Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-463/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olduğu üçün həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023cü il tarixində 60 yaşı tamam olduğu üçün həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxx 1963-cü ildə Ağdaş rayonu Qolqatı kəndində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətimə başlamıdır. Belə ki, xx.xx.1981-ci ildən xx.xx.1986-cı il tarixinədək Bakı SMU Trestində kabelçi işləmişdir.xx.xx.1986-xx.xx.1995-ci ilədək “Azərbaycan DRES”-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işləmişdir.xx.xx.1995-xx.xx.1996-cı ilədək əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1997-xx.xx.2001-ci ilədək "xxxx" Müəssisəsində (indiki "xxxx" ASC) elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2008-ci ilədək “X4 və Ticarət” ASC-də işləmişdir. xx.xx.2009xx.xx.2015-ci ilədək "xxxx" ASC-nin Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin l saylı sahəsində 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2018-xx.xx.2020-ci illərdə "xxxx" MTK-da elektrik, xx.xx.2021-xx.xx.2022-ci illərdə "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli elektrik vəzifəsində işləmişdir.Hazırda xx.xx.2023-cü ildən etibarən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında elektrik vəzifəsində işləmiş,11 may 2023-cü ildə 60 yaşının tamam olması ilə yaşa görə pensiyaya çıxmışdır. Elə həmin vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərenerji ASC ‘Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin 23 iyun 2023-cü il tarixli 07/100 və 23 iyun 2023-cü il tarixli 07/101 nömrəli İddiaçı arayışlarında xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasıda kabelçi, elektrik montyoru, 13,06.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dovr ərzində əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri, “AZENCO" ASC-nin 23 06.2023-cü il tarixli 01-PU/279 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il və 29 10 2009-22.01 2015-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə elektrik quraşdırıcısı vəzifəsində, AZFEN В M-in xx.xx.2023-cü il tarixli AZF-2023/70-K nömrəli arayışında isə xx.xx.2016-xx.xx.2016-ci il, 07,11.2016-15.12,2017-cı il və xx.xx.202115.12 2022-cı il tarixləri arasındakı dövrlər ərzində elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə, elektrik çilingəri vəzifəsi qazanxana, turbir (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına . onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, kabelçi elektrik montyoru vəzifəsi qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri, quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə elektrik vəzifəsi isə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə aid deyildir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iddiaçınən vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. İddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur.İddiaçı 1981-ci ildə əmək fəaliyyətinə başlamış,2023-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir.Onun əmək fəaliyyəti aşağıdakı kimidir: 1) xx.xx.1981-ci ildən xx.xx.1986-ci ilədək Bakı SMU Trestində kabelçi işləmişdir. 2) xx.xx.1986-cu ildən xx.xx.1995-ci ilədək “Azərbaycan DRES”-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işləmişdir. 3) xx.xx.1995-cı il tarixdə əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmiş və xx.xx.1996-ci il tarixdə işdən azad edilmişdir. 4) xx.xx.1997-ci il tarixdə "xxxx" Müəssisəsində (indiki "xxxx" ASC) elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə təyin olunmuş və xx.xx.2001-ci il tarixədək çilingər vəzifəsində işləmişdir. 5) xx.xx.2007-cu il tarixdən xx.xx.2008-ci ilədək “X4 və Ticarət” ASC-də işləmişdir. 6) xx.xx.2009-xx.xx.2015-ci ilədək "xxxx" ASC-nin Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin l saylı Sahəsində 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. 7) xx.xx.2010-cu il tarixdən xx.xx.2019-ci ilədək "xxxx" ASC-nin Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Dəmir Emalı sexi və Mexaniki Yığma və Metal dayaqlar sexinə quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 8) 22.07.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" QSC-də elektrik quraşdırıcısı vəzifəsində işləmişdir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında güzəştli arayışı.
4. "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli güzəştli arayışı.
5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı.
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı,
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X2 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək “Azərbaycan DRES”-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işlədiyi 9 il 4 ay 10 gün müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 2140000a—19859 (Qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) koduna uyğun olduğu müəyyən edilmişdir. Həmçinin,iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək (3 il 4 ay 21 gün) indiki "xxxx" ASC-də elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsində çalışdığı dövr yuxarıda qeyd olunan 2 nömrəli Siyahınınm 2290000a —19829 (yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər) koduna uyğun olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının 2 iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr (9 il 4 ay 10 gün+3 il 4 ay 21 gün ) 13 il 09 ay 1 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 6 ay müddətdən artıq olduğundan prosessual qənaət prinsipi baxımından digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.