Məhkəmə qərarları › İş №2-1(116)-47/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-47/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-47/2020 16.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı “Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində yerləşən 200 kv.m torpaq sahəsində inşa olunmuş mağaza üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki şəhəri Salman Mümtaz küçəsində sahibkarlıqla məşğul olmaq üçün Calğalı bulaq küçəsi, 5 saylı mənzildə yaşayan X4 200 (iki yüz) kv.metr torpaq sahəsi ayrılmasına sahəni seçmə Aktı”ndan göründüyü kimi, bu akt ərizəçi və 15 nəfərdən ibarət aidiyyəti qurumların nümayəndələri tərəfindən tərtib edilərək, 200 kv.metr torpaq sahəsinin seçilməsi və seçilmiş torpaq sahəsində tikinti işlərinin aparılması üçün texniki şərt verilməsi Aktla təsdiqlənmişdir. X2 istifadəsinə ayrılacaq torpaq sahəsi yerləşən ərazinin sxematik planı”ndan göründüyü kimi, sözügedən ayrılmış torpaq sahəsinin yeri dəqiq müəyyənləşdirilmişdir. Belə ki, bu torpaq sahəsi Şəki şəhərinin Salman Mümtaz küçəsindən 12,50 metr aralı məsafədə yerləşməklə, eni 10 metr, uzunluğu 20 metr və sahəsi 200 kv.metr olan düzbucaqlıdan ibarət olub, bir tərəfdən mövcud tikili ilə həmsərhəddir. X9” MMC tərəfindən tərtib edilmiş və Şəki Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri-baş memarı tərəfindən təsdiqlənmiş X2 istifadəsinə ayrılmış torpaq sahəsində inşa ediləcək mağazanın layihəsindən göründüyü kimi “X9” MMC-nin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların !ayihələndirilməsi”ni həyata keçirməyə icazə verilməsinə dair qeydiyyat nömrəsi L-11-060, xx.xx.2011-ci il tarixli və 022697 № li lisenziyası vardır. Eyni zamanda bəhs olunan 200 kv.metr torpaq sahəsində tikinti işləri layihədə göstərilən kimi aparılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamından göründüyü kimi, Şəki şəhəri, Calğalıbulaq küçəsi, ev 5-də yaşayan X1 məşğul olmaq üçün mağaza tikintisi altına torpaq sahəsi ayrılması haqqında sərəncam verilmişdir. Həmin sərəncamın birinci bəndində qeyd edilir ki, Şəki şəhəri, Calğalı bulaq küçəsi, ev 5-də yaşayan X2 istifadəsinə Salman Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.metr torpaq sahəsi ayrılsın. Həmin sərəncamın ikinci bəndində qeyd edilir ki, tikiləcək mağazanın layihəsinin və mühəndis-kommunikasiya pasportunun Elşad Nəcəfovun şəxsi vəsaiti hesabına hazırlanıb tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiq edildikdən sonra tikinti işlərinin başlanılmasına icazə verilsin. Yuxarıda qeyd etdiyi kimi iddiaçı "X9” MMC tərəfindən tərtib edilmiş və Şəki Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiqlənmiş istifadəsinə ayrılmış torpaq sahəsində inşa ediləcək mağazanın layihəsini əldə etmişdir. İddiaçı sözügedən tikinti işlərinə sərəncamı və digər zəruri sənədləri əldə etdikdən sonra tikintiyə başlamış və verilmiş-təsdiqlənmiş layihəyə uyğun tikinti işlərini aparmaqla qeyri-yaşayış binasının tikintisini yekunlaşdırmışdır. Beləliklə də bu sərəncamın ikinci bəndi üzrə iddiaçı üzərinə düşən öhdəçiliyi təmin etmişdir. İddiaçının yuxarıda qeyd etdiklərindən göründüyü kimi o, Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamını əldə etdikdən sonra bu sərəncam əsasında bəhs olunan 200 kv.metr torpaq sahəsində tikinti işlərini layihə əsasında yekunlaşdırmışdır. Burada bütün tikinti işlərini Şəki Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiqlənmiş layihə əsasında və onun nəzarəti altında aparmışdır. İddiaçı artıq illərdir həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı sərəncamla ona ayrılmış 200 kv.m torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binasına çıxarış verilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçının orqana təqdim etdiyi ərizəyə Şəki şəhəri, S.Mümtaz küçəsində mağaza tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi (DTXK tərəfindən təsdiqlənməyib), baş memar tərəfindən təsdiqlənmiş eskiz layihə (üz səhifəsi mühürlənsə də, digər səhifələr təsdiqlənməyib) əlavə edilsə də, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismara qəbul aktı təqdim edilməmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, vətəndaş İddiaçı inşa etdiyi qeyri-yaşayış binasına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ərizəsinə Şəki şəhəri, S.Mümtaz küçəsində mağaza tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi (DTXK tərəfindən təsdiqlənməyib), baş memar tərəfindən təsdiqlənmiş eskiz layihə (üz səhifəsi möhürlənsə də, digər səhifələr təsdiqlənməyib) əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslar, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismara qəbul aktı təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasına sahəni seçmə Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və aktda qeyd olunan 14 aidiyyəti qurumların iştirakı ilə iddiaçı tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəyə əsasən iş aparılmış və şəhərin S.Mümtaz küçəsində 200 kv.m torpaq sahəsi seçilmişdir. İş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/47 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər, Calğalı bulaq küçəsi, 5 saylı evdə yaşayan X3 istifadəsinə S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli ş/v-nin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********04 nömrəli imtina məktubu, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/47 nömrəli Sərəncamının təsdiq edilmiş surəti, iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasına sahəni seçmə Aktının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********76 nömrəli etiraz məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********71 nömrəli vəsatət məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanununun 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Həmin Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8, 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı “Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxx 2006-cı il tarixli, 1/47 saylı sərəncamı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində yerləşən 200 kv.m torpaq sahəsində inşa olunmuş mağaza üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar