Məhkəmə qərarları › İş №2-1(116)-465/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-465/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-465/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı (üçüncü şəxslər X1, X2, X3) “cavabdehlərin Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 12 saylı evin yerləşdiyi torpaq sahəsi üzərində hazırkı iddia üzrə üçüncü şəxslərin 0.01166 ha hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində xx.xx.2013-cü il tarixli, **********97-10301 nömrəli reyestr çıxarışı və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərin Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 12 saylı evin yerləşdiyi torpaq sahəsi üzərində hazırkı iddia üzrə üçüncü şəxslərin 0.01166 ha hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində xx.xx.2013-cü il tarixli, **********97-10301 nömrəli reyestr çıxarışı və texniki pasportun etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 məhkəməyə xx.xx.2020-ci il tarixdə AZ6300/********** nömrəli teleqram göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə teleqramı iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin məhkəməyə göndərdiyi teleqramdan görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı (üçüncü şəxslər X1, X2, X3) “cavabdehlərin Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 12 saylı evin yerləşdiyi torpaq sahəsi üzərində hazırkı iddia üzrə üçüncü şəxslərin 0.01166 ha hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində xx.xx.2013-cü il tarixli, **********97-10301 nömrəli reyestr çıxarışı və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar