Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-471/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, cavabdehin nümayəndəsi X23 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gedişgəliş üçün nəzərdə tutulmuş yolun X7, X1, X2, X3 və X8 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 14.11.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan və **********438-10301 reyestr nömrəli 08.11.2018-ci il tarixdə tərtib edilmiş 1307 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan çıxarılması, bununla əlaqədar reyestrdə düzəliş edilərək yeni sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala rayonu Əliabad qəsəbəsində "Qələbə" kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəlin 533-cü sətrində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X7, X1, X2, X3 və X8 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,11 ha, zəbt torpaq sahəsi kimi isə 0,17 ha torpaq sahəsi qeyd olunmuşdur. Həmin cədvəlin 535-ci sətrində X4, X5 və onların ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,15 ha torpaq sahəsi qeyd olunmuşdur. Bundan sonra Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarına istinadən, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X4 adına A-287588 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 31.01.2011-ci ildə 3335 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. X10 10.08.2009-cu ildə, X9 isə 12.02.2013-cü ildə vəfat etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi AR ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün X4 adına 05.09.2018-ci il tarixli 1433 nömrəli arayış verərək bildirmişdir ki, Əliabad qəsəbə inzibati ərazi dairəsinin 18 nömrəli təsərrüfatbaşına kitabın 35-ci səhifəsində mərhum X4 adına 1981-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin arayış və A-287588 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X4 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,10 ha, faktiki sahə 0,10 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1981-ci il qeyd olunmuşdur. Həmin 0,10 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X4, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 01.10.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Sözügedən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıların valideynlərindən onlara bərabər hissədə miras qalmış və onlar həmin miras əmlaka 04.10.2018-ci il tarixli 2V-638 və 2V-639 nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"ləri almışdırlar. Bundan sonra həmin "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,10 ha, faktiki sahə 0,10 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1981-ci il qeyd olunmuşdur. Həmin 0,10 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 1/5 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11.10.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi AR ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün X11 15.10.2018-ci il tarixli 1824 nömrəli arayış verərək bildirmişdir ki, Əliabad qəsəbə inzibati ərazi dairəsinin 11 nömrəli təsərrüfatbaşına kitabın 177 səhifəsində X7 adına 1975-ci ildə tikilmiş 2 mərtəbəli 4 otaqlı 105 kv.m ümumi, 75 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,11 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Eyni zamanda, Zaqatala Rayon Əliabad Bələdiyyəsi AR ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün X11 16.10.2018-ci il tarixli 1892 nömrəli arayış verərək bildirmişdir ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda ona və 5 nəfər ailə üzvlərinə verilmiş 0,11 ha həyətyanı, 0,17 və 0,66 ha bağ, 1,34 ha əkin pay İİ keyfiyyət torpaq sahəsi vardır. Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 15.10.2018-ci il tarixli 1824 nömrəli və Zaqatala Rayon Əliabad Bələdiyyəsinin 16.10.2018-ci il tarixli 1892 nömrəli arayışları əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X7 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,11 ha, faktiki sahə 0,1247 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1975-ci il qeyd olunmuşdur. Həmin 0,11 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X7, X1, X2, X3 və X8 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 14.11.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun qonşunun mülkiyyətindən çıxarılaraq yeni texniki pasport işlənilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin sonuncu 26.11.2020-ci il tarixli **********83 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış məlumatlarda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin əsaslarla dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın, texniki pasportun iddiaçının ərizəsi əsasında ləğv və ya düzəliş edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. Bundan sonra iddiaçılar mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş, qanunsuz olaraq X7, X1, X2, X3 və X8 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, gediş-gəliş yolunun, həmin yola dair torpaq sahəsinin sonuncuların mülkiyyətinə dair sənədlərdən çıxarılmasına, bununla əlaqədar reyestrdə düzəliş edilərək yeni sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Onlar tələblərini belə əsaslandırmışlar ki, sözügedən torpaq sahəsi 1970-ci illərdə kolxozun dövründə onlara verilmiş və onlar indiyədək orada yaşamışlar. Həmin ev və torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilmiş, torpağın qeydiyyata alınmasına əsas "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmuşdur. Mülkiyyətlərində olan həmin torpaq sahəsi, evə gedən yol evin və həyətin texniki pasportu, o cümlədən "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür. Lakin həmin yol üçün nəzərdə tutulan torpaq sahəsi onların qonşusu X13 tərəfindən zəbt edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəməyə 01.04.2021-ci il tarixli ərizə göndərərək iddianın nəticə hissəsində "sonuncuların mülkiyyətinə dair sənədlərdən çıxarılması" dedikdə X7 və qeyrilərinin adına qeydə alınmış 14.11.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hazırladığı **********438-10301 reyestr nömrəli fərdi yaşayış evinin 08.11.2018-ci ildə tərtib edilmiş 1307 inventar nömrəli texniki pasportu nəzərdə tutulur. Həmin sənədlərə baxdıqda açıq-aydın görünür ki, iddiaçıların mülkiyyətində olan evə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsi yuxarıda qeyd olunan sənədlərdə qanunsuz olaraq X7 və qeyrilərin mülkiyyətinə işlənmiş və onların mülkiyyəti daxilində zəbt torpaq sahəsi kimi göstərilmişdir. Cavabdeh iddia ilə bağlı 11.03.2021-ci il tarixli **********31 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şifahi məhkəmə baxışı 12.10.2021-ci ilə təyin edilmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbini bildirməmişlər. İddiaçı2 isə 05.10.2021-ci il tarixli ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə iddiaçıların və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, A-287588 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarına istinadən, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X4 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 31.01.2011-ci ildə 3335 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, X4 adına verilmiş Texniki pasportdan görünür ki, arayış və A-287588 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən onun adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,10 ha, faktiki sahə 0,10 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1981-ci il qeyd olunmuşdur. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,10 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X4, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 01.10.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, 2V-638 və 2V-639 nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lərdən görünür ki, 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıların valideynlərindən onlara bərabər hissədə miras qalmışdır. - İşdə olan, İddiaçı1 adına verilmiş Texniki pasportdan görünür ki, "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,10 ha, faktiki sahə 0,10 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1981-ci il qeyd olunmuşdur. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,10 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 1/5 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11.10.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, X7 adına verilmiş Texniki pasportdan görünür ki, Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.10.2018-ci il tarixli 1824 nömrəli və Zaqatala Rayon Əliabad Bələdiyyəsinin 16.10.2018-ci il tarixli 1892 nömrəli arayışları əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X7 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,11 ha, faktiki sahə 0,1247 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1975-ci il qeyd olunmuşdur. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,11 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X7, X1, X2, X3 və X8 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 14.11.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 26.11.2020-ci il tarixli **********83 nömrəli imtina məktubundan görünür ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış məlumatlarda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin əsaslarla dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın, texniki pasportun iddiaçının ərizəsi əsasında ləğv və ya düzəliş edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 2-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (2.1-ci maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2-ci maddə) Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) Cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25.05.2021-ci il tarixli arayışda bildirilmişdir ki, X4 adına olan A-287588 nömrəli 31.01.2011-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, X4 adına olan 28.09.2018-ci il tarixli texniki pasportda, İddiaçı1 adına olan 08.10.2018-ci il tarixli texniki pasportda göstərilmiş sxemlər bir-birinə uyğundur. Lakin Zaqatala rayonu Əliabad qəzəbəsində aparılmış torpaq islahatının nəticələri barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13.04.2018-ci ildə təsdiq edilmiş siyahılar və həmin siyahılara uyğun hazırlanmış elektron baza məlumatlarına uyğun deyil. Həmin sənədlərdə göstərilən 0,10 ha torpaq sahəsi X7 adına olan 08.11.2018-ci il tarixli texniki pasportda göstərilən 0,1247 ha torpaq sahəsi ilə üst-üstə düşmür. X7 adına olan 08.11.2018-ci il tarixli texniki pasportda göstərilən sxem Zaqatala rayonu Əliabad qəzəbəsində aparılmış torpaq islahatının nəticələri barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13.04.2018-ci ildə təsdiq edilmiş siyahılar və həmin siyahılara uyğun hazırlanmış elektron baza məlumatlarına uyğundur. X7 adına olan 08.11.2018-ci il tarixli texniki pasportda 147 kv.m zəbt torpaq sahəsi Zaqatala rayonu Əliabad qəzəbəsində aparılmış torpaq islahatının nəticələri barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13.04.2018-ci ildə təsdiq edilmiş siyahılar və həmin siyahılara uyğun hazırlanmış elektron baza məlumatlarına uyğun məhz şimal tərəfində göstərilmişdir. Məhkəmənin 08.06.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallara cavab tələb edilmişdir:
1. İddiaçı1 adına olan 08.10.2018-ci il tarixli texniki pasportda göstərilmiş 0,10 ha torpaq sahəsinin neçə yerdən küçəyə çıxışı vardır?
2. İddiaçı1 adına olan 08.10.2018-ci il tarixli texniki pasportda göstərilmiş 0,10 ha torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yol X7 adına olan 08.11.2018-ci il tarixli texniki pasportda göstərilən 0,1247 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 31.08.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir:
1. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının torpaq islahatının nəticəsi barədə 13.04.2018-ci ildə təsdiq etdiyi siyahılar və həmin siyahıya uyğun olaraq hazırlanmış elektron baza məlumatlarına əsasən, İddiaçı1 məxsus 0,10 ha torpaq sahəsinin küçəyə çıxışı yoxdur. Həmin torpaq sahəsinə çıxış onlara məxsus, həmin sahəyə bitişik digər torpaq sahəsindən keçməklə mümkündür.
2. Elektron baza məlumatlarına əsasən, İddiaçı1 məxsus 0,10 ha torpaq sahəsinin qarşısında yol göstərilməmişdir. İddiaçı1 məxsus 0,10 ha torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yol X12 məxsus 0,1247 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, iddiaçıların iddia ərizəsində göstərdiyi hallar, yəni onlara məxsus torpaq sahəsi üçün nəzərdə tutulmuş yolun üçüncü şəxslərə məxsus olan sənədlərə qanunsuz daxil edilməsi təsdiq olunmadı. Əksinə, müəyyən edildi ki, elektron baza məlumatlarına əsasən, İddiaçı1 məxsus 0,10 ha torpaq sahəsinin küçəyə çıxışı yoxdur, həmin torpaq sahəsinə çıxış onlara məxsus, həmin sahəyə bitişik digər torpaq sahəsindən keçməklə mümkündür, İddiaçı1 məxsus 0,10 ha torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yol X12 məxsus 0,1247 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Bu səbəbdən də iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gedişgəliş üçün nəzərdə tutulmuş yolun X7, X1, X2, X3 və X8 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 14.11.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan və **********438-10301 reyestr nömrəli 08.11.2018-ci il tarixdə tərtib edilmiş 1307 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan çıxarılması, bununla əlaqədar reyestrdə düzəliş edilərək yeni sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.