Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-467/2021 04.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9rşı "Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9rşı "Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. (iş № 2-1(116)-467/2021) Bundan başqa, müəyyən edildi ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9rşı "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə ayrıca iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. (iş № 2-1(116)-137/2021) Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, hər iki iddia eyni şəxs tərəfindən və eyni cavabdehə qarşı verilmişdir. İddiaçı iddiaların birində JN-150A kod 90511018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə özünün və ailəsinin adına mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsini, digərində isə həmin 0,22 ha torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb edir. Belə olan halda, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9rşı "Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)-467/2021 №-li iş, 2) X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9rşı "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2- 1(116)-137/2021 №-li iş. Qərardaddan şikayət verilə bilməz. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-467/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-467/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver