Məhkəmə qərarları › İş №2-1(116)-47/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-47/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-47/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X12, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X17, X23, X24, X27, və X18 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X17, X23, X24, X27, və X18 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-600/2023 nömrəli qərardadı ilə X13, X27, və X28 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-181/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-312/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-181/2022 nömrəli qərardadının “İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X17, X23, X24, X27 və X12 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması hissəsi ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X3 qanuni istifadəsində 1589 kv. metr torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə iddiaçı da daxil olmaqla ailə üzvlərinin adlarına JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhaətnamə verilmişdir. 589 kv. metr torpaq sahəsi ilə bağlı isə məhkəmə qaydasında hüquqlarının olması müəyyən olunmuş, cavabdeh orqan həmin sahəyə iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə alınmışdır. Hazırda iddiaçı ilə qonşuluqda yaşayan X27 iddiaçıya və onun ailə üzvlərinə qarşı Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi iddianı təmin etmədiyindən apellyasiya şikayəti verilmişdir. Fərid Çələbiyev iddia edir ki, onun ailə üzvlərinə hər birində 0.08 ha torpaq sahəsi olmaqla JN-448A saylı və JN- 448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İddiaçı bildirir ki, onlara verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 16 iyul 1996-cı ildə qüvvəyə minmiş «Torpaq islahatı haqqında» qanunun tələblərinə əsasən verilmişdir. Həmin qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 448F saylı şəhadətnamə formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. 448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə heç bir sərhədi yoxdurş İlkin torpaq ayırma qərarı və çertyoju mövcud deyildir. Buna baxmayaraq həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adlarını 2 dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla 2 dəfə torpaq sahəsi vermişdir. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evinin olması qeyd olunmuş, JN-448F saylı şəhadətnamədə fərdi yaşayış evi göstərilməmiş və həmin şəhadətnamənin koordinatları iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpraq sahəsinin sərhədləri hüdudlarında olmaqla iddiaçı və onun ailə üzvlərinin hüquqlarını pozur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İdarənin arxiv materiallarına istinadən bildiririk ki, ünvan 1 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində X4 (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi-0,012 ha) və onun ailə üzvlərinin (9 nəfər ümumbigə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11.01 1988ci il tarili, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır.Hazırkı mübahisələndirilən iddia ilə bağlı X27 cavabdehlər X7, X8 , X9, X29, X2, X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv olunması barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, Məhkəmə 2(051)- 1382/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs və üçüncü şəxsin vəkili izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-479/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2002-ci il üzrə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair siyahısından görünür ki, İddiaçı adı qeyd olunmuşdur.

3. JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X17 və onun ailə üzvlərinin (X23, X24, X27, X30) mülkiyyətinə verilmişdir.

4. JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X17 və onun ailə üzvlərinin (X23, X24, X27, X30) mülkiyyətinə verilmişidir.

5. JN-447F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli Qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (X5, İddiaçı, X10, X19, X20, X21, X35) mülkiyyətinə verilmişdir.

6. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam, sahəsi 0.1590 ha olan torpaq sahəsinin 0.49 ha hissəsi iş üzrə İddiaçı, digər hissələr isə iddiaçının ailə üzvlərinin (X25, X19, X20, X21) mülkiyyətinə verilmişdir.

7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçı X23 və onun nümayəndəsi X11 cavabdeh X7 qarşı ”atası X6 mülkiyyətində olan JN448F kod 90200002 seriyalı şəhadətnaməsi ilə ünvan 3-də yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)- 432/2015 nömrəli Qətnaməsi ilə təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 3 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ünvan 4 ünvanında yerləşən, zəbt olunmuş 0.08 ha həyətyanı torpaq sahəsi cavabdeh X19 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)- 432/2015 nömrəli Qətnaməsindən həmin iş üzrə cavabdeh X19 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2854/17 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. X22 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X6 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393.5 kv.m qeyd edilib).

9. Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamı Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən o zaman yaradılan Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrinin müəyyənləşdirilməsi, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil verilməsi məqsədilə komissiyanın yaradılması haqqındadır.Həmin Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmişdir. Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir.

10. X22 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X3 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1589 kv.m qeyd edilib).

11. Mingəçevir şəhər ərazisindəki Bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamından görünür ki, müvafiq sərəncamla 2 məsələ həll edilmişdir: A. Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən, Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil vermək məqsədilə komissiyanın yaradılması, B. torpaq qanunvericiliyinə uyğun olaraq Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, həmin torpaq sahələrini komissiya tərəfindən hazırlanmış yerquruluşu sənədləri ilə birlikdə Mingəçevir bələdiyyəsinə verilməsinin təmin edilməsi və təhvil-təslim aktı ilə rəsmiləşdirilməsinin komissiyaya tapşırılması.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mahiyyət etibarı ilə əssasız olduğundan təmin edilməməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı X17 və qeyrilərinə verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-312/2022 nömrəli qərardadında göstərilmişdir ki,iddiaçının tələbinin əsası mübahisələndirilən Şəhadətnamənin düzgün tərtib edilməməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya əsasən Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 479/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, X17 və ailə üzvlərinin adı subyektlər siyahısında qeyd edilmiş və qanuni istifadəsində 0,166 ha torpaq sahəsinin olduğu göstərilmişdir.X1 şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamına əsasən subyektlər siyahısına uyğun tərtib edilmişdir. Məhkəmə tərəfindən mübahisə olunan Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı sorğu edilərək əldə edilmiş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edib-etməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən Sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. Mingəçevir şəhər İHB-nin xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirmişdir ki, müvafiq Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən əsasında tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasında tərtib edildiyindən, həmin sərəncam mübahisələndirilmədən onun əsasında verilmiş şəhadətnamə də ləğv edilə bilməz. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X17, X23, X24, X27, və X18 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar