Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-47/2021 27.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1974-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. xx xxxx N2-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışdır. Bakı hərbi polisində hərbi xidmət keçmişdir. xx xxxx N2-ci il tarixdə Bakıdan Ağdam rayonuna oradan Fizuli rayonuna gətirilmişdir. Hadrut, Martuni istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin fevral ayı tarixində Ağdərə, Mehmanə, Çıldıran yüksəkliyi, Atek kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ilin fevral ayının sonlarında Bakı şəhərinə hərbi hissəyə qaytarılmışdır. N2-ci il 01 iyulda Fizuli rayonuna gətirilmişdir. Bundan bir neçə ay sonra Bakı şəhərinə gətirilmişdir. N saylı hərbi hissənin tərkibinə keçirilmiş, N6-cı ilin avqust ayında hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdə çavuş olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi sənədlərdə qeyd edilmiş, lakin hərbi biletini Rusiyada itirmişdir. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı sənədi ala bilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi qeyd edilmiş, sadəcə olaraq həmin vaxt sənədlərdə adı, soyadı və ata adı kiril əlifbası ilə rus dili versiyasında qeyd edilmişdir. Həmçinin arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı şəxsi heyətin siyahılarından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan xx.xx.2019-cu il tarixdə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməsi və ya təqsirləndiricı material olması yoxdur" İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2019-cu il tarixli məktub ilə bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında ərizə icraata qəbul olunmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən. Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün xx xxxxxxxx N5-ci il tarixli 216 nömrəli Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edilir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar arxiv sənədlərində aşkar olunmadığına görə ona Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli məktublarında görünür ki, İddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X5 xx.xx.2019-cu il tarixli 9/2-8344 nömrəli arxiv arayışında aşağıdakı xüsusatlar qeyd edilir: Hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş İddiaçı Hərbi Polis İdarəsi rəisinin xx xxxx N2-ci il tarixli 33 №-li əmrilə (əsas: §-1, səh-24, sıra-3) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmişdir. Müdafiə nazirinin xüsusi sərəncamına əsasən, Hərbi Polis İdarəsi rəisinin xx xxxx N2-ci il tarixli 62 №-li əmrilə (əsas: §-4, səh-47, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərinə göndərilmək üçün yaradılmış operativ qrupun şəxsi heyətin siyahısında sıravi Саадов Д.А oğlunun adı vardır. Hərbi Polis İdarəsi rəisinin xx xxxxxx N3-cü il tarixli 19 №-li əmrində (əsas: §-9, səh- 44, sıra-47, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması və xx xxxxxx N3-cü il tarixli 46 №-li əmrində (əsas: §-3, səh-14, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin xx xxxxx N3-cü il tarixli 81 №-li əmrində (əsas: §-2, səh- 72, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А" yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və xx xxxx N3-cü il tarixli 139 №-li əmrində (əsas: §-4, səh-54, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А ” yazılmışdır) Fizuli şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin xx xxxx N3-cü il tarixli 156 №-li əmrində (əsas: §-4, səh- 20, sıra-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin xx xxxxxx N4-cü il tarixli 49 №-li əmrilə (əsas: §-7, səh-4, sıra-9, əmrdə adı “Cabar” yazılmışdır) həqiqi hərbi xidmətini davam etdirmək üçün sıravi X3 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 58 №-li əmrilə (əsas: §-1.3, səh-1, sıra-1, əmrdə soyadı “Saatdov” yazılmışdır) X1 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq mühafizə bölüyünə atıçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin avqust N6-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan SHXÇDX Ucar Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 1162 nömrəli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasından müəyyən edilir ki, o, xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N5-ci il tarixdən xx.xx.N6-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Şöbənin xx.xx.2020-ci il tarixli 423 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının qeydiyyat kartasındakı qeydlər NZ-6010377 nömrəli xx.xx.N2-ci il tarixli hərbi bilet əsasında aparılmışdır. İş materiallarında olan Şəki şəhər (rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 182-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, İddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-7028 nömrəli məktubuna əmrlərdən çıxarışlar əlavə edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N2-ci il tarixli 33 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həqiqi hərbi xidmət üçün hərbi komissarlıqdan göndərilmiş, həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N2-ci il tarixli 62 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən Ağdam şəhərinə ezamiyyətə göndərilmiş və 3 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli 19 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş, həmin tarixdən qazan təminatından çıxarılmış və 1 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli 46 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli 81 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna xidməti ezamiyyətə göndərilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli 139 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli N nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatından çıxarılmış və 2 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin xx.xx.N4-cü il tarixli 49 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilmiş, xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısında bütün növ təminatlardan çıxarılmışdır. Məktuba əlavə edilən N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 58 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, N nömrəli hərbi hissədən gəlmiş iddiaçı həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara əlavə edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X5 xx.xx.2020-ci il tarixli 9/2-10028 nömrəli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, Ucar RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü sıravi X2 N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 110 №-li əmrilə (əsas: səh 36, § 1, sıra 5) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3 MAT-un 1-ci bölüyünün 3-cü tağımında atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli 141 №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün xx.xx.1974-cü il təvəllüdlü, 3 MAT-un manqa komandiri sıravi X2 N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 228 №-li əmrilə (əsas: səh 28, § 3, sıra 64) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ucar RHK-na göndərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunmuş, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-47/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-47/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver