Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-473/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi , İddiaçı Zeynalabdin oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının işlədiyi 1981-1986-cı illər, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçının işlədiyi 1981-1986-cı illər, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. İddiaçı, ərizəyə əlavə etdiyi əmək kitabçasının və hərbi xidmət haqqında arayışa əsasən hesab edir ki, onun kifayət qədər (25 il 7 av 5 gün) əmək (sığorta) stajı vardır.Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh onun cəmi 10 il 11 ay 20 gün stajını qəbul edir. Lakin cavabdeh onun işlədiyi 14 il 7 ay 15 günü isə sığorta stajı kimi qəbul etmir.Qəbul etməməyin səbəbi isə əmək haqqının yazılmamasıdır. Əmək haqqının yazılmaması, təşkilatın həmin dövrlərdə dövriyyəsinin olmaması onun günahı deyildir. İşlədiyi təşkilat Danaçı Kənd Ticarət Birliyi olmuşdur. Cavabdehin imtinasından görünür o yalnız əmək haqqlarını axtarır. İmtina əsassızdır. Belə ki, oturuşmuş məhkəmə təcrübəsi ilə müəyyən olunmuşdur ki, yuxanda qeyd olunan imtina İlə mənim pensiya hüququm pozula bilməz. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda bildirilir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1981-1986-cı illərdə, xx.xx.1988-ci il tarixdən 01.01,1989-cu il tarixədək, 01,07.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə 25 il 07 ay 05 gün əmək stajı olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı eyni tələblə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-29368/2024 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Hesab edilir ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-29368/2024 nömrəli imtina məktubu qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan 2-1(116)-2087/2024 nömrəli iş üzrə iddia tələbi rədd edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən Mərkəzi filial tərəfindən 10 iİ 11 ay 20 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir: • xx.xx.1977-xx.xx.1979 • xx.xx.1976-xx.xx.1977 • xx.xx.1981-xx.xx.2004-cü illər üzrə əməkhaqqı aldığı dövrlər. İş materiallarında olan Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı Danaçı KTB-də xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 1981-1986-cı il tarixdə bütünlüklə, 1987-cı ildə 01 ay, 1988-ci ildə 07 ay, 1995-ci ildə 06 ay, 1996-cı ildən əmək fəaliyyətinin sonunadək iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sıqoıia stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəaliyyət dövrlərinin (müvafiQ icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq Qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında’’ Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları İlə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Nəzərə çatdırılır ki, Fondun 3 saylı Səki-Zapatala regional filialının Zaqatala rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan da göründüyü kimi İddiaçı Danaçı KTB-də işlədiyi dövrdə 1981-1986-cı il tarixlərdə, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ona əməkhaqqı ödənilməmişdir. Yuxanda qeyd olunan normalara əsasən, sözügedən dövrlərin iddiaçı A.Caravevin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1838/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının “xxx" firmasında 1996- 2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997- 1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar- aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Lakin apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli 2-1{102)-361/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır.
2. AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
3. 24 yanvar 2024-cü il tarixli akt və ona əlavə edilmiş əməkhaqqı cədvəli;
4. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş əməkhaqqı cədvəllərindən çıxarışlar;
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 260 nömrəli arayışı.
6. İddiaçıya məxsus İT ******* nömrəli əmək kitabçası.
Əsaslandırma hissəsi:
Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı dövrü xx.xx.1977-xx.xx.1979, xx.xx.1976-xx.xx.1977, xx.xx.1981-xx.xx.2004-cü illər üzrə əməkhaqqı aldığı dövr -10 il 11 ay 20 gündür. İş materiallarında olan Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Danaçı KTB-də xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 1981-1986-cı il tarixdə bütünlüklə, 1987-cı ildə 01 ay, 1988-ci ildə 07 ay, 1995-ci ildə 06 ay, 1996-cı ildən əmək fəalliyətinin sonunadək iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin iştirakı ilə təqdim edilmiş əməkhaqqı kitablarına baxış keçirilərək iddiaçının bəhs edilən dövrlər üzrə işlədiyi və adına əməkhaqqı müəyyənləşdirilən illəri və ayları hesablamış və cavabdehin mövqeyi ilə razılaşmışdır. Göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan bütün dövrlərin onun sosial sığorta stajına daxil edilməsi halında belə tələb olunan sosial sığorta stajı mövcud deyildir.Belə ki,iddiaçı xx.xx.1976-cı il tarixindən əmək fəaliyyətinə başlamış,daha sonra xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı hərbi xidmətdən sonra xx.xx.1981-ci ildən əmək fəaliyyətini xx.xx.2002-ci il tarixinədək davam etdirmişdir.Sonuncu tarixdən isə iddiaçı məzuniyyətə buraxılmışdır. Yuxarıdakılara əsasən iddiaçının əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrü xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu ilədək 2 il 11 ay 6 gün, xx.xx.1981-ci ildən xx.xx.2002-ci il tarixinədək 20 il 7 ay 27 gün olmaqla,cəmi 23 il 7 ay 03 gün təşkil edir.İddiaçının xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci ilədək əmək fəaliyyəti olmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. İddiaçı isə xx.xx.2002-xx.xx.2004-cü illər üzrə əməkhaqqı almamışdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının işlədiyi 1981-1986-cı illər, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə