Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-462/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X2 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “inzibati orqanın üzərinə onun xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyini qoyulması barədə qərar qəbul edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki rayonu Baş Göynük kəndində yerləşən əvvəllər mərhum atası X2 istifadəsində olmuş, hazır da isə özünün istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atası X3 Şəki Şəhər İcra Həmiyyəti başçısının xx.xx.2003-cü tarixli 1/08 saylı sərəncamına əsasən rayonun 6 saylı “Dal qozlu” otlaq sahəsinin 300 ha hissəsi icarəyə verilmişdir. Atası vəfat etdikdən sonra o, həmin təsərrüfatı iddiaçı idarə etmiş, sözügedən torpaq sahəsinin icarəsinə verilməsi cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının atası Fərrux Rəsulova heyvandarlığın inkişafı məqsədilə Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 1/08 saylı sərəncamı ilə Şəki rayonunun inzibati ərazisində yerləşən 6 saylı “Dal Qozlu” adlı qış otlağından 300 hektar və “Böyük Gorlu” adlı yay otlağından 300 hektar otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Fərrux Rəsulovun ölümündən sonra onun heyvandarlıq təsərrüfatını oğlu İddiaçı idarə edir və həmin qış və yay otlaqları da hazırda da onun istifadəsindədir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək istifadəsində olan qış və yay otlaqlarının icarə müddəti bitdiyi üçün icarə müddətinin uzadılmasını və icarə müqaviləsinin onunla bağlanılmasını xahiş etmişdir. İddiaçı ərizəsi əsasında şəhər icra hakimiyyətinə dəvət edilmiş və ona bildirilmişdir ki, müraciətinə baxılması üçün “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-1-ci maddəsinə əsasən tələb olunan sənədlərin ərizəyə əlavə edilməsi zəruridir. İddiaçı tərəfindən həmin sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxılmış və ona “Dal Qozlu” adlı qış otlağından 300 hektar qış otlağı, “Böyük Gorlu” adlı yay otlağından 300 hektar yay otlağı verilməsinə rəy verilməsi və həmin sahələrin yerquruluşu planının hazırlanılması üçün Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 1/132 saylı və xx.xx.2021-ci il tarixli, 1/474 saylı məktubları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən sənədlərin indiyədək Cavabdehnə təqdim edilməməsi səbəbli İddiaçı istifadəsində olan otlaq sahələrinin icarə müddətinin uzadılmasına dair icarə müqaviləsi bağlanılmamışdır. Həmin torpaqlardan hazırda da İddiaçı istifadə edir və ona şəhər icra hakimiyyəti tərəfindən heç bir maneçilik yaradılmır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən yerlərdə icarədarların torpaqlardan istifadə vəziyyətinə nəzarət məqsədilə keçirdikləri baxış zamanı, İddiaçı istifadəsində olan qış otlağının 3%-dən çox hissəsində əkin apardığı müəyyən edilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubunda İddiaçı istifadəsində olan qış otlağından təyinatından kənar istifadə olunmasının qarşısının alınması xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/849 saylı məktubla İddiaçı yol verdiyi inzibati xətaya görə xəbərdarlıq edilməklə istifadəsində olan dövlət fondu torpaqlarından ancaq təyinatı üzrə səmərəli istifadə etməyini, münbitliyinin qorunmasını və mühafizəsinin təmin edilməsini tövsiyə etmişdir. Odur ki, İddiaçı iddiasını əsasız hesab edir, onun istifadəsində olan yay və qış otlaq sahələrinin icarə müddətinin uzadılması məsələsinə Əmlak Məsələləri Dölət Xidməti tərəfindən rəy və yerquruluşu planı daxil olduqdan sonra baxılacağı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-4509 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 1/08 saylı Sərəncamı və xx.xx.2003-cü il tarixli 27 saylı icarə müqaviləsi ilə X3 Şəki rayon 6 saylı “Dal qozlu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 300 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli 1/133 nömrəli məktubdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini İddiaçı Cavabdeh başçısının 14.01,2003-cü il tarixli 1/08 nömrəli sərəncamı ilə rayonun inzibati sərhəddi daxilində yerləşən “Qabaq Qozlu” adlı qış otlağından ona icarəyə verilmiş 300 hektar otlaq sahəsi icarə müddətinin uzadılması ilə bağlı müraciəti baxılaraq və onunla bağlanılmış icarə müqaviləsinin müddətinin uzadılması məqsədəmüvafiq hesab edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinə həmin torpaq sahələri üçün uzun müddətli icarə müqaviləsi bağlanılmasına razılıq bildirməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin işçiləri tərəfindən Şəki rayonunun Baş Göynük kəndi ərazisində növbəti monitorinq keçirilən zaman vətəndaş İddiaçı tərəfindən 6 saylı “Dal qozlu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 300,0 hektar qış otlaq sahəsinin 3 faizdən artıq hissəsində əkin işlərinin aparılması halı müəyyən edilmişdir. Bununla da həmin halın baş verməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində göstərilən inzibati xətaya yol verilməsi ilə nəticələndiyindən İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, sözügedən torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərinizə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmİak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, iddia olunan 300 ha yay otlaq sahəsinin istifadəsi barədə vətəndaş İddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən razılıq verilməmişdir. - “AZEMİS” və internet vergi idarəsi məlumatlarından çıxarışdan görünür ki, iddiaçı əsas fəaliyyət növü “heyvandarlıqla əlaqəli bitkiçilik” olmaqla xx.xx.2005-ci il tarixdən, hüquqi və faktiki ünvanı Şəki rayonu Baş Göynük kəndi olmaqla, vergi ödəyicisi kimi (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqəsində xx.xx.2022-ci il tarixə borcu yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyət etibarilə də əsassızdır. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən, istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsinə nail olmaqdır. Tətbiq edilən hüquq: “Torpaq icarəsi haqqında” Qanun (Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri): 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir. 10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə informasiya sistemi vasitəsilə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. 10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. Yuxarıda məzmunu qeyd edilmiş normaları hazırkı işə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmuş və Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs olaraq ərizə ilə cavabdeh orqana müraciət etmişdir. İddia olunan torpaq sahəsinin Dövlət mülkiyyətində olması mübahisələndirilmir. İddiaçı, istinad olunan Qanunun 10-1.2.4-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasını təqdim etmədiyi halda, cavabdeh orqan sözgedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsini məqsədəmüvafiq hesab edərək müsbət rəy vermiş, bunu iddiaçının sözegedən torpaq sahəsindən səmərəli istifadə edəcəyinə, münbitliyini qoruyacağına və mühafizəsini təmin edəcəyinə zəmanət verməsi ilə əsaslandırmış və istinad olunan Qanunun 10-1.3.2-ci maddəsinə əsasən icarə müqaviləsinin bağlanmasına razılıq alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmişdir. Halbuki “Torpaq icarəsi haqqında” Qanunun 10-1.2-ci maddəsi ərizəçinin təqdim etməli olduğu sənədlərin siyahısı və 10-1.3.1-ci maddəsində ərizəyə əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul etməli olduğu imperativ qaydada müəyyən edilmişdir. Odur ki, torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmanın təqdim edilmədiyi halda cavabdeh orqanın həmin çatışmazlığı aradan qaldırmadan iddiaçı barəsində müsbət rəy verərək icarə müqaviləsinin bağlanmasına razılıq alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməsi mahiyyət etibarilə əsassız olmuşdur. Yəni, müvafiq iqtisadi əsaslandırılmanın təqdim edilməməsi torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi üçün birbaşa əsas yaradır. Məhkəmənin sorğusu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia olunan 300 ha yay otlaq sahəsinə dair iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasına razılıq verməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasından imtina üçün hüquqi əsaslar mövcud olmuşdur. Cavabdeh orqan tərəfindən istinad olunan Qanunun 10-1.3.1-ci maddəsinin tələbinə uyğun olaraq imtina barədə inzibati aktın qəbul edilməli olmasına münasibətdə məhkəmə qeyd edir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Odur ki, Şəki rayon İHB-nın xx.xx.2022-ci il tarixli, 4/R-41/9-091/5 nömrəli məktubu məzmunu etibarilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi anlamında inzibati aktın əlamətlərini daşıdığından müvafiq məktub “Torpaq icarəsi haqqında” Qanunun 10-1.3.1-ci maddəsində nəzərdə tutulmuş imtina barədə inzibati akt kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X2 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-462/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-462/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver