Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-468/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının övladı R.Ramazanova əlilliyə görə təyin edilmiş müavinəti onu almaq hüququ yarandığı gündən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin və eyni zamanda övladının orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü almaq hüququnun yarandığı gündən yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı “iddiaçının övladı R.Ramazanova əlilliyə görə təyin edilmiş müavinəti onu almaq hüququ yarandığı gündən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin və eyni zamanda övladının orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən Prezident təqaüdünü almaq hüququnun yarandığı gündən yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçının oğlu X1 xx.xx.2003-cü il tarixdə dünyaya gəlmişdir. Övladı anadangəlmə əqli qüsurludur. Övladına ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb və müalicə tələb edən davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Övladına 18 yaşına qədər anası qulluq etmişdir. Eyni zamanda 18 yaşınadək əlilliyinə görə hər ay 150 manat müavinət təyin olunmuşdur. 18 yaşı tamam olduqdan sonra ona təyin edilmiş müavinət dayandırılmış və bundan sonra övladının yenidən müayinəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası müayinə zamanı iddiaçının övladına “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin etmiş və əlilliyə görə pensiyasının verilməsi bərpa olunmuşdur. İddiaçı övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin e-2(033)-156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və həmin qətnamə əsasında Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 12 iyun 2023-cü il tarixli 97 saylı Sərəncamı ilə iddiaçı övladına qəyyum təyin olunmuşdur. İddiaçı əlilliyə görə təyin edilmiş müavinəti, onu almaq hüququ yarandığı gündən əvvəlki üç il üçün ödənilməsinin təmin edilməsi və eyni zamanda övladının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ona qulluq edən şəxslərə verilən Prezident təqaüdünü xx.xx.2021-ci il tarixdən ödənilməsi üçün cavabdehə müraciət etmiş,cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Belə ki, iddiaçının oğlu R.Ramazanov xx.xx.2003-cü il təvəllüdlü olmaqla anadangəlmə əqli qüsurludur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sistemi” məlumatlarına əsasən müəyyən olur ki, iddiaçının oğlu R.Ramazanovun əlilliyi ilkin müayinə əsasında xx.xx.2018-ci il tarixdə müəyyən edilmiş və müvafiq olaraq ona sosial müavinət təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ‘‘Əlillik alt sistemi” məlumatlarına əsasən R.Ramazanovun əlilliyinin növbəti dəfə qiymətləndirilmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Yəni R.Ramazanovun əlilliyə görə müavinəti xx.xx.2021-ci il tarixdə özünün qeyd etdiyi kimi dayandırılmamış, əlilliyin müddəti bitmişdir. Daha sonra təkrar müayinə əsasında R.Ramazanovun xx.xx.2022-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilmiş və ona həmin tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 220 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 270 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən müavinət, eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 130 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olarag 200 manat məbləğində ümumi səbəblərdən organizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təgaüdü təyin edilmişdir. Belə ki, iddiaçının oğlu R.Ramazanov xx.xx.2003-cü il təvəllüdlü olmaqla anadangəlmə əqli qüsurludur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sistemi” məlumatlarına əsasən müəyyən olur ki, iddiaçının oğlu R.Ramazanovun əlilliyi ilkin müayinə əsasında xx.xx.2018-ci il tarixdə müəyyən edilmiş və müvafiq olaraq ona sosial müavinət təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ‘‘Əlillik alt sistemi” məlumatlarına əsasən R.Ramazanovun əlilliyinin növbəti dəfə qiymətləndirilmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Yəni R.Ramazanovun əlilliyə görə müavinəti xx.xx.2021-ci il tarixdə özünün qeyd etdiyi kimi dayandırılmamış, əlilliyin müddəti bitmişdir. Daha sonra təkrar müayinə əsasında R.Ramazanovun xx.xx.2022-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilmiş və ona həmin tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 220 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 270 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən müavinət, eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 130 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olarag 200 manat məbləğində ümumi səbəblərdən organizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təgaüdü təyin edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə müavinətin və əlil şəxsə qulluq edənə verilən Prezident təqaüdünün ödənilməsi üçün əsasdır. Hesab edirik ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmir.Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı;
3. X1 barəsində TSEK-in Əlillik Altsistemindən çıxarış;
4. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 97 nömrəli sərəncamından görünür ki, İddiaçı X1 üzərində qəyyum təyin edilmişdir.
5. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-156/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibari ilə əsassızdır “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin,qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun ; 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Sözügedən Qanunun həmin vaxt qüvvədə olmuş 9.1.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda dayandırılır. 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 9.1.2. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət-əlillik müddətinə; Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki tələbdən ibarətdir:
1. İddiaçının övladına əlilliyə görə təyin edilmiş müavinətin xx.xx.2021-ci il tarixindən ödənilməsi;
2. Orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən Prezident təqaüdünün həmin tarixdən ödənilməsi; Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının övladının sağlamlıq imkanları məhdud olduğundan xx.xx.2018-ci il tarixdə 3 illik müddətdə qiymətləndirilmə aparılmış, xx.xx.2021-ci il tarixində növbəti qiymətləndirmə vaxtı müəyyən edilmişdir.Həmin tarixdə iddiaçının övladının 18 yaşı tamam olduğu üçün onun əlillik müddəti başa çatmışdır. Təkrar müayinə əsasında R.Ramazanovun orqanizminin funksiyalarının 85 faiz olmasına görə əlilliyi xx.xx.2022-ci il tarixindən müəyyən edildiyindən (R.Ramazanovun əlilliyinin bitdiyi tarixdən təkrar müayinə ediliyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi mümkün deyildir.Beləki müavinət şəxsin əlilliyinin müəyyən edildiyi tarixdən ödənilməlidir,qeyd olunan dövrlərarasında olan müddət ərzində şəxsin əlilliyi müəyyən edilməmişdir.İddiaçının övladının əliliyə görə sosial müavinət və orqanizminin funksiyalarının 81-100 faiz pozulması müəyyən edilmiş şəxslərə qulluq görə ödənilən Prezident təqaüdünü almaq hüququ əlilliyin müəyyən edildiyi tarixdən,yəni xx.xx.2022-ci il tarixindən yaranmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən tələbdə qeyd olunan müddətdən müavinətin ödənilməsi qanuni olaraq dayandırılmışdır,Cavabdehin həmin dövrdə əlilliyə görə müavinəti və orqanizminin funksiyalarının 81-100 faiz pozulması müəyyən edilmiş şəxslərə qulluq görə ödənilən Prezident təqaüdünü ödənilmək vəzifəsi mövcud olmamışdır.Odur ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının övladı R.Ramazanova əlilliyə görə təyin edilmiş müavinəti onu almaq hüququ yarandığı gündən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin və eyni zamanda övladının orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü almaq hüququnun yarandığı gündən yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə