Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-453/2020 24.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu” ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağ ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, 1992, 1994 və 1997ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunlarına əsasən prokurorluqda 25 il qulluq etmiş və həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisi kimi aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiyanın 50%-i miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxx 2018-ci il tarixli əmri ilə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatmaqla əlaqədar prokurorluq orqanlarından xaric olunmağına görə həmin vaxtdan əmək pensiyası tam həcmdə verilir. Əmək pensiyası seçdiyi 1992-1996-cı illərdə Füzuli hərbi prokurorunun müavini, 1996-1997-ci illərdə Tərtər hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır. (Pensiya təyin olunan zaman qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin pensiyası istənilən beş ilin orta aylıq əmək haqqından hesablanır). Həmin illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1992-ci il arixli, 38 nömrəli, Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxx 1994-cü il tarixli, 215 nömrəli əmrlərinə əsasən Füzuli, Tərtər və döyüş bölgələrində yerləşən digər hərbi prokurorluqların prokurorluq işçilərinə pul təminatı üç qat məbləğdə ödənilmiş və pensiya hesablanarkən bunlar nəzərə alınmışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə hər ilin yekununa görə prokurorluq işçilərinə pul mükafatı verilməsi nəzərdə tutulmuş, o cümlədən ona da hər ilin yekununda bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin 1992, 1994 və 1997-ci illər üçün həmin məbləğlər ona pensiya təyin olunması üçün hesablamalara daxil edilməmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı prokurorluq orqanlarında işlədiyiniə görə 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən öz seçimininə uyğun olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına dair yaşa görə pensiyası təyinatı aparılmışdır. 1992-1997-ci illər ərzində iddiaçının aldığı əməkhaqlarına dair pensiyanın hesablanması aşağıdakı qaydadadır: Vəzifə maaş-947.50 manat, Rütbə-134 manat, Staj 45 faiz-426.37 manat, 3 qat ə/h- 2162 manat, Mükafat-95.49 manat. 80 faizi, cəmi ə/h:-3765.36 manat, 3012.29 manat (pensiyanın aylıq məbləği) İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması xx.xx.1992-ci ildən xx.xx.1997-ci illəri əhatə etdiyi üçün nəzərə alınmamışdır. xx.xx.2018-ci il tarixdən prokurorluq orqanlarında çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılmışdır. Bu səbəbdən vətəndaşın pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən artırılmışdır. Hal-hazırda pensiyanın məbləği aşağıdakı qaydadadır: Vəzifə maaşı-1045 manat, Rütbə-134 manat, Staj 45 faiz-470.25 manat, 3 qat ə/h-3326.07 manat, Mükafat-105.32 manat, cəmi ə/h:-5080.64 manat. 80 faizi, 4064.51 manat (pensiyanın aylıq məbləği) Yuxarıda qeyd olunanları nəzərə alaraq Dövlət qulluğu haqqında qanunun 20.1.5-ci və 20.1.5.1-ci maddələrini nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-09/50 nömrəli, HP-09/51 nömrəli arayışları, AZE seriyalı 0******* nömrəli X1 surəti, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-ci il tarixli, H1-09/63 nömrəli, H1-09/64 nömrəli, H1-09/62 nömrəli, xx.xx.2016-cı il tarixli H1-09/143 nömrəli arayışları, 015440 nömrəli pensiyaçının vəsiqəsinin təsdiqlənmiş surəti, Pensiya işinin təsdiqlənmiş surəti aiddir.Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən ərizəsi cavablandırılmadığı üçün xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş və onun iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil omuşdur. İddia, həmçinin qismən əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır və mahiyyət etibarı ilə qismən əsaslıdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP- 09/51 nömrəli arayışından görünür ki, iddiaçı 2013-cü ildən 2017-ci il tarixədək olan illərdə iki aylıq əmək haqqı məbləğində müalicə olunmağ ilə əlaqədar pul təminatı, hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində məzuniyyətə çıxarkən birdəfəlik pul təminatı almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli H1-09/63 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1994-cü il tarixli 215 saylı “Azərbaycan Respublikası Silahlı Qüvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən pul təminatı üç qat məbləğində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli H1-09/62 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü il tarixdə 1 aylıq əmək haqqı məbləğində, 1995-ci il tarixdə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1996-cı il tarixdə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1997-ci il tarixdə 1 aylıq əmək haqqının 50 faizi həcmində mükafatlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli H1-09/143 nömrəli arayışından görünür ki, İddiaçı 1997-ci ilin dekabr ayında ötən ilin iş yekunlarına görə əsas vəzifə maaşı və hərbi rütbənin iki misli həcmində birdəfəlik pul təminatı verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, (...) prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları ilə bağlı müavinət və maddi yardım aiddir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafıəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq isçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.5 və 20.1.5-1 -ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1- ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən müddəaları nəzərə almaqla məhkəmə hesab edir ki, həmin əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ona görə də, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir ki, cavabdeh də bu halı mübahisə etmir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığına dair dəlillə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər veriməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki inzibati orqan tərəfindən qanunun göstərişə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi iddiaçının əlavə məhrumiyyətlərə düçar edilməklə pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya xx xxxxxx 2016-ci ildə əmək pensiyası təyin edildikdən sonra, xx xxxx 2018-ci ilədək prokurorluq orqanlarında qulluğa davam etmişdir. Ona görə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx xxxxxx 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən iddiaçının əmək pensiyası almaqla yanaşı işlədiyi xx xxxxxx 2016-ci ildən xx xxxx 2018-ci ilədək olan dövr üçün sözügedən əlavələr 50% həcmində nəzərə alınmaqla yenidən hesablanma aparılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx xxxxxx 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən işləyən əmək pensiyaçılarına bu Qanunun 20.1.-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr 50% həcmində ödənilir. Həmin Qanunun 37.2-ci maddəsinə (xx xxxx 2017-ci ilədək redaksiyası) əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının tələbinin 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləğinin pensiya əlavə edilməsi tələbinə dair məhkəmə qeyd edir ki, İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması xx.xx.1992-ci ildən xx.xx.1997-ci illəri əhatə etdiyi üçün nəzərə alınmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin üzərinə İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağ ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyiqoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-453/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-453/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver