Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-466/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi İddiaçı-nin cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X1, X2 və X3 İddiaçınin mülkiyyətində olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,3 kv.m yaşayış, 65 kv.m köməkçi sahədən ibarət 16A nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X1, X2 və X3 İddiaçı-nin mülkiyyətində olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,3 kv.m yaşayış, 65 kv.m köməkçi sahədən ibarət 16A nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Şəki Şəhər Rayon Polis şöbəsi məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığı bildirilmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı 25.06.2020-ci il tarixdə məhkəməyə məktub göndərərək hazırki iddasını geri götürdüyünü bildirərək, iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı-nin cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X1, X2 və X3 İddiaçınin mülkiyyətində olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,3 kv.m yaşayış, 65 kv.m köməkçi sahədən ibarət 16A nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-466/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-466/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver