Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-46/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3, üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “30 noyabr N998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət keçərkən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “30 noyabr N998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət keçərkən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-N(NN6)-638/2022 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.N979-cü il təvəllüdlü oğlu X8 N998-ci il tarixində SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və N nömrəli hrəbi hissənin tərkibində xidmət keçmişdir. Həmin hərbi hissənin tərkibində xidmət keçən zaman F.Məmmədov xx.xx.N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olmuşdur. Ondan başqa daha iki hərbçi də həmin partlamada həlak olmuşdur. F.Məmmədovun xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olması Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli 337 nömrəli əmri ilə və həmin tarixli 2N nömrəli bildirişlə, ölüm haqqında tibbi şəhadətnamə, eləcə də ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. F.Məmmədovun xidməti vəifəsini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olduğuna görə xx.xx.N999-cu ildə ona “Şəhid” statusu, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Bu barədə X2 xx.xx.N999-cu il tarixli ******* nömrəli vəsiqə verilmişdir. Hamıya məlumdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının 03 sentyabr N993-cü il tarixli Qanununda şəhid ailələrinə bir neçə güzəştlərdən istifadə elmək hüququ verilmişdir. Belə ki, Sözügedən qanunvericiliyə uyğun olaraq hər bir şəhid ailəsinə “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən NN000 manat birdəfəlik sığorta ödənişi, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən şəhidin valideynlərinə dəfn mərasiminin təşkili üçün müəyyən məbləğdə maliyyə yardımı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir və ödənilir. Bundan başqa şəhid ailələrinə bir sıra sahələrdə güzəştlər nəzərdə tutulmuşdur. Lakin iddiaçıya şəhid ailəsi kimi bütün qeyd edilmiş imtiyazlar və güzəştlər edilməmişdir. Y.Məmmədov vəfat etdikdən sonra iddiaçıya “Şəhid ailəsi" vəsiqəsi verilməmişdir. İddiaçı X5 şəhid olması barədə arayışın verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh orqan xx.xx.202N-ci il tarixli M/3953 nömrəli məktubu ilə N saylı hərbi hissənin 0N,N2.N998-ci il tarixli 2N nömrəli bildirişinə və hərbi hissə komandirinin 0N,N2.N998-ci il tarixli 337 nömrəli əmrindən çıxarışına əsasən, X8 30.NN,N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olduğunu, bu səbəbdən də X5 Xidmətin Ağdaş rayon şöbəsində şəhid kimi uçotunun aparılması və şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsindən imtina etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli N3N3 nömrəli etirazında qeyd edilmişdir ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin N6 saylı əlavəsinin N.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”-nin N6 saylı əlavəsinin N.4.2-ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi yaxud dövlət sərhəddinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Xidmətin Ağdaş rayon şöbəsində mövcud olan 0N dekabr N998-ci il tarixli 2N nömrəli bildirişə əsasən, X8 xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən mövcud qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia tələbi təmin edilməməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********N nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial müavinətlər və təqaüdlər üzrə məlumat bazasında və XN Sisteminin Sosial Ödənişlər Altsistemində İddiaçı mərhum əri X2 şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum X8 və digərləri onun hərbçi yoldaşları olub, N saylı hərbi hissədə bir yerdə xidmət etmişlər. N aydan bir hərbi hissədə batalyonların yerləri dəyişdirildiyindən onu mərhum Fizuli Məmmədovun xidmət etdiyi hərbi hissəyə aparmışlar. Bildiyinə görə kapitan Məmmədov Səbuhinin (tağım komandiri) göstərişi ilə X8 və digərləri minalanmış, qadağan olunmuş sahəyə çıxaraq ağacaları qıranda mina partlayışı baş verib. Belə ki, M.Füzuli odunu baltayla kəsib M.Qonağov da dartıştıranda OZM mina açılmışdır. Partlayışdan sonra üçünün də meyitini görmüş və digər hərbiçilərlə birgə onların meyitlərini həmin ərazidən çıxartmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - V-ЖГ 295526 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.N998-ci ildə Tərtər şəhərində hərbi xidmətdə olduğu zaman mina partlayışı zamanı həlak olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli 9/2-9982 nömrəli arxiv arayışından görünür ki, 30.NN.98-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuş 7-ci motoatıcı bölüyün, N-ci tağımın, N-ci manqanın pulemyotçusu sıravi X8 N №-li hərbi hissə komandirinin 0N dekabr N998-ci il tarixli N №-li əmrilə (əsas: səh.-N40, §- 4, sıra-2; qeyd: N5.02.74-cü il təvəllüdlü, Ağdaş rayonu, A.Zeynəddin kənd sakini, azərbaycanlı, hərbi xidmətə 04.N0.97-ci ildə Ağdaş RHK tərəfindən çağırılıb) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Ağdaş RHKnın sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.202N-ci il tarixli M/3953 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N994- cü il tarixli N0 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.N-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunmuş, N saylı hərbi hissənin 0N,N2.N998-ci il tarixli 2N nömrəli bildirişinə və hərbi hissə komandirinin 0N,N2.N998-ci il tarixli 337 nömrəli əmrindən çıxarışına əsasən, X8 30.NN,N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuş, bu səbəbdən X5 Xidmətin Ağdaş rayon şöbəsində şəhid kimi uçotunun aparılması və şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi hazırda mümkün olmamışdır. Əlavə olaraq, yuxarıda göstərilən Qaydanın 4.N-ci bəndinin 4-cü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Odur ki, müvafiq arayış olduğu təqdirdə müraciətdə qeyd etdiyiniz məsələyə yenidən baxıla bilər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin xx.xx.202N-ci il tarixli 950 nömrəli arayışından görünür ki, N979-cu il təvəllüdlü, X8 xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.N998-ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuşdur. - xx.xx.202N-ci il tarixli 2846 qeydiyyat nömrəli arayışdan görünür ki, X8 xx.xx.N979cu ildə Ağdaş rayon Aşağı Zeynəddin kəndində doğulmuşdur. xx.xx.N979-cu ildə Ağdaş rayon Aşağı Zeynəddin kən İcra Nümayəndəliyi tərəfindən 02 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. - Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-922 nömrəli məktubuna əlavə olunmuş arxiv çıxarışlarından görünür ki, N saylı hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən F.Məmmədova əsgər hərbi rütbəsi verilmişdir, 337 nömrəli əmrinə əsasən xx.xx.N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuş F.Məmmədov xx.xx.N998-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahılarından və bütün növ təminatlardan çıxarılmışdır. - Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N8353 nömrəli məktubundan görünür ki, Ağdaş RHK-dan çağırılmış, N979-cu il təvəllüdlü X9 N №-li hərbi hissə komandirinin N oktyabr N997-ci il tarixli 279 №-li əmrilə (əsas: §-N, səh- N7. əmrdə adı “Füzuli” yazılmışdır) siyahılara və bütün növ təminatlara qoyularaq “əsgər” hərbi rütbəsi verilmiş, xx.xx.N997-ci ildə Ağdaş RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N979-cu il təvəllüdlü, 7-ci motoatıcı bölüyün N-ci tağımının N-ci manqasının pulemyotçusu, sıravi X8 xx.xx.N998-ci il tarixində xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olduğuna görə N №-li hərbi hissə komandirinin 0N dekabr N998-ci il tarixli N №-li əmrilə (əsas §-4. səh- N40, sira-2) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri müvafiq RHK-na göndərilmiş, Ağdaş rayonu Aşağı Zeynəddin kənd qəbrıstanlığında dəfn edilmiş, dəfn mərasimi üçün ərzaq verilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 46N7 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanına əsasən, N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə NN000 (on bir min) manat sığorta məbləği verilir. N saylı hərbi hissənin 0N N2.N998-ci il tarixli 2N nömrəli bildirişinə və hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli 337 nömrəli əmrindən çıxarışına əsasən, X8 30.NN,N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuşdur. Bu səbəbdən F.Y.Məmmədovun adı N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməmişdir. F.Y.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində şəhid hesab edilən hərbi qulluqçuların yox, xidmət dövrü müxtəlif səbəblərdən həlak olan hərbi qulluqçuların qeydiyyatından keçir. - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 22HPN2N nömrəli məktubundan görünür ki, müxtəlif vaxtlarda Tərtər Hərbi Prokurorluğunun Ekspert Komissiyası Azərbaycan Respublikası Baş Prokurorluğunun Mərkəzi Ekspert Komissiyasının üzvlərinin iştirakı ilə, Tərtər Hərbi Prokurorluğunun N992-20N3-cü illər ərzində fəaliyyəti dövründə toplanmış sənədlərin bir qismi elmi texniki dəyərini və təcrübi əhəmiyyətini itirdiyinə görə məhv edildiyindən (cinayət işlərinin qeydiyyatı kitabı istisna olmaqla) X5, X7 və Mütəllim Qonağovun N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.N998-ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmaları barədə hər hansı məlumat vermək mümkün deyildir. F.Y.Məmmədov, S.E.Məmmədov və M.Qonağovun həlak olmaları barədə cinayət işlərinin qeydiyyatı kitabında heç bir qeydiyyat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-45/2-49/2023 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, XN2 xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.N998-ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-40/2-62/2023 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, X4 xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.N998-ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N994-cü il tarixli, N0 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: N.N. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. N.2. Aşağıdakılar şəhid hesab edilirlər: N.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsi: N.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr N99N-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, mərhum X8 xx.xx.N979-cu ildə doğulmuş, xx.xx.N997-ci ildə Ağdaş RHK-dan həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N998-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində mina partlayışından həlak olmuş və N №-li hərbi hissə komandirinin 0N dekabr N998-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Lakin, mərhum F.Məmmədovun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Mərhum F.Məmmədovun 0N dekabr N998-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materialları və şahidin izahatı ilə müəyyən edilir ki, xx.xx.N998-ci il tarixdə mərhum F.Məmmədov odun tədarükü məqsədi ilə minalanmış, qadağan olunmuş sahəyə keçərkən mina partlayışı nəticəsində vəfat etmişdir. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. İddiaçı, xx.xx.N999-cu ildə X2 şəhid ailəsi olmasını təsdiq edən vəsiqənin verildiyini bildirərək ******* nömrəli vəsiqənin surətini təqdim etmişdir. Sözgüedən vəsiqənin əsli mövcud olmadığından və vəsiqənin hansı orqan tərəfindən verildiyi məlum olmadığından, məhkəmənin həmin sənədi iş üzrə mötəbər sübut olaraq qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 8N.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “30 noyabr N998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət keçərkən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-46/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-46/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver