Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-457/2020 02.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) “üçüncü şəxs X2 və onun xx.xx.2018-ci il tarixdə anadan olmuş azyaşlı övladı X6 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “üçüncü şəxs X2 azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 üçüncü şəxs X3 ilə xx xxxxx 2018-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx xxxxxx 2018-ci il tarixdə Dəniz adlı qızları olmuşdur. Ailə qurduqdan sonra iddiaçı üçüncü şəxsi müvəqqəti olaraq 2019-cu ilin iyul ayında şəriksiz mülkiyyəti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 66 saylı evə notariat qaydasında müqavilə bağlanmadan pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 66 saylı ev xx xxxxxx 2011-ci il tarixdən iddiaçının mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxsin iddiaçının mənzilinə müvəqqəti qeydiyyata düşməsinə səbəb şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, övladı ilə bağlı arayışların alınması ilə əlaqədar olmuşdur. İlk zamanlar üçüncü şəxs iddiaçının oğlu ilə mehriban yaşasalar da sonralar aralarında mübahisələr yaranmağa başlamış və bunun da nəticəsində 2019-cu ilin iyul ayında üçüncü şəxs evdən çıxaraq atası evinə getmiş və bir müddət sonra özünə məxsus cehiz əşyalarını aparmışdır. Bundan əlavə üçüncü şəxs 2019-cu ilin avqust ayında Cavabdehnə şər-böhtanla dolu şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizədə göstərilən faktlar yalandır. İddiaçı üçüncü şəxsin onun mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “üçüncü şəxs X2 və onun xx.xx.2018-ci il tarixdə anadan olmuş azyaşlı övladı X6 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 158-3785-1220 nömrəli məktubda qeyd etmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə Mingəçevir regional “ASAN Xidmət” Mərkəzindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi alaraq Mingəçevir şəhər A.S.Puşkin küçəsi ev 66 ünvanına qeydiyyata düşmüşdür. X1 Mingəçevir şəhər A.S.Puşkin küçəsi ev 66 ünvanına hansı sənədlər əsasında qeydiyyata alınması barədə Mingəçevir ŞPŞ-də heç bir məlumat yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli 158-33209Q-3219 nömrəli imtina məktubu, MA seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surəti, 008393 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 060775 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Qərarının surəti, cavabdehin xx.xx.2020-ci il tarixli 158-3785-1220 nömrəli məktubu, DƏDRX-nin 17 saylı X10 xx.xx.2020-ci il tarixli **********11 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-10370-1220 nömrəli məktubu və ona əlavə edilmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə AZ4509/********** nömrəli teleqram ünvanlayaraq onun mülkiyyət hüququnun cavabdeh və üçüncü şəxs tərəfindən pozulduğunu bildirmiş, üçüncü şəxsin bir ildən artıq müddətdir ki, atası evində yaşamasını qeyd edərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və xəstə olduğu üçün məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan DƏDRX-nin 17 saylı X10 xx.xx.2020-ci il tarixli **********11 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən 66 saylı ev xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 vərəsələri, yəni (iş üzrə iddiaçı) həyat yoldaşı - İddiaçı, qızı Afiqə Şıxəliyeva və oğlu Rəşad Qasımov arasında bölünmüş və həmin mənzilə MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli Çıxarış verilmişdir. Sonradan mərhumun qızı və oğlu onlara düşən əmlak hissəsini xx.xx.2011-ci il tarixli ******* nömrəli “Müqavilə” əsasında iş üzrə iddiaçı (anaları) İddiaçı bağışlamışlar. Beləliklə, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən 66 saylı ev İddiaçı tam mülkiyyətinə keçmiş və bununla bağlı iddiaçının adına DƏDRX tərəfindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. İş materiallarında olan 008393 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 iş üzrə üçüncü şəxs Qasımova (İbrahimova) Elnarə İsmayıl qızı ilə xx.xx.2018-ci il tarixdə nikah bağlamışdır. İş materiallarında olan 060775 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının oğlu X7 ilə üçüncü şəxs Qasımova (İbrahimova) Elnarə İsmayıl qızının birgə nikahlarından xx.xx.2018-ci il tarixli X8 anadan olmuşdur. İş materiallarında olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-10370-1220 nömrəli məktubu və ona əlavə edilmiş surətindən müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən üçüncü şəxs onun mənzilinə qeydiyyata alınmışdır. İş materiallarında olan üçüncü şəxsin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli AZ4504/********** nömrəli teleqramda qeyd edilir ki, üçüncü şəxs 2017-ci il tarixdən iddiaçının oğlu X7 ilə rəsmi nikahdadır və iki uşaqları var. Üçüncü şəxs onun və 2018-ci il təvəllüdlü Dəniz və 2020-ci il təvəllüdlü Kamal ilə başqa ünvana qeydiyyata düşməyə imkanı olmadığını nəzərə alaraq uşaqları ilə birgə Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 66 ünvanına qeydiyyata alınmasına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxs X3 və onun xx.xx.2018-ci il tarixdə anadan olmuş azyaşlı övladı X5 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 66 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-457/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-457/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver