Məhkəmə qərarları › İş №2-1(116)-475/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-475/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-475/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx xxxx 1992-ci ildən xx xxxxxxxx 1992-ci ilə kimi Qarabağ uğrunda döyüşlərdə iştirakını nəzərə alaraq Veteran adının və kompensasiyanın bərpası” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun xx xxxx 1992-ci ildən xx xxxxxxxx 1992-ci ilə kimi Qarabağ uğrunda döyüşlərdə iştirakını nəzərə alaraq Veteran adının və kompensasiyanın bərpası” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin 01 iyul tarixində Mingəçevir şəhər HK tərəfindən hərbi səfərbərliklə çağırılmış, 1992-ci ilin 03 iyul tarixində Qırmızı kənd uğrunda döyüşlərdə, ondan bir neçə gün sonra isə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirakı ilə bağlı bir neçə dəfə mükafatlandırılmışdır. O, 1992-ci ilin sentyabr ayının 15-də ordudan tərxis edilmişdir. İddiaçının 2006-cı ilədək “Müharibə veteranı” vəsiqəsi olmuş və ona bununla bağlı verilən kompensasiyanı almışdır. Sonradan iddiaçının veteranlığı ləğv edilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 11/534 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, inzibati iş materiallarından müəyyən edilir ki, İddiaçı x xxxx 1992-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsi tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, daha sonra ləğv edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 438 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygül (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Bərxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Belə ki, hazırkı iddia tələbinin predmentini iddiaçıya verilən “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi təşkil edir. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya onun müraciətinə xx.xx.2020-ci il tarixdə baxıldığını və onun “Müharibə veteranı” statusunun ləğv edildiyi üçün dublikatının verilməsinin mümkün olmadığı bildirilmişdir. Səbəb isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubu və Mərkəzi Arxivin xx xxxxxxx 2019-cu il tarixli nömrəli arayışı olmuşdur. Beləliklə də iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verildiyindən və ləğv edildiyindən dublikatın verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün hesab edilə bilməz. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx xxxx 1992-ci ildən xx xxxxxxxx 1992-ci ilə kimi Qarabağ uğrunda döyüşlərdə iştirakını nəzərə alaraq Veteran adının və kompensasiyanın bərpası” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar