Məhkəmə qərarları › İş №2-1(116)-459/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-459/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-459/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxx N74-cü il tarixdə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. N iyul N92-ci il Oğuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N92ci ilin iyun-iyul aylarında N saylı hərbi hissədə, avqust-sentyabr aylarında N saylı hərbi hissədə, fevral N93-cü il tarixdən fevral N94-cü il tarixədək N saylı hərbi hissədə, iyun N96-cı il tarixdən iyul N97-ci ildə N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. N0 fevral N94-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qardaşı XN şəhid olmuşdur. Həmin vaxt xidmət etdiyi hərbi hissədən icazə alaraq qardaşının dəfn mərasimində iştirak etmək üçün yaşadığı Oğuz rayonunun Qumlaq kəndinə gəlmişdir. Lakin hərbi hissəyə qayıtdıqdan sonra həbs olunmuşdur və 2 ay N5 gün həbsdə saxlanılmışdır. Ona məxsus H3 ******* nömrəli hərbi biletin 6-cı səhifəsində N saylı hərbi hissənin qərərgah rəisinin əmrinə əsasən hərbi hissənin özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. Həbsdən azad olunduqdan sonra hərbi hissəyə qayıtmış və N iyul N97-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra dəfələrlə Oğuz rayon Hərbi Komissarlığına müraciət etsə də müharibə veteranı adını ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müıaciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, müdafiə nazirinin Katibliyinin Mərkəzi arxivin 04 noyabr 2022-ci il tarixli arayışıdan müəyyən edilir ki, iddiaçı N2 may N94-cü il tarixədək 239, 250, N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən 239, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyiblər. Həmçinin, iddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N0 fevral N96-cı ıl tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına dair qeyd mövcuddur. Beləliklə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya "Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin N4 3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nın N4.3. 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-957N nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20Ncu il tarixli 9/2-N7N6 nömrəli məktubundan görünür ki, N73-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 05A nömrəli əmrilə hərbi hissəyə daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N74-cü il təvəllüdlü Oğuz RHK-dan çağrılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N6 nömrəli əmrilə hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılmışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında aşağıdakı məlumat mövcuddur: Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən xx.xx.N96-cı il tarixdə CM-nin 242 maddəsin A bəndinə əsasən fərariliyə görə həbs olunmuş, xx.xx.N96-cı ildə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunal xx.xx.N96-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM 46 maddəsinə əsasən cinayət məsuliyyətinə azad edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7608 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N6 iyun N92-ci il tarixli 05-A №-lı əmrilə N73-cü il təvəllüdlü İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N92-ci il tarixli N7-V №-li əmrilə İddiaçı (əsas: sıra N6, səh N03. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi andı qəbul etmişdir. N №-li hərbi hissə komandirinin 3N iyul N92-ci il tarixli 25-B №-li əmrilə İddiaçı (əsas, bənd 2. sıra N70, səh 72. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N92ci ıl tarixdən kursu davam etdirmək üçün N25 №-li hərbi hissəyə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 0N sentyabr N92-ci il tarixli 5N №-li əmrilə İddiaçı (əsas: bənd N. sıra 60. səh N22. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq sənədləri N25 №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 0N sentyabr N92-ci il tarixli 5N №-li əmrinə əsasən xidmətini davam etdirmək üçün N25 №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixiı 7N №-li əmrilə (əsas, bənd N, sıra 60, sən N39. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilmişdir. Oğuz RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü siravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N93-cü il tarixli N6 №-li əmrilə (əsas: § N, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N93-cü il tarixli N56 №-li əmrilə (əsas: § N0. sıra 2) şəxsi heyətin siyahısına daxil edilməklə, bütün növ təminatlarla təmin edilərək traktorçu vəzifəsinə təyin olunmuşdur. N №-lı hərbi hissə komandirinin N3 yanvar N94-cü ii tarixli N0 №-li əmrilə sıravi İddiaçı (əsas: §3, sıra 20, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 4NN №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.0N N96-cı il tarixli müvafiq əmrinə əsasən siravi İddiaçı N №-li hərbi hissə komandirinin N may N96-cı il tarixli N0N №-li əmrilə (əsas: § 3, sıra 8. əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. HDQ Hərbi Tribunalının xx.xx.N97-ci il tarixli 340/96 №-li Qərarına əsasən HDQdən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 iyul N97-ci il tarixli N44 №-li əmrilə (əsas: § N2. əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N97-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N97-ci il tarixli N45 №-li əmrilə (əsas: § N, sıra N. əmrdə vəzifəsi göstərilməyib) N6 07 N97-ci ıl tarixdən şəxsi heyətin siyahısından, bütun növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Oğuz RHK- na göndərilmişdir. Qeyd edilmişdir ki, N25 №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə NHazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli N/C-N6233 nömrəli məktubundan görünür ki, 239, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir (əsas: xx.xx.N97-ci iı tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”). - Azərbaycan Rsepublikasının Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N0/44 nömrəli məktuba əlavə olunmuş HDQ Hərbi Tribunalının xx.xx.N97-ci il tarixli 340/96 №-li 340/N96 nömrəli hökmün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinmiş və həmin məcəllənin 46-cı maddəsinin tələblərinə əsasən o, cəza çəkməkdən azad olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar. İş mteriallarından görünür ki, iddiaçı, HDQ Hərbi Tribunalının xx.xx.N97-ci il tarixli 340/96 №-li 340/N96 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə (müharibə dövründə fərarilik) təqsirli bilinmiş və həmin məcəllənin 46-cı maddəsinin (şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli şəxs hesab edilməməsi) tələblərinə əsasən cəza çəkməkdən azad olunmuşdur. Hökmün məzmunundan görünür ki, iddiaçı xx.xx.N94-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar müddətli məzuniyyətə buraxılmış və bir daha qulluq yerinə qayıtmadığına görə N94-cü ilin mart ayından qulluq yerini özbaşına buraxıb getmiş şəxs hesab edilmiş, xx.xx.N96-cı ildə Kürdəmir rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Odur ki, iddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş şəxs hesab edildiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar