Məhkəmə qərarları › İş №2-1(116)-4564/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4564/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4564/2025 04.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 501/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının icrası, Şəki Apellyasiya Məhkəməsinin 8- 1(107)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən bu günədək icra olunmasından sözügedən məhkəmə qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddi ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-501/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının icrası, Şəki Apellyasiya Məhkəməsinin 8-1(107)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən bu günədək icra olunmasından sözügeədn məhkəmə qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə qərarın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2-1(84)-501/2018 nömrəli qərarın icrası ilə bağlı məhkəməyə müraciət etmiş, ərizə hazırda məhkəmənin icraatındadır (İş nömrəsi 8-1(116)-1/2025). Göründüyü kimi, məhkəmənin icraatında hazırkı iddia ilə eynilik təşkil edən 8- 1(116)-1/2025 nömrəli iş vardır. Belə olan halda, göstərilən tələbə yenidən mahiyyəti üzrə məhkəmədə baxıla bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbinə dair 8-1(116)-1/2025 nömrəli iş məhkəmənin icraatında olduğundan iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-nin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 501/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının icrası, Şəki Apellyasiya Məhkəməsinin 8- 1(107)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən bu günədək icra olunmasından sözügeədn məhkəmə qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar