Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-470/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 1992-ci ilin sentyabr ayinin əvvələrində Çingiz Əliyevin komandir olduqu batalyonda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə getmiş və Kəlbəcər rayonunda döyüşlərə başlamişdır. Kəlbəcər rayonundan sonra Ağdərədə, Qozlu kəndində, Cildiran, Arqumer, Artunqamer, Hocaz kəndlərində döyüşmüşdür. Döyüş zamani ermənilərə qarşı uğurlu əməliyyatlarda iştirak etmişdir. Qozlu kəndində Erməni tankını ələ keçirib Qərargaha təhvil vermişdir. Həmin vaxt yaxşı döyüşçü olduğuna görə iddiaçıya Fərqlənmə yazilib komandir tərəfindən təqdim olunmuşdur. Həmin ilin sentyabr ayinin ortalarinda yaralanmış, kantuziya alıb, Balakən xəstəxanasında müalicə almışdır. Yenidən 1994-cü ilin yanvar ayında Gəncəyə, oradan da Füzuli-Cəbrayıl rayonlarında gedən döyüşlərə qatilmişdır. Həmin vaxtlar Füzulidə, Horadiz, Şişqaya istiqamətində gedən döyüşlərdə döyüşmüşdür. Sonra fevral ayinda iddiaçını Ağdama göndərdilər, Ağdam rayonunda Güllücə adlanan yerdə N nömrəli batalyonda döyüşmüşdür. Həmin vaxt may ayinin 12-nə kimi atəşkəs elan olunana kimi döyüşlərdə iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 04 mart 2024-cü il tarixli cavabında ona müharibə veteranı adı verilməsindən imtina etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2057 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 nömrəli əmrilə N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı komandirin xx.xx.N-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat olsa da, həmin əmr Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan N nömrəli hərbi hissə komandirinin fevral N-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu.
2. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 2057 saylı arxiv arayışı.
4. Şəki şəhər PŞ-nin xx.xx.2024-cü il tarixli 12229/2024 nömrəli məktubu, tələbnamə.
5. SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartası
6. Azərbaycan Respublikası Müdafiə Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1628 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarət olmuşdur.İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilimişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixində müvafiq hərbi hissənin sıralarına daxil edilməsinə baxmayaraq onun xx.xx.N-ci il tarixdən sonrakı xidməti barədə məlumat yoxdur. Təqdim olunan arxiv arayışından görünür ki, iddiaçı 1994-cü ildə hərbi hissəsi özbaşına tərk etmişdir. xx.xx.N-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1994-cü il tarixli adlı siyahısına əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi mükəlləfiyyətli İddiaçı Muhmadəli oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır. N N-li hərbi hissə komandirinin 01,02.1994-cü il tarixli 19 №-li əmrində sıravi X2 şəxsi heyət üzvlüyündən azad edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Balakən RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı Muxmais oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 6-cı MAT-a təyin olunmuşdur. 6-cı MAT-ın hərbi qulluqçusu, kiçik çavuş İddiaçı Məhəmməd oğlu hərbi hissəni xx.xx.1994-cü il tarixdən özbaşına tərk etdiyinə görə, N Ne-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 207 №-li əmrilə (əsas: §-4, səh-47, sıra-150, əmrdə atasının adı “Məhəmməd”, hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır, hərbi hissəni özbaşına tərk etdiyi tarix “xx.xx.1994-cü il” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: sıra-906, məlumatda atasının adı “Muxmais", “təvəllüdü 1975-ci il” yazılmışdır) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Balakən RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü İddiaçı Muxmais oğlunun hərbi hissə komandirinin 05.02.94-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və komandirin 15.02.95-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyasindən çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, əlifba qeydiyyatı kitabında yazılmış N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N Ne-li hərbi hissə komandirinin fevral N-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçının 1994-cü ildə hərbi hissəsi özbaşına tərk etməsi səbəbindən inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin 23-cü səhifəsində də həmin fakt təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə