Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-476/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət etdiyi xx.xx.N011-ci il tarixdən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və N011.N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzunyyətə görə pul kompensassiyasnın (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının xidmət etdiyi dövr ərzində N №li hərbi hissənin 3- cü (Laza) sərhəd zastavasının rəisi vəzifəsində və N №li hərbi hissənin 6-cı (Filfili) sərhəd zastavasının rəis müavini vəzifəsində olduğu müddət (N009-N015-ci illər) ümumilikdə 68 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki, vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və N011,N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzunyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 yanvar N0N5-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 15 il müddətdə xidmət etmişdir. N №-li hərbi hissə komandirinin N avqust N018-ci il tarixli müvafiq əmri ilə zastava rəisi vəzifəsindən (mayor rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliyə görə X3 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əlavə olaraq bildirir ki, hərbi xidmət dövründə xəsarət almış, N-ci qrup əlildir. Uzun müddətdir ki, müalicə alır. Məlumat üçün bildirir ki, xx.xx.N009-cu il tarixdən xx.xx.N011-ci ilin tarixinədək N №-li hərbi hissənin 6-cı (Filfili) sərhəd zastavasnın rəis müavini və xx.xx.N011-ci il tarixindən xx.xx.N018-ci il tarixinədək həmin hərbi hissənin Laza sərhəd zastavasnın rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adı qeyd olunan sərhəd zastavalan NK-nin xx.xx.N00N-ci il tarixli 137 №-li qərarına əsasən yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında və DSX rəisinin xx.xx.N006-cı il tarixli 11 Xs-li və hal-hazırki əmr xx.xx.N0N0-ci il tarixli 041 №-li əmrində (xüsusi şəraitli sərhəd məntəqələrinin siyahısında) olmasına baxmayaraq xidmətim müddətində iddiaçıya veriləcək yüksəklik pulu, xüsusi mürəkkəb xidmət şəraitlə bağlı əlavə və əlavə məzuniyyət verilməmişdir. İlkin olaraq bu məsələ ilə bağlı N019-cu ildə Dövlət Sərhəd Xidmətinə müraciət olunmuş nəticə olaraq ona yalnız N015-N018-ci illər üçün Laza sərhəd zastavasında xidmət etdiyinə görə yüksəkliyə görə pul əlavəsi ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin iddiaçıya hesablanaraq ödənilməsi üçün təkrar ərizə ilə tərəfindən 06 sentyabr N0N3-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Cavabdeh tərəfdən imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, qoşmaya əlavə olunmuş DSX N006 saylı hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli, 0163 nömrəli nizami hissə üzrə əmrindən çıxarışa əsasən mayor İddiaçı 1-ci sərhəd komendantlığı komendantının təminat üzrə müavini vəzifəsindən azad olunmaqla DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 16 iyul N018-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş üzrə toplanmış müvafiq sənədlərə əsasən bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı İstifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair hissədə aşağıdakı nüansları qeyd etmək zəruridir: «Hərbi qulluqçuların statusu haqqındas Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; c) xəstəliyə görə məzuniyyət d) tədris-təlimi zamanı məzuniyyət; e) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; f) tədris məzuniyyəti; g) yaradıcılıq məzuniyyəti; h) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər i) əlavə məzuniyyət. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 1N1-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının N010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin N010-cu il 10 iyun tarixli N81 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin N8 sentyabr N01N-ci il tarixli, N17 nömrəli qərarına əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qanunvericilikdən də görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi yalnız növbəti məzuniyyətə münasibətdə qeyd olunub, belə olan halda istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi qanunvericiliyə əsasən mümkün deyil. Qoşmaya əlavə edilmiş N006 saylı hərbi hissə komandirinin N dekabr N01N-ci il tarixli, 0N87 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, 07 dekabr N01N-ci il tarixdən NN dekabr N01N-ci il tarixədək 15 (on beş) gün müddətinə xüsusi dağ şəraitinə görə məzuniyyəti Bakı şəhərində keçirməklə, 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı məzuniyyətə getmiş hesab edilmişdir. Həmin əmrin əsası kimi İddiaçı xx.xx.N01N-ci il tarixli raportu durur. Buradan da aydın olur ki, iddiaçıya N01N-ci il üçün xüsusi mürəkkəb dağ şəraitinə görə əlavə məzuniyyət verilmişdir və iddiaçının bu hissədə iddiası əsassızdır. Belə olan halda bu iş üzrə ET Kardiologiya İnstitutu məhkəmə işinə cəlb olunmalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.N0N3-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İddiaçıya məxsus 036961 seriya nömrəli vəsiqənin surəti.
3. Cavabdehin 19 iyul N0N4-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.
4. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N006-cı il tarixli 0NN0 nömrəli əmrindən çıxarışın surəti.
5. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N018-cı il tarixli 0163 nömrəli əmrindən çıxarışın surəti.
6. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cu il tarixli 076 nömrəli əmrindən çıxarışın surəti.
7. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cu il tarixli 010N nömrəli əmrindən çıxarışın surəti.
8. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cı il tarixli 0138 nömrəli əmrindən çıxarışın surəti.
9. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının xx.xx.N0N4-cü il tarixli məktubu.
10. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının xx.xx.N014-cü il tarixli məktubu Əsaslandırma hissəsi :
İPM-in N.N, N.N.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia iddiaçı ilə xidmət keçdiyi orqan arasında yaranmış inzibati mühakimə icraatı qaydasında baxılmalı olan iddiadır. İddiaçı hazırkı iddanı qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə tələbi qismən əsaslı hesab edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iki hissədən ibarətdir:
1. xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi;
2. N011,N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddia tələbinin xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi hissəsini əsassız hesab edir.Belə ki, iddia olunan əlavənin DSX-nin hərbi qulluqçularına ödənilməsi ilə bağlı məsələ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasında həll edilmişdir. Həmin Əsasnamənin 4.6-cı bəndində qeyd edilir ki,xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır. Müvafiq pul əlavəsi Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra hərbi qulluqçulara ödənilməsinə başlanılmışdır. Əsasnamədə sözügedən əlavələrin əvvəlki dövrlər üzrə xüsusi xidmət şəraitində qulluq etmiş şəxslərə (Əsasnamə qüvvəyə mindiyi tarixədək xidmət etmiş şəxslərə münasibətdə) ödənilməsini nəzərdə tutan, yəni onun retrospektiv qaydada tətbiqini nəzərdə tutan müddəalar yoxdur. Beləliklə, iddiaçı Əsasnaməyə istinadla sözügedən əlavələrin ödənilməsini tələb etmək hüququna malik deyildir. Göründüyü kimi iddiaçının tələb etdiyi (xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək) dövr üçün yüksəkliyə görə aylıq pul əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı özü də bildirir ki,ona N015-N018-ci illər üçün Laza sərhəd zastavasında xidmət etdiyinə görə yüksəkliyə görə pul əlavəsi ödənilmişdir. Məhkəmə hesab edir ki,iddia tələbi yuxarıda qeyd olunan hissədə əsassız,cavabdehin imtinası qanuni olmuşdur. Məhkəmə iddia tələbinin ikinci hissəsinə - “N011,N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki,iddia tələbi həmin hissədə əsaslıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər.Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Digər məzuniyyətlərdən fərqli olaraq, növbəti məzuniyyət kimi əlavə məzuniyyətin verilməsi barədə norma imperativ xarakter daşıyır, bununla bağlı şəxsin hər hansı bir əlavə sənəd təqdim etməsinə zərurət yoxdur. Şəxs növbəti məzuniyyətə çıxdıqda ona əlavə məzuniyyət də əlavə edilməklə təqvim ili ərzində bir dəfə vahid ümumi məzuniyyət verilir. Yəni xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı zabit heyətinə təqvim ili ərzində ümumi məzuniyyət 60 gün müddətinə verilir (45 gün növbəti məzuniyyət + 15 gün əlavə məzuniyyət). Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əsasən: - Maddə 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: i) əlavə məzuniyyət. - maddə 1NN. Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində N dəfəyə verilə bilər. Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir. Qanunverici əlavə məzuniyyət verilən hərbi qulluqçuları iki kateqoriyaya ayırmışdır:
1. 136-cı maddənin birinci hissəsinin a, b, v bəndlərində sadalanan şəraitdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa digər hərbi qulluqçular (məsələn, gizirlər, miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları və sair); N. 136-cı maddənin üçüncü hissəsində nəzərdə tutulan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qrupları. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunları komandanın xx.xx.N006-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən, uçuş işlərində olan zabit və gizirlər üçün əlavə güzəştlərin müəyyən edilməsi barədə” əmrdən görünür ki; - “Dəniz səviyyəsindən 1500 m və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısı” təsdiq edilmişdir; - “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı” təsdiq edilmişdir; - Dövlət Sərhəd Xidmətində uçuş işlərində olan, həmçinin möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 metr və daha yüksək) xidmət edən gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilmişdir; - Dövlət Sərhəd Xidmətində xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində xidmət edən zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilmişdir. Həmin əmrə əlavə edilmiş “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı”nda iddiaçının xidmət keçdiyi 6–cı sərhəd dəstəsi üzrə 3-cü Laza sərhəd zastavası xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir. Odur ki, N011-ci ildən etibarən iddiaçı Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulan 15 təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququna malik hərbi qulluqçuya aid edilmişdir. Deməli, iddiaçının əlavə məzuniyyət hüququ həmin tarixdən yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının N010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.N010-cu il tarixli N81 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 1N1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.N01N-ci il tarixli N17 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın N-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi ...Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, ... saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Qanuna edilmiş bu dəyişikliyin N010-cu ilin 1N iyun tarixinədək (yəni N010-cu il 11 may tarixli Qanunun qüvvəyə mindiyi günədək) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması məsələsinin müəyyən edilməsi məqsədilə N014-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.N014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Həmin Məcəllənin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. İddiaçı N011,N013-N018-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə