Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-454/2025 13.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “5.2973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alnaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli AN-İ №1236765 saylı və xx.xx.2024-cü il tarixli AN-İ №1236764 saylı alqı-satqı müqavilələri əsasında satın aldığı torpaq sahələrinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, “5.2973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alnaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı atqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 3.7475 ha torpaq sahəsini, xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı atqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 2.0176 ha torpaq sahəsini satın almışdır. Alqı-satqı rəsmi qaydada baş tutmuş və torpaq sahələri iddiaçının istifadəsində və sahibliyindədir. Həmin vaxtdan bu günədək torpağın vergiləri iddiaçı tərəfindən ödənilir. Torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün cavabdeh quruma rəsmi qaydada müraciət etmişdır. İddiaçı tərəfindən müvafiq olaraq dövlət büdcəsinə çıxarışın və plan ölçü sənədinin verilməsi üçün nəzərdə tutulan rüsumlar da ödənilmişdir. Lakin müraciətlərinə müxtəlif məzmunlarda cavablar verilsə də heç bir müsbət nəticə əldə etməmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli imtina məktublarında bildirmişdir ki, hüquqlarının qeydiyyata alınması mümkün deyil.İddiaçı cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyim üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqan mənim ərizəmə obyektiv baxmamaqla, qanunla üzərlərinə vəzifə qoyulan öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin bir çox tələblərini pozmuşdur.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventaılaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Torpaq sahələrinin sənəd üzrə göstərilən AN-İ №1236765 nömrəli alqı-satqı müqaviləli torpaq sahələrindən 0.1386 ha azdır və AN-İ №1236764 nömrəli alqısatqı müqavilələli torpaq sahələrindən 0.4168 ha azdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.”. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. AN-İ ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 özünə məxsus 3.7475 ha torpaq sahəsini İddiaçı satmışdır;
3. AN-İ ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 özünə məxsus 2.0176 ha torpaq sahəsini İddiaçı satmışdır;
4. RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Tircan kəndində yerləşən 2.0176 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
5. RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Tircan kəndində yerləşən 3.7475 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
6. JN-0539 kod 40726018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayonu DNK-nun xx.xx.2005-ci il tarixli 4-Ə- 1-172-175 saylı alqı-satqı müqavilələri ilə 6.09 ha torpaq sahəsi X4 verilmişdir.
7. JN-251 kod 40726018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə X11 və ailə üzvlərinin mülkiyyətinə 3.99 ha torpaq sahəsi verilmişdir.
8. JN-254 kod 40726018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə X12 və ailə üzvlərinin mülkiyyətinə 2.99 ha torpaq sahəsi verilmişdir.
9. JN-256 kod 40726018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə X9 və ailə üzvlərinin mülkiyyətinə 3.96 ha torpaq sahəsi verilmişdir.
10. İsmayıllı rayonu DNK-nun xx.xx.2005-ci il tarixli 4-Ə-1-172-175 saylı alqısatqı müqavilələri ilə 6.09 ha torpaq sahəsi X4 verilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, JN-539 nömrəli dövlət aktının 539 və 539A planşetlərində göstərilmiş torpaq sahələrinin əksik hissələrinin əvəzində iddia edilən torpaq sahəsi X20 torpaqlarına aid ərazidə yerləşir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 31. Meşə fondu torpaqları
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.
2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.
5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.
9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 88.
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikasının Meşə Məcəlləsi Maddə 11. Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Maddə 12. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərinetimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbuledilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuşvədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.2.İnzibatiorqanmaraqlışəxslərinxeyrinəolanhallarınaraşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixli AN-İ №1236765 saylı və xx.xx.2024-cü il tarixli AN-İ №1236764 saylı alqı-satqı müqavilələri əsasında satın aldığı torpaq sahələrinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. İşin müəyyən edilən hallarına görə iddiaçı xx.xx.2024-cü il tarixli AN-İ №1236765 VƏ xx.xx.2024-cü il tarixli AN-İ №1236764 nömrəli notarial qaydada təsdiq olunmuş alqısatqı müqavilələrinə əsasən İsmayıllı rayonu Tircan kəndində yerləşən X2 mülkiyyətində olan 3.7475 kv.m və 2.0176 torpaq sahələrini satın almışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 5.2973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alnaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaya münasibətində imtinaya dəlili rpaq sahələrinin sənəd üzrə göstərilən sahələrindən 0.1386 ha və 0.4168 ha az olması ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən imtinanı əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, X2 mülkiyyətində olmuş mübahisəli torpaq sahəsələrinin xx.xx.2024-cü il tarixli AN-İ №1236765 VƏ xx.xx.2024-cü il tarixli AN-İ №1236764 nömrəli alqı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən alınması mübahisəsiz halıdır. Həmin torpaq sahələrinə dair X2 adına JN 0539 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” tərtib edilərək, torpaq sahələrinin ümumi sahəsi 6.09 ha. olmaqla, üç planşetdən ibarət olmuşdur: 0539 nömrəli. sahəsi 37475.89 kv.m, 539A nömrəli, sahəsi 20175.90 kv.m, 539Z, sahəsi 3201.82 kv.m. İşin mübahisəli halı iddiaçı tərəfindən X1 alınmış torpaq sahəsinin xx.xx.2024-cü il tarixli AN-İ №1236765 müqavilə üzrə 0.1386 ha, xx.xx.2024-cü il tarixli AN-İ №1236764 nömrəli müqavilə üzrə 0.4168 ha az olması ilə bağlıdır. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş “Mütəxəssis rəyi”ndən görünür ki, “JN-539 N-li Dövlət aktının 539 planşetində (37475,89 kv.m) və 539 A planşetində qeyd edilmiş torpaq sahələrinin (20176,90 kv.m) torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X8 X10 (TEKUİS) əsasən yerləşmə vəziyyəti müqayisəli yerquruuşu planı üzrə göstərilmişdir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər tərəfdən metal torla bərkidilmiş 6,721 hektar torpaq sahəsinin 3,320 hektar hissəsi JN-539 nömrəli Dövlət aktının 539 planşetində göstərilən torpaq sahəsi ilə, 1,836 hektar hissəsi JN-539 nömrəli Dövlət aktının 539A planşetində göstərilən torpaq sahəsi ilə 1,425 hektar hissəsi JN-254U nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi ilə 0337 hektar hissəsi JN-251H nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi ilə 0,0187 hektar hissəsi isə X20 torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə 0,0876 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kolluq ərazi ilə üst-üstə düşür. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər tərəfdən metal torla bərkidilmiş 6,721 hektar torpaq sahəsi ilə torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən JN-539 nömrəli Dövlət aktının 539 və 539 A planşeti arasında uyğunsuzluq mövcuddur. Belə ki, Dövlət aktlarının cizgilərində göstərilmiş torpaq sahəsinin tərəf ölçüləri faktiki naturada olan ölçülərdən fərqlidir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər tərəfdən metal torla bərkidilmiş 6,721 hektar torpaq sahəsi X8 X10 (TEKUİS) əsasən qismən uyğun olsa da, torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) həmin ərazidə yerləşən Dövlət aktlarının tərəf ölçülərinin faktiki naturada olan ölçülərdən fərqli olması həmin ərazidə mülkiyyətə verilmiş torpaq sahələrinin azalmasına səbəb olmuşdur. JN-539 nömrəli Dövlət aktının 539 və 539 A planşetlərində göstərilən torpaq sahələrinin torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən araşdırılan zaman aşkar olur ki, torpaq sahələrinin müəyyən hissəsi meşələşmiş ağaclıq ərazi ilə üst-üstə düşür. X8 X10 (TEKUİS) əsasən JN-539 nömrəli Dövlət aktının 539 və 539 A planşetlərində göstərilən torpaq sahələri faktiki istifadə qaydasına əsasən (əkinə yararlı) ayrıldığından həmin torpaq sahələrində azalma baş vermişdir. Qonşu torpaq sahələrinin mülkiyyətçiləri (istifadəçiləri) tərəfindən zəbt edilmə müşahidə edilmir. Mübahisəli ərazinin izahlı ortofotosu üzərində hər bir qonşu torpaq sahəsinin sənəd üzrə və TEKUlS-də göstərilmiş ölçüləri yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər tərəfdən metal torla bərkidilmiş 6,721 hektar torpaq sahəsinin 1,425 hektar tissəsi ilə üst-üstə düşən JN-254 U nömrəli Dövlət aktı islahat xəritəsinə əsasən 1,61 hektar olmasına baxmayaraq TEKUlS-nə əsasən azalaraq 1.43 hektar İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər ərəfdən metal torla sərhədlənmiş 6,721 hektar torpaq sahəsinin 0,0337 hektar hissəsi ilə üst-üstə düşən JN-251 H nömrəli Dövlət aktı islahat xəritəsinə əsasən 1.19 hektar olmasına baxmayaraq TEKUlS-nə əsasən azalaraq 1,05 hektar göstərilmişdir. Həmin ərazidə yerləşən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada hər tərəfdən metal torla bərkidilmiş 6,721 hektar torpaq sahəsindən kənarda qalan xüsusi mülkiyyətə verilmiş torpaq sahələri də analoji olaraq TEKUİS-nə əsasən azalma müşahidə olunduğundan kəsir torpaq sahələrinin həmin ərazı üzrə tamamlanması mümkün deyildir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 5.2973 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alnaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. JN 0539 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin 539 nömrəli planşetində torpaq sahəsi 37475.89 kv.m, 539 A planşetində torpaq sahəsi 20176.90 kv.m, 539 Z planşetində torpaq sahəsi 3201.82 kv.m cəmi 60854.61 kv m. olması qeyd edilmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının faktiki naturada istifadə etdiyi 6,721 hektar torpaq sahəsinin 3,320 hektar hissəsi JN-539 nömrəli Dövlət aktının 539 planşetində göstərilən torpaq sahəsi ilə, 1,836 hektar hissəsi JN-539 nömrəli Dövlət aktının 539A planşetində göstərilən torpaq sahəsi ilə 1,425 hektar hissəsi JN-254U nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi ilə 0337 hektar hissəsi JN-251H nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi ilə 0,0187 hektar hissəsi isə X20 torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə 0,0876 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kolluq ərazi ilə üst-üstə düşür. Göründüyü kimi JN-539 nömrəli Dövlət aktının 539 və 539 A planşetlərində torpaq sahələrinin torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən araşdırılan zaman aşkar olur ki, torpaq sahələrinin müəyyən hissəsi meşələşmiş ağaclıq ərazi ilə üst-üstə düşür. Belə ki, 539 A nömrəli planşetdə torpaq sahəsinin üst-üstə düşməyən hissəsi 1.879 ha, 539 nömrəli planşetdə 3.3307 ha təşkil edir. Faktiki olaraq JN-539 nömrəli Dövlət aktının 539 və 539 A planşetlərində olan torpaq sahəsinin 0,0187 hektar hissəsi X20 torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə, 0,0876 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kolluq ərazi ilə üst-üstə düşür. Belə olan halda isə iddiaçının ümumilikdə JN-539 nömrəli “Dövlət aktı”da qeyd edilmiş planşetlərdə torpaq sahəsinin üst-üstə düşməyən hissələri (1.879+3.3307) 5.2097 ha təşkil edir. Qeyd olunmalıdır ki, JN-539 nömrəli “Dövlət aktı”nın 539 və 539 A planşetlərində üst-üstə düşən 0,0187 ha və 0,0876 ha torpaq sahələrinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni əsas olmasa da, cavabdeh tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmadan bütövlükdə onun müraciətindən imtina etməsi əsaslı hesab edilə bilməz. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, “xx.xx.2024-cü il tarixli AN-İ №1236765 VƏ xx.xx.2024-cü il tarixli AN-İ №1236764 nömrəli alqı-satqı müqavilələrinə üzrə satıcı X5r. Həmin müqavilənin ləğv və ya eibarsız hesab olunmasına dair heç bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdlərin mübahisələndirilməsi üçün çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələri İsmayıllı rayonu Tircan kəndində yerləşən torpaq sahəsində yerləşir. X7 tərəfindən alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin alıcının (iddiaçının) mülkiyyətinə verməklə bərabər həmin torpaq sahəsinə dair “gözlənilən mülkiyyət hüququnu” da iddiaçıya ötürmüşdür. Lakin nəzərə almaq lazımdır ki, torpaq sahəsinin faktiki ölçüləri ilə müqavilələrdə qeyd olunan ölçülər arasında fərq mövcuddur və torpaq sahəsindən kənarda qalan xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində TEKUİS-nə əsasən azalma müşahidə olunduğundan kəsir torpaq sahələrinin həmin ərazı üzrə tamamlanması mümkün deyildir. JN-539 nömrəli “Dövlət aktı”nın 539 və 539A planşetlərində göstərilmiş torpaq sahələrinin əksik hissələrinin əvəzində iddia edilən torpaq sahəsi X20 torpaqlarına aid ərazidə yerləşir. Hazırkı iş üzrə sözügedən torpaq sahəsinin 5.2097 ha hissəsinin iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı X2 iradə ifadəsi xx.xx.2024-cü il tarixli AN-İ №1236765 VƏ xx.xx.2024-cü il tarixli AN-İ №1236764 nömrəli alqı-satqı müqavilələrinə əks olunduğu halda, cavabdeh bunu nəzərə almamışdır. Halbu ki, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 5.2973 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçının dəlilləri qismən, JN-539 nömrəli “Dövlət aktı”da qeyd edilmiş planşetlərdə üst-üstə düşməyən 5.2097 ha torpaq sahələrinə münasibətdə əsaslı olduğundan, iddia qismən təmin olunmalı, 5.2097 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alnaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi hissəsində təmin olunmalı, iddia qalan rədd edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə 5.2097 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alnaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.