Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-452/2021 11.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli 730- İİQD nömrəli qanunla edilmiş əlavə nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 3989 manat kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli 730-İİQD nömrəli qanunla edilmiş əlavə nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 3989 manat kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4770/2020 nömrəli qərardadı ilə iddiaçının həmin tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsində hesablanmış 3989 manat kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin ödənilməsini tələb etmişdir. İddia ərizəsindən 3989 manat məbləğin yalnız kompensasiyaya, yoxsa kompensasiyaya və əmək haqqına birlikdə aid olması anlaşılmır. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə Xidməti tərəfindən İddiaçı yazılmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ona hesablanmış borc Baş Mühafizə İdarəsi tərəfindən deyil, Ağdaş Rayon Mühafizə Bölməsi tərəfindən ödənilməlidir. Belə olduğu halda, iddiaçı iddia ərizəsində cavabdeh kimi Ağdaş Rayonu Mühafizə Bölməsini göstərməlidir. Bundan əlavə, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının əvvəlcədən eyni tələblə cavabdehə müraciət etməsindən və cavabdehin bu tələbi təmin etməkdən imtina etməsindən ibarətdir. Lakin iddiaçı tələb etdiyi məbləğin ödənilməsi üçün Ağdaş Rayon Mühafizə Bölməsinə müraciət etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, göstərilən çatızmalıqların aradan qaldırılması üçün 5 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamışdır. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar təkrarən iddiaçının diqqətinə çatdırılmış, göstərilən çatızmalıqların aradan qaldırılması üçün yenidən 5 gün müddət təyin edilmişdir. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli 730-İİQD nömrəli qanunla edilmiş əlavə nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 3989 manat kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-452/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-452/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver