Məhkəmə qərarları › İş №2-1(116)-470/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-470/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-470/2024 23.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi iddiaçıların hüquqi varisi X7 üçüncü şəxs X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən, JN-292A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən iddiaçı və 7 nəfər ailə üzvlərinin, həmçinin üçüncü şəxs X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən, JN-292A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən iddiaçı və 7 nəfər ailə üzvlərinin, həmçinin üçüncü şəxs X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2699/2023 nömrəli qərardadı ilə Kərimova (Kuhi) Leyla Dünyabir qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı1 xx.xx.2023-cü il tarixdə və İddiaçı2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Prosessual qənaət prinsipi baxımından məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddiaçılar hüquqi varisi X11 ilə əvəz olunmuşdur. İddiaçılar iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsi JN-292A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 7 nəfər ailə üzvlərimiz olmaqla onların, həmçinin üçüncü şəxs X3 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçıların payı, digər ailə üzvlərinində payı daxil olmaqla 175 kv.m metrdən barətdir. Üçüncü şəxsin isə həmin torpaq sahəsində payı cəmi 25 kv.m metrdən ibarətdir. İddiaçılar JN-292A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən verilən torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququnu qeydə almaqla, çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, yeni yaradılmış elektron uçot məlumat baza məlumat xəritəsində (TEKUİS) məlumatlarındatorpaq sahəsinin mülkiyyət növü dövlət təyinatlı torpaqlarına aiddir. Eyni zamanda bildirmək istəyirəm ki, torpaq sahəsinin mülkiyyətçiləri arasında mübahisə var, mübahisəli torpaq sahəsində mülkiyyətçilərin biri tərəfindən yeni tikililər inşa edilmişdir. Yuxarıda qeyd edilən səbəblərər görə iddia tələbinin icrası olunması tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında X11 İddiaçı2 ölüm haqqında Şəhadətnaməsini və mirasa faktiki sahiblik etdiyinə dair arayışı təqdim edərək iddiaçıların hüquqi varisi kimi əvəz edilməsini xahiş etdi.İddiaçıların hüquqi varisi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçıların ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir

2. AZ-İİ seriyalı 357950 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

3. AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

4. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı2nln xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra, onun bütün əmlakı oğlu X12 tərəfindən idarə olunub, faktiki sahiblik etmişdir.

5. JN-292A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı 0.02 ha torpaq sahəsi İddiaçı1, onun 7 nəfər ailə üzvlərü və X3 mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2001-ci il tarixli Oğuz şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasında və Oğuz rayon İcra Hakimiyyəti Başçısının Oğuz şəhəri üzrə nümayəndəliyyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşlarındın siyahısının çıxarışlarından görünür ki, İddiaçı1, onun 7 nəfər ailə üzvlərü və X3 adları qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6454/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, faktiki istifadəyə verilən torpaq sahəsi JN- 292A, KOD 40501004 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı1 və İddiaçı2 tərəfindən iddia olunan üçüncü şəxs X3 istifadəsində olan faktiki naturada ölçülmüş 0.0290 ha hissəsinin 0.0240 ha hissəsi JN-292A KOD40501004 “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyətinə verilmiş torpaq sahəsinə, 0.0030 ha hissəsi Oğuz şəhəri ərasizində aparılmış kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyətinə, 0.0020 ha hissəsi isə **********85 nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki naturada ölçülmüş torpaq sahəsinin JN-292A KOD40501004 “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşən hissəsi X4 X6 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə Dövlət Mülkiyyəti göstərilmişdir. JN-292A KOD40501004 “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşməyən hissəsi isə TEKUİS-nə əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü 1066 A nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. Torpaq sahəsi koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-292A KOD40501004 “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki naturada ölçülmüş 0.0290 ha torpaq sahəsinin 0.0240 ha hissəsi JN-292A KOD40501004 “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0.0030 ha hissəsi kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyətinə 0.0020 ha hissəsi isə **********85 nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı Qərarı ilə JN-292A KOD 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.02 ha torpaq sahəsi iddiaçılar və onların ailə üzvlərinə,o cümlədən hazırkı iş üzrə üçüncü şəxsin mülkiyyətinə verilmişdir. ayrılmışdır. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan JN-292A KOD 40501004 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə göstərilən 0.02 ha torpaq sahəsinin istifadədə olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Faktiki istifadə olunan 0,0290 ha torpaq sahəsinin 0,0240 ha hissəsi Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4724/2023 nömrəli mülki iş üzrə qərarında hazırda iddia olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətə verilməsinə dair araşdırılma aparılmış,iddia olunan torpaq sahəsinin cavabdehin (hazırkı iş üzrə üçüncü şəxs X3) faktiki istifadəsində olduğundan mütəxəssislərin texniki inventarlaşdırma işləri aparmasına maneə törədilməsi cavabdehə qadağan olunmuşdur. Göründüyü kimi iddia olunan torpaq sahəsinin aqrar islahat zamanı ümumi birgə mülkiyyətə verilməsi müvafiq Şəhadətnamə və subyektlər siyahısı ilə təsdiq olunmuşdur.Şəhadətnamədən göründüyü kimi iddia olunan 0,02 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, X11, X9, X15, X10, X13 və üçüncü şəxs X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-292A KOD 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçılar və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən, JN-292A KOD 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,02 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, X11, X9, X15, X10, X13 və üçüncü şəxs X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar