Məhkəmə qərarları › İş №2-1(116)-472/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-472/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-472/2020 04.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) XN, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqlərinin verilməsi üzrə komissiyanın 07.05.20N9-cu il tarixli cavab məktubu rədd edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.N975-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. 02.04.N994-cü il tarixdə Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılmış N nömrəli hərbi hissədə xidmət etmişdir. NN.04.N994-cü il tarixdə N nömrəli hərbi hissəyə gətirilmiş N avqust N994-cü il tarixdə N90 nömrəli hərbi hissəyə keçirilmişdir. Sonra isə N90 nömrəli hərbi hissəyə keçirilmişdir. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibədə atıcı olmuşdur. 22 oktyabr N997-ci il tarixdə hərbi xidmətdən qanunu qaydada tərxis edilmişdir. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyinə dair hərbi biletində qeyd edilib buna dair sənədlər var ki, iddiasına əlavə etmişdir. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı sənədi ala bilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda qeyd edilib ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməsinə və ya təqsirləndirici material olmasına dair məlumat müəyyən edilməmişdir" bu fakt onun Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edir. Sənədlərdə bütün bunlar qeyd edilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 07.05.20N9-cu il tarixli imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya daxil olmuş ərizəsinə cavab olaraq bildirir ki, "N90 və N nömrəli hərbi hissədə xidməti Atəşkəs dövrünə (N2.05.N994-cü il) təsadüf etdiyinə görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir” bu cavab məktubu subut edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 07.05.20N9-cu il tarixli cavab məktubu əsassızdır, qeyri qanunidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 07.05.20N9-cu il tarixli cavab məktubunu qeyri qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 04.07.20N9-cu il tarixli iclasının cavab məktubu əsassız hesab edilməli və ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, o qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 04.04.N994-cü il tarixdə hərbi xidmətə aparılmış ancaq, atəşkəs N2.04.N994-cü il tarixdə elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərtilə) mümkündür. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Cavabdeh imtinasında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, "Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələr üzrə komissiya”nın 03 05.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 24.04.20N9-cu il tarixli 9/2-5235 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, N90 və N nömrəli hərbi hissələrdə xidmətiniz atəşkəs dövrünə (N2.05.N994-cü il) təsadüf etdiyinə görə "Müharibə Veteram" adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Cavabdehin etirazının dəlilləri: İddiaçı iddia ərizəsində 02.04.N994-cü ildə N nömrəli hərbi hissədə xidmətə başlandığını, NN.04.N994-cü ildə N nömrəli hərbi hissəyə gətirildiyini, N avqust N994-cü ildə N90 nömrəli hərbi hissəyə keçirildiyini, döyüşlərdə iştirak etdiyini, 22 oktyabr N997-ci ildə hərbi xidmətdən tərxis olunduğunu göstərir və məhkəmədən ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmamışlar və döyüş əməliyyatları aparmış hərbi hissələrin siyahısında yoxdurlar. N90 nömrəli hərbi hissə N dekabr N993-cü ildən N2 may N994-cü ilə kimi döyüş əməliyyatları aparmışdır. Ancaq, iddiaçı N avqust N994-cü ildə, yəni atəşkəs barədə razılıq əldə edildikdən sonra N90 nömrəli hərbi hissəyə köçürülmüşdür. Hərbi hissə N2 may N994-cü ildən sonra döyüş əməliyyatları aparmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Hərbi hissə döyüş əməliyyatları aparmadığından, iddiaçı isə bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət yaralanma, travma, kontuziya) almadığından ona müharibə veteranı adı verilə bilməz. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 07.05.20N9-cu il tarixli N/C-5N34 nömrəli imtina məktubu, N4.0N.2020-ci il tarixli NN/2NN nömrəli iddiaya münasibəti və 20.0N.2020-ci il tarixli N/C-N66 nömrəli məktub, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N0.0N.2020-ci il tarixli 9/2-2N7 nömrəli, N3.0N.2020-ci il tarixli NN/N63 nömrəli, 23.0N.2020-ci il tarixli N/C-N054 nömrəli və N4.0N.2020-ci il tarixli NN/42N nömrəli məktubları, Şəki Şəhər Rayon Polis Şöbəsinin N6.0N.2020-ci il tarixli NN9-NN7N-N220 nömrəli məktubu, SHXÇDX-nin Ucar Rayon Şöbəsinin N6.0N.2020-ci il tarixli 45 nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9NN-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Müdafiə Naziliyinin 20.0N.2020-ci il tarixli N/C-N66 nömrəli məktubundan görünür ki, 29.0N.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına əsasən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, N90 nömrəli hərbi hissə 06.0N.N993-cü ildən N2.05.N994-cü ilədək, N nömrəli hərbi hissə 04.03.N992-ci il tarixindən N2.05.N994-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı isə N avqust N994-cü ildə, yəni atəşkəs barədə razılıq əldə edildikdən sonra N90 nömrəli hərbi hissəyə köçürülmüşdür. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsisübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: N.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N, 69, 75-ci, 7N-ci və N5-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqlərinin verilməsi üzrə komissiyanın 07.05.20N9-cu il tarixli cavab məktubunun rədd edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, N) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar