Məhkəmə qərarları › İş №2-1(116)-476/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-476/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-476/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçıya 2-ci dərəcəli əlilliyinin (oqranizmin funksiyaların pozulmasının 61.80 faiz müəyyən edilməsi) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2021-ci il tarixdən dayandırılmış 2-ci dərəcəli əlilliyinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixlı məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya 2-ci dərəcəli əlilliyinin (oqranizmin funksiyaların pozulmasının 61.80 faiz müəyyən edilməsi) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Zərdab rayonu Körpükənd kəndində anadan olmuş, Zərdab RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994 cü ildə döyüş əməliyyatı zamanı yaralanmış,xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Zərdab rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqnoz: Nevrasteniya. isterik qıcolmalar. xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəlik- Diaqnoz: Nevrasteniya. isterik qıcolma. İddiaçı müddəti başa çatmış əlilliyin yenidən müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən əliliyin təyinindən imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Zərdab rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0260003AAGRC nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA- da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0274003AAM42 nömrəli 09.01,2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 674 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Nevrasteniya, isterik qıcolmalarla" diaqnozlu travmanın səbəb əlaqəsi ‘‘Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Zob toksiki forma. NSD, kardial forma’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi ‘Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir Qeyd etməliyik ki. vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş ‘‘Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, - Döyüş əməliyyatları nəticəsində keçirilmiş QKBT-dan qalıq əlaməti. Nevrasteniya. - Nevrostaniya nəzərəçarpan ipoxondrik sindromla, postravmatik ensefolopatiya, hipertenzion sindrom. Hipertenziv ensefolopatiya və qıcolma tutmaları ilə. Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq]. Ataktik yeriş,.Digər ikincili hipertenziya, Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya,.Sol mədəcik çatmamazlığı,Diffuz urla müşayiət olunan tireotoksikoz." anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müəyyən edilmir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmalardanşikayətlənmişdir. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən "Psixi sferada psixopatoloji simptomatika aşkarlanmır” kimi dəyərləndirilmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli olmuş, verilən suallara adekvat cavablar vermiş, medikamontoz preparatlardan Amitriptillin, Clonozepam qəbul etdiyini desə də, qəbul qaydasını izah edə bilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmala tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutması zamanı ətraflarının yığıldığını, bəzən insanlarla ünsiyyət qurduğu zaman yaddaşının qısamüddətli itdiyini, anlaqsız olduğunu bildirmişdir. Təqdim etdiyi Ege hospitalın instrumental müayinə (EEQ) nəticəsi ilə dalğaları arasında uyğunsuz aşkarlanmış, beləki EEQ müayinəsinin dalğalarında epiaktivlik müşahidə olunmamış, lakin nəticə olaraq epiletiform aktivlik qeyd olunmuş, nəticənin doğruluğuna şübhə yaranmışdır. Habelə digər baş-beynin instrumental müayinəsinin (MRT) nəticəsi epilepsiya xəstəliyinə uyğun nahiyələrinin patologiyasız olduğu müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verməmiş, vətəndaşda simulasiya əlamətləri izlənilmişdir. Təqdim olunmuş sənədlərə və klinik əlamətlərə əsaslanaraq, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform, cənqolma tutmaları ilə ifadə olunmuş astenik sindromla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. EGE Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fotostimulyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritmlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporo-parieto-oksipital bölgələrin, saq hemisferin sentro-parietal bölgələrin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma Hə)- aktiv epi-fəaliyyət” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 3464 nömrəli Həkim Psixiatr Komissiyasının Tibbi rəyində diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cənqolma tutmaları, ifadə olunmuş astenik sindromla” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. MedEra Hospitalın xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki serebral hemisferdə çoxsaylı xroniki işemik qliotik ocaqlar. Kəskin faza işeıniya izlənilmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf'na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015ci il tarixdə müayinə olunmuş və ona 1 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016ci il tarixdə müayinə olunmuş və ona 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Mərkəzi Həkim Komissiyasının 674 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 40002/2023 nömrəli Qərarı; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli Qərarı; - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2712/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7n xx.xx.2024-cü il tarixli 444/2024 nömrəli rəyi . Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7n xx.xx.2024-cü il tarixli T51/2024 nömrəli rəyində deyilir: “1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.4. SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X3” X7 müalicə müəssisəsi olmadığından İddiaçı hazırda V00104762MHC nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. -İş materiallarında olan tibbi sənədlərə əsasən o, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də həkim psixiatr komissiyası tərəfində xx.xx.2023-cü il tarixdə müayinə olunarkən ona “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla” diaqnozu müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli 100091886BYS nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla.” diaqnozundakı xəstəliklərə onda hazırda da rast gəlinir və diaqnoz stasionarlarda müalicələri zamanı anamnestik, klinik və laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir. -İddiaçı tibbi sənədlərində (2015; 2016-cı il tarxli Forma 088 və HHK- nın qərarı) onun “Nevrosteniya, isterik qıcolmalarla. NSD kardial forma” xəstəliklərindən əziyyət çəkməsi qeyd edilmişdir. 3.5.Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı İlə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Müəyyən edilmişdirm ki,iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqini tapır,lakin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may tarixli 2022-ci il 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının pozulması əlillik əlaməti təyin etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı Cavabdehnə qarşı “iddiaçıya 2-ci dərəcəli əlilliyinin (oqranizmin funksiyaların pozulmasının 61-80 faiz müəyyən edilməsi) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar