Məhkəmə qərarları › İş №2-1(116)-456/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-456/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-456/2025 21.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, iddiaçının nümayəndəsi X6 , iddiaçının vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 8822.50 manat ƏDV borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi, sözügedən qaimələrin qanuna müvafiq olması səbəbindən risksiz olması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, 01 dekabr 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamdır. Həmin müqavilə və ona əlavə olunmuş qaimə-fakturalara əsasında xx.xx.2024-cü ildə ümumi dəyəri 8235.50 manat olan 19 adda, xx.xx.2024-cü ildə ümumi dəyəri 10676 manat olan 21 adda, ümumi dəyəri 30102 manat olan 32 adda məhsullar almışdır. Beləliklə "xxxx" MMC-dən cəmi 49013.90 manat dəyərində mal alınmışdır. Alınan malın ümumi dəyəri və ƏDV-si "xxxx" MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC ilə müqavilə bağlanarkən və mal alınarkən onlar, 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə bildirmişdirlər ki, bu əməliyyatın riskli olması barədə bizim məlumatları olmayıb, başqa sözlə desək, mövcud problemin yaranması onların təqsirindən və ya hər hansı hüquqazidd əməllərindən yaranmamışdır. Onlar apardıqları əməliyyat üzrə ƏDV və gəlir vergisi hesabatlarını təqdim etmişdirlər. Bir vacib məsələ də qeyd edilir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, hətta ondan əvvəl də Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, biz Dövlət Vergi Xidmətinin rəsmi internet saytında da bu məsələni yoxlamışdıq. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair yuxarıda qeyd etdiyi tarixlərdə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada Malların təhvil-qəbul ilə bağlı razılaşma olmuşdur. Bir sözlə, biz bütün rəsmi prosedur və qaydalara əməl etməklə mal almışıq. Onlar mal aldıqdan 70 gün sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Onlar, 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə bildirmişdirlər ki, bu əməliyyatın riskli olması barədə onların məlumatı olmayıb, başqa sözlə desək, mövcud problemin yaranması onların təqsirindən və ya hər hansı hüquqazidd əməlindən yaranmamışdır. Onlar apardıqları əməliyyat üzrə ƏDV gəlir vergisi hesabatlarını təqdim etmişdirlər. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, hətta ondan əvvəl də Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, onlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında da bu məsələni yoxlamışdırlar. Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə ona 8822.50 manat ƏDV borcu hesablamaqla Qərar qəbul etmişdir. Onlar bu qərarla razı deyil və vergi orqanına da dəfələrlə bildirmişdirlər ki, bu qərar əsassız və qanunsuzdur. Lakin müsbət nəticə əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onlar ölkə qanunvericiliyinin tələblərinə tam riayət edərək fəaliyyət göstərir. Bu gün 11 saylı Ərazi Vergilər Baş İdarəsinin onlara qarşı bu hərəkətlərini qanunsuz hesab edirlər. Dövlət orqanı olaraq bu qədər qanusuzluğa yol verilməsi və sahibkarın hüquqlarını pozulması başa düşülən hal deyil və Vergi Məcəlləsinə və qanunvericiliyə ziddir. 2023-cü ilin nəticəsinə əsasən xx.xx.2024-cü il tarixdə bizim tərəfimizdən dövlət büdcəsinə 6191 manat mənfəət vergisi (ödəniş tapşırığı iddia ərizəsinə əlavə edilir) ödənilmişdir. Bununla da bizim dövlət büdcəsinə heç bir borcumuz qalmışdır. Bu onu sübut edir ki, onlar bütün prosedurları düz və qanuna müvafiq yerinə yetirmişdirlər. İşin qeyd edilən faktiki halları ilə yanaşı, hüquqi tərəfləri də, bu qərarın tamamilə yanlış və səhvlərə əsasən qəbul edilməsini sübuta yetirir. Çülki biz ƏDV ödədikləri "xxxx" MMC öz növbəsində həmin məbləği dövlət büdcəsinə ödəmişdir. Yəni dövlət büdcəsi heç bir zərərə məruz qalmamışdır. Onların təkrarən ikinci dəfə sözügedən vergi və ödənişləri ödəməyi qanunsuz və əsassızdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Belə ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" MMC-dən (VÖEN: **********) 57836.40 manat (malın dəyəri 49013.90, ƏDV 8822.50) olan müxtəlif elektrik malları alınması barədə xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli elektron qaimələr tərtib edilsə də əslində 4 müəssisənin (İddiaçı MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) iştirakı ilə qurulmuş vergidən yayınma sxemi əsasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Əməliyyatın əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsini çətinləşdirmək və ya mümkünsüz etmək məqsədilə çoxpilləli alqı-satqı əməliyyatları (yalançı əqdlər) sxeminin qurulduğu müəyyən edilmişdir. Belə ki, sözügedən qaimələrdə göstərilən malların mənşəyinin müəyyən edilməsi məqsədilə aparılmış inzibati araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli qaimədə göstərilən malların "xxxx" MMC tərəfindən "xxxx" MMC- dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 159544 nömrəli qaimə ilə eyni qiymətə (9717.89 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 9752 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. xx.xx.2023- cü il tarixli EBDU seriyalı 562730 nömrəli qaimədə göstərilən malların isə NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023cü il tarixli EBDU seriyalı 553692 nömrəli qaimə ilə eyni qiymətə (12598.15 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 552102 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. xx.xx.2023- cü il tarixli MT2312 seriyalı 135318 nömrəli qaimədə göstərilən malların isə NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023- cü il tarixli MT2312 seriyalı 135308 nömrəli qaimə ilə eyni qiymətə (35520.36 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135293 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. "xxxx" MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə onlayn qaydada X10 tərəfindən təsis edilmişdir. X10 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 3.084.601,97 manat. "xxxx" MMC - 1.396.405,77 manat. "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə X14 tərəfindən onlayn qaydada təsis edilmişdir. X14 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 915.317,12 manat. "xxxx" MMC - 361.925,69 manat. "xxxx" MMC - 769.464,39 manat. "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə X4 tərəfindən onlayn qaydada təsis edilmişdir. X4 tərəfindən xx.xx.2023-cü il tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC - 651.782,03 manat. "xxxx" MMC - 365.422,55 manat. "xxxx" MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə X12 tərəfindən onlayn qaydada təsis edilmişdir. X12 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa X12 xx.xx.2023-cü il tarixdən X2 təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN:**********) direktoru kimi qeydiyyata alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 0 manat. "xxxx" MMC - 9777.68 manat "FRUİTS GARDEN 2023” MMC - 409222.06 manat Yuxarıda göstərdiyimiz xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən mallar barədə əmtəəsiz əməliyyatın aparıldığını sübut edən aşağıdakı faktlar mövcuddur: 1) EBDU seriyalı 160665 nömrəli, 562730 nömrəli və MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən malların alqı-satqısı tərəflər arasında eyni tarixli qaimələrlə rəsmiləşdirilmişdir və qaimələrdəki alış və satış qiymətləri eyni olmuşdur. 2) Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən müəssisələrin xx.xx.2023-cü il tarixə aşağıdakı məbləğdə vergi borclarının olduğu müəyyən edilmişdir: ✓ "xxxx" MMC - 3.084.601,97 manat. ✓ "xxxx" MMC - 915.317,12 manat. ✓ "xxxx" MMC - 651.782,03 manat. ✓ "xxxx" MMC-0 manat. Yuxarıda göstərilən müəssisələrin dövlət büdcəsinə cəmi ödənişləri isə aşağıdakı kimi olmuşdur: ✓ "xxxx" MMC - 96.573,82 manat. ✓ "xxxx" MMC - 1 manat. ✓ "xxxx" MMC - 8.803,00 manat. ✓ "xxxx" MMC - 0 manat. Yuxarıda göstərilən müəssisələrin təsərrüfat subyektləri barədə məlumatlar aşağıdakı kimi olmuşdur: S "xxxx" MMC - X5 müddəti xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla icarə müqaviləsi əsasında AZ1063, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, DADAŞ BÜNYADZADƏ (LÖKBATAN) ev.2 D ünvanında “Anbar” adlı təsərrüfat subyekti qeydiyyata qoymuşdur. Obyekt vergi ödəyicisinin xx.xx.2024- cü il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır. S "xxxx" MMC - X5 müddəti xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla icarə müqaviləsi əsasında AZ1063, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, DADAŞ BÜNYADZADƏ (LÖKBATAN) ev.2 D ünvanında “Anbar” adlı təsərrüfat subyekti qeydiyyata qoymuşdur. Obyekt vergi ödəyicisinin xx.xx.2024- cü il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır. S "xxxx" MMC - Təsərrüfat subyekti olmamışdır. S "xxxx" MMC - Təsərrüfat subyekti olmamışdır. Yuxarıda göstərilən müəssisələrin əmək müqaviləsi ilə bağlanmış işçi sayı barədə məlumatlar aşağıdakı kimi olmuşdur: "xxxx" MMC - 0. "xxxx" MMC - 0. "xxxx" MMC - 0. Həmçinin bildiririk ki, "xxxx" MMC-nin təsisçisi olan X1 Elşən Soltan oğlu tərəfindən aldadılaraq adına müəssisələrin açılması barədə hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Bundan əlavə yuxarıda göstərilən alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarf’nın (bundan sonra Qaydalar adlanacaq) 1.1-ci maddəsinə əsasən bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra — daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir. Qaydaların müvafiq maddələrinə əsasən: 3.1. Daşıyıcı avtomobil nəqliyyatı ilə kommersiya daşımalarının yerinə yetirilməsi üçün yükləri sifarişçi ilə bağlanmış müqavilə əsasında qəbul etməlidir. 3.2. Şərtlərindən asılı olaraq daşıyıcı ilə sifarişçi arasında aşağıdakı müqavilələr bağlanıla bilər: 3.2.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi; 3.2.2. avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə; 3.2.3. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi. 3.4. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəənəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmaması və ya itirilməsi bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərlə EBDU seriyalı 160665 nömrəli, 562730 nömrəli və MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən alqı-satqı əməliyyatlarının əmtəəsiz olduğu və bunun aşkar edilməsinin mümkün qədər çətinləşdirilməsi üçün müvafiq vergidən yayınma sxeminin qurulduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərdiyimiz müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 13.2.82-ci. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 130.1. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV- nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175- ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasfnm 3.1-ci maddəsinə əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışım təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı"nda (“Malların elektron alış aktf’nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11 -ci maddəsinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1 -ci maddəsinə görə bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan vergi ödəyicisi, 2.1.2-ci maddəsinə görə isə aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarların 3.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab edilir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “UĞUR-V" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli nömrəli elektron qaimə ilə təqdim olunduğu göstərilən mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Göründüyü kimi “UĞUR-V" MMC-nin "xxxx" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 mart 2024-cü il tarixli **********458900 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2024-cü ilin yanvar ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023- cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli nömrəli elektron qaimələrə əsasən əvəzləşdirdiyi 8822.50 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir. Beləliklə də "xxxx" MMC-dən (VÖEN: **********) elektron qaimə-fakturalar əsasında əmtəəsiz əməliyyatlar üzrə ümumilikdə 49013,90 manat dəyərində (ƏDV-siz) mallar alınmış, 2023-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirmə üçün daxil edilmiş MT2312 seriyalı 00135318 nömrəli elektron qaimə-faktura üzrə 5418,36 manat, EBDU seriyalı 160665 nömrəli elektron qaimə-faktura üzrə 1482,39 manat və EBDU seriyalı 562730 nömrəli elektron qaimə-faktura üzrə 1921,75 manat, cəmi 8822,50 manat dəyərində elektron qaimə-fakturalarla əmtəəsiz əməliyyatlar rəsmiləşdirildiyindən həmin qaimələrdəki ƏDV məbləğinin əvəzləşdirilməsi Vergi Məcəlləsinə zidd hesab edilmişdir. Qeyd edilənlərə əsasən 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinin dəqiqləşdirilən dövriyyə hissəsinin 324-cü sətrində 8822,50 manat əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubu, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərar, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışlar, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli tarixli elektron qaiməfaktura, Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vegi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğvinə nail olmaqdır. Ləğv edilməsi tələb edilən mübahisələndirilən inzibati akta əsasən iddiaçıya 8822,50 manat məbləğində ƏDV hesablanmışdır. Belə ki, cavabdeh orqanın qənaətinə görə iddiaçının "xxxx" MMC ilə apardığı müvafiq əməliyyatları riskli əməliyyatlar hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında malların və xidmətlərin alışına dair müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, "xxxx" MMC-dən (VÖEN: **********) 57836.40 manat (malın dəyəri 49013.90, ƏDV 8822.50) olan müxtəlif elektrik malları alınması barədə xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli elektron qaimələr tərtib edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin xx.xx.2024-cü il tarixli, “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********339200 saylı qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, o, "xxxx" MMC-dən cəmi 49013.90 manat dəyərində mal almış, alınan malın ümumi dəyəri və ƏDV-si "xxxx" MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC ilə müqavilə bağlanarkən və mal alınarkən "xxxx" MMC Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada Malların təhvil-qəbul ilə bağlı razılaşma olmuş, mal alındıqdan 70 gün sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Cavabdeh orqan "xxxx" MMC-nin vergidən yayınma sxemi əsasında əmtəəsiz əməliyyatın aparmasını və əməliyyatların əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsini çətinləşdirmək və ya mümkünsüz etmək məqsədilə çoxpilləli alqısatqı əməliyyatları (yalançı əqdlər) sxeminin qurulduğunu bildirmiş, 2023-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirmə üçün daxil edilmiş MT2312 seriyalı 00135318 nömrəli elektron qaimə-faktura üzrə 5418,36 manat, EBDU seriyalı 160665 nömrəli elektron qaimə-faktura üzrə 1482,39 manat və EBDU seriyalı 562730 nömrəli elektron qaimə-faktura üzrə 1921,75 manat, cəmi 8822,50 manat dəyərində elektron qaimə-fakturalarla əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsi qənaətinə gəlmiş, həmin qaimələrdəki ƏDV məbləğinin əvəzləşdirilməsinin Vergi Məcəlləsinə zidd hesab edilməklə 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinin dəqiqləşdirilən dövriyyə hissəsinin 324-cü sətrində 8822,50 manat əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır. Göründüyü kimi iddiaçı barəsində 8822,50 manat məbləğində ƏDV-nin hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarın qəbul edilməsinə səbəb "xxxx" MMC-nin tərəfindən təqdim edilmiş MT2312 seriyalı 00135318 nömrəli, EBDU seriyalı 160665 nömrəli və EBDU seriyalı 562730 nömrəli elektron qaiməfaktura üzrə əməliyyatların əmtəəsiz əməliyyatlar hesab olunmasıdır. Lakin, "xxxx" MMC xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni, iddiaçı ilə "xxxx" MMC arasında elektron qaimə-fakturalar üzrə əməliyyatlar aparılan zaman sonuncu, riskli vergi ödəyicisi hesab edilməmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də, (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Cavabdeh orqan hazırkı iş üzrə "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunmasına əsas olmuş fəaliyyətini qiymətləndirməklə iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz olması qənaətinə gəlmiş, mövqeyini subyektiv mülahizələrlə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması və fəaliyyətində yol verdiyi vergidən yayınma ilə bağlı hallar birmənalı olaraq hazırkı iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz olması qənaətini yaratmır. Belə ki, elektron qaiməfakturalarda qeyd edilən mallara dair əməliyyatların əmtəəsiz aparılmasına istinad edilməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin faktiki mahiyyətinə də uyğun deyil. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar