Məhkəmə qərarları › İş №2-1(116)-470/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-470/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-470/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliyev X2 rayonunun Sumaylı kəndində yaşayır. Həmin kənddə onun fərdi yaşayış evi vardır. 2012-ci ildə Azərbaycan Respublikasının şimalqərb bölgəsində baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamına əsasən, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İddiaçı adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmiş, lakin ötən müddət ərzində iddiaçıya məxsus olan evə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı evə dəymiş ziyanın aradan qaldırılması üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli 37/2-03185 nömrəli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, xx.xx.2021-ci ildə məhkəməyə göndərdiyi məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. - İşdə olan, Cavabdeh xx.xx.2020-ci il tarixli 37/2-03185 nömrəli imtina məktubundan görünür ki, İddiaçı adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində iddiaçıya məxsus olan fərdi yaşayış evinə ziyan dəymişdir. Cavabdeh tərəfindən həmin evə baxış keçirilərək evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, lakin hal-hazıradək ziyanın aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamından görünür ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 511 nömrəli Fərmanına əsasən, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur. Göründüyü kimi, fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını da rəhbər tutmalı olan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamından irəli gələn məsələləri hələ də həll etməmiş və iddiaçının bununla bağlı irəli sürdüyü tələbin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Beləliklə, məhkəmə bu qərara gəldi ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi zəlzələ nəticəsində yararsız vəziyyətə düşdüyünə görə, iddiaçı fərdi yaşayış evinin tikintisini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan, Zaqatala rayon Sumaylı kəndində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar