlik hüququnun tərkib hissəsi kimi mülki hüququn predmetinə daxil olan sahələrə aiddir. Bu münasibətlərdə tərəflər, yəni icarəyə verən (Zaqatala Rayon İcra Hakimiyyəti) və icarəyə götürən (Cavabdeh) arasında inzibati-hakimiyyət səlahiyyəti ilə tabeçilik münasibəti mövcud olmur. Zaqatala Rayon İcra Hakimiyyəti bu məsələdə inzibati akt qəbul edən publik hakimiyyət orqanı kimi deyil, mülki hüquq münasibətlərində tərəf olan hüquqi şəxs qismində çıxış edir. Məhkəmə hesab edir ki, inzibati orqanların qəbul etdiyi hər bir qərar inzibati akt xarakteri daşımır. Hər bir inzibati orqan tərəfindən verilən sənədin inzibati akt hesab olunması üçün həmin sənədin publik-hüquqi xarakter daşımaqla hüquq və vəzifələr yaradan, dəyişdirən və ya onlara xitam verən nəticələr doğurması zəruridir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən münasibətlər tərəflər arasında bağlanmış mülki müqavilədən irəli gəlir və inzibati aktın hüquqi əlamətlərinə cavab vermir. Torpaq sahəsinin icarəyə verilməsi və icarə şərtlərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən icra hakimiyyəti tərəfindən mülki hüquqi münasibət çərçivəsində həyata keçirilə bilər. Lakin bu fəaliyyət publik hakimiyyət səlahiyyətinin həyata keçirilməsi deyil, mülki hüquq münasibətlərində tərəflərin qarşılıqlı razılığına əsaslanan hüquqi mexanizmdir. Zaqatala Rayon İcra Hakimiyyəti bu sahədəki fəaliyyəti dövlət idarəetmə funksiyasının icrası deyil, mülki dövriyyədə iştirak edən subyektin davranışı kimi qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçının məhkəməyə müraciət etdiyi tələbin mahiyyəti inzibati aktın qəbuluna məcburetmə ilə bağlı olmayıb, mülki hüquq münasibətləri çərçivəsində bağlanmış müqavilənin ləğvinə yönəlmişdir. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə inzibati mübahisə deyil, mülki xarakter daşıyan hüquq mübahisəsidir. Məhkəmə həmçinin nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, əgər mübahisəyə baxılması həmin məhkəmənin səlahiyyətinə aid deyilsə, məhkəmə işi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərməlidir. Lakin bu müddəa yalnız inzibati mübahisələrə şamil olunur və inzibati məhkəmələrin mülki münasibətlərdən irəli gələn mübahisələri birbaşa göndərmək səlahiyyəti yoxdur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (15.1-15.3-cü bəndlər). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqları yalnız inzibati icraat çərçivəsində deyil, eyni zamanda ümumi məhkəmə icraatı çərçivəsində də qorunur və inzibati icraat çərçivəsində bu işə baxmaqdan imtina edilməsi iddiaçının hüquqlarının müdafiəsiz qalmasına səbəb olmur. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının mübahisə ilə bağlı (xx.xx.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə münasibətdə) aidiyyət məsələsində hüquqi müdafiə imkanları mövcuddur. İddiaçı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddia həmin hissə də (2-ci hissə) mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddia tələbinin üçüncü hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Nəzərə alınmalıdır ki, iddia tələbinin cavabdehin adına verilmiş xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilərək Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmasına dair hissəsi müstəqil xarakter daşımır və əvvəlki tələblərdən asılı, onlara törəmə tələb kimi çıxış edir. Belə ki, göstərilən tələb sərəncamın ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi tələblərinin hüquqi nəticəsi kimi irəli sürülmüşdür. Başqa sözlə, cavabdehin icarə hüququnun dövlət qeydiyyatının ləğvi və bunun əvəzində iddiaçının adına müvafiq qeydiyyatın aparılması yalnız həmin hüququn əsasını təşkil edən inzibati və ya mülkihüquqi əsasların aradan qalxması halında mümkün ola bilər. Hazırkı halda isə məhkəmə yuxarıda göstərilən səbəblərdən sərəncamın ləğvinə dair tələbi inzibati müdafiə vasitələri tükənmədiyinə görə, icarə müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi isə mülki hüquq münasibətlərindən irəli gəldiyinə görə inzibati məhkəmə icraatı qaydasında mümkün saymır. Bu səbəbdən həmin tələblərlə birbaşa bağlı olan və onlardan asılı xarakter daşıyan çıxarışın ləğvi və yeni qeydiyyat aparılması barədə tələb də ayrıca təmin oluna bilməz. Məhkəmə hesab edir ki, əsas tələblər mümkün sayılmadığından və mahiyyəti üzrə təmin edilmədiyindən, onlara bağlı olan törəmə tələb də hüquqi əsasdan məhrum olur. Odur ki, iddianın bu hissəsi də (3-cü hissə) mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Zaqatala Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı «Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 109 nömrəli sərəncamı ləğv edilməsi, Zaqatala Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında həmin tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, sonuncunu adına verilmiş xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış ləğv edilərək Zaqatala Rayon İcra Hakimiyyətinin adına verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazı İdarəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim X4.
Məhkəmə qərarları › İş №2-1(116)-4512/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4512/2025
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver