Məhkəmə qərarları › İş №2-1(116)-461/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-461/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-461/2022 12.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 26.11.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 26.11.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1962-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuş, 20.01.1981-ci ildə X4 ilə ailə həyatı qurmuş və bu nikahdan onların 3 övladı olmuşdur: X7 (04.02.1984), X6 (11.05.1986) və X3 (11.08.1987). İddiaçı əmək fəaliyyətinə 1981-ci ildə başlamışdır. Belə ki, o, 02.07.1981-ci ildə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda kolxozçu olaraq işə başlamış və həmin kolxozda uzun müddət tütünçü işləmişdir. Üç övladını doğub boya-başa çatdırmış, uşaqları dünyaya gətirdiyi zaman həmin kolxozdan analıq məzuniyyətinə çıxmış və fasiləsiz olaraq 20.05.1997-ci ilədək qeyd etdiyi kolxozda tütünçü işləmişdir. Kolxozda tütünçü işləyən fəhlənin peşəsi tütün, tütünün yarpaqlarını düzmək, bükmək, çeşidləmək, qurutma işlərini tənzimləmək, qurumuş tütünü yığmaqdan ibarət olmuşdur. Kolxoz dağılandan sonra fərdi olaraq kənddə aşpazlıq etmiş və işi ilə əlaqədar olaraq 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək Şəki 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxumuş, həmin məktəbdən iddiaçıya 01.09.2001-ci ildə qeydiyyat nömrəsi 0736 olan AN:116736 nömrəli diplom verilmişdir. İddiaçı bildirir ki, o, 15 ildən artıq ağır və zərərli sahə olan kolxozda tütünçü işləmiş, onun ümumilikdə isə 3 uşağını dünyaya gətirərkən analıq məzuniyyətində olduğu illər, Peşə məktəbində təhsil aldığı 3 illik əyani təhsil illəri də daxil olmaqla 20 ildən çox sosial sığorta stajı vardır. İddiaçının əmək kitabçasındakı qeydlər və təhsil aldığı peşə müəssisəsindən verilən diplom onun yuxarıda qeyd etdiklərini təsdiq etməkdədir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 29.03.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində (27.5) tütün istehsalı yarımbəndində (27.5.1) fəhlələr müvafiq olaraq: -tütün üzrə kupajçılar; -pnevmatik qurğu maşinistləri; -papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; -tənzimləşdirici maşinistlər; -tütünkəsən maşın maşinistləri; -tütün keşinin presləyiciləri; -tütünyumşaldanlar; -tütün yarpaqlarını düzənlər; -tütünü çəkib bükənlər; -tütün çeşidləyiciləri; -tütün quruducuları; -istehsalat binalarının yığışdırıcıları; -avadanlığın təmizləyiciləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi tütünçü vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur. Eyni zamanda iddiaçının ümumi iş stajı 25 ildən az (16 il, 1981-1997-cil tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37.533,93 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11.430,96 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Filial tərəfindən mümkün hesab edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 19.04.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq “1981-1997-ci illərdə ünvan 1diyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 26.11.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. 378183 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cəlilova (Yusifova) Narungül Müzəffər qızı arasında 20.01.1981-ci ildə nikah bağlanmışdır. 457293 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 04.02.1984-cü ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. 097696 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 11.05.1986-cı ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. 464119 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 11.08.1987-ci ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. 1622 nömrəli “kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1981-ci ildən 1997-ci ilədək “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. X15 filialının 13.12.2021-ci il tarixli 344 nömrəli məktubundan görünür ki, iddiaçı “1 May” kolxozunda 1981-ci ildə 190, 1982-ci ildə 204, 1983-cü ildə 298, 1984-cü ildə 239, 1985-ci ildə (17.03.1986-06.07.1986 analıq məzuniyyəti) 244, 1986-cı ildə (14.07.1986- 14.05.1987 məzuniyyət) 171, 1987-ci ildə (01.01.1988-30.04.1988 məzuniyyət; 16.06.1987-05.10.1987 analıq məzuniyyəti) 134, 1988-ci ildə 253, 1989-cu ildə 259, 1990cı ildə 252, 1991-ci ildə 245, 1992-ci ildə 225, 1993-cü ildə 293, 1994-cü ildə 294, 1995-ci ildə 277, 1996-cı ildə 237, 1997-ci ildə 210 gün işləmişdir. Minimum adam günü norması 170 gündür. A seriyalı 116736 nömrəli “peşə təhsili haqqında” diplomun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.09.1998-ci ildə peşə məktəbinə daxil olmuş və 21.06.2001-ci ildə “aşpaz-qənnadçı” ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə işin göstərilən hallarının aşağıdakı hüquq normalarının tətbiqi baxımından təhlilinin zəruri olduğunu qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. Siyahının yeyinti sənayesi adlı bölməsinin 27.5-ci hissəsində “Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndində bu sahədə çalışan fəhlələrin kateqoriyaları müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sadalanan qanunvericilik normalarının mübahisəyə tətbiqi göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşələrdə işləməli, Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalıdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 26.11.2017-ci il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 55 yaş həddinə çatmışdır. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi iş stajına (sığorta stajına) malik olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan arxiv arayışları və iddiaçıya məxsus kolxozçunun əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, İddiaçı 1981-1997ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda işləmişdir. İddiaçının koxozda işlədiyi illər 1986-1988-ci illərdə analıq məzuniyyətində olduğu müddət nəzərə alınmaqla ümumi iş stajına hesablansa 17 il ümumi iş stajı vardır. Həmçinin A seriyalı 116736 nömrəli “peşə təhsili haqqında” diploma əsasən iddiaçının 01.09.1998-ci ildən 21.06.2001ci ilədək “aşpaz-qənnadçı” ixtisası üzrə təhsil müddəti ümumi iş stajına nəzərə alınmaqla ona əlavə olaraq 2 il 9 ay 20 gün əmək stajı hesablanmaqla, ümumi iş stajı olaraq 19 il 9 ay 20 gün staja malik olduğu müəyyən edilir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ümumi sığorta stajının minimum tələbinə cavab vermir. Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1981-1997-ci illərdə ünvan 1diyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 26.11.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar