Məhkəmə qərarları › İş №2-1(116)-477/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-477/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-477/2021 03.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu 2 saylı notariat kontorunda 09 mart 2018-ci ildə 4Ə-55 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,35 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə əldə etmişdir. Bu barədə iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 27 mart 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan 0.35 ha torpaq sahəsi üzərində inşa etdirdiyi qeyriyaşayış binasına (mal-qara ferması) çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, **********59 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Şəki rayonu, Öryət kəndində yerləşən qeyri-yaşayış binasının (tövlə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə 19 mart 2018-ci il tarixli, A№244650 saylı torpaq sahəsinin planı və ölçüsü, 27 mart 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi əlavə edilsə də, inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 80-cı maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən, eyni zamanda ərazidə inşa edilmiş çoban evi təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində yalnız baş planda göstərildiyindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 19.03.2018-ci il tarixli, 244650 nömrəli Plan ölçü sənədinin surəti, RX seriyalı, ******* nömrəli, 27.03.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Öryət kəndində yerləşən 0.35 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ehtiyat fondu torpaqlarına aiddir. İş materiallarında olan iddiaçının Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladığı 04.03.2019-cu il tarixli məktubda qeyd edilir ki, Şəki rayonu, Öryət kəndində xüsusi mülkiyyətində olan 0.35 ha torpaq sahəsində kiçik sahibkarlıqla məşğul olmaq məqsədi ilə mal-qara saxlamaq üçün bir ədəd ferma binasını iddiaçı tikib başa çatdırmış, bina hazırda istifadəyə yararlıdır. İş materiallarında olan 29.04.2019-cu il tarixdə “X7” MMC tərəfindən tərtib edilən qeyri-yaşayış binasının eskiz-layihəsinin surətindən görünür ki, tikinti sahəsi 300 kv.m olan Şəki şəhəri, Öryət kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının sifarişçisi İddiaçıdur. Layihənin bütün səhifələri Şəki şəhərinin baş memarı tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan cavabdehin etiraz məktubuna əlavə edilən daşınmaz əmlakın 26.12.2019-cu il tarixli müayinə baxış aktının surətində qeyd edilir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır, daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktiki 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66.4 kv.m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29.4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. İş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparatının 31.03.2021-ci il tarixli, 2/417 nömrəli məktubunda qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 11 nömrəli evin 85 nömrəli mənzilində yaşayan İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Öryət kəndində xüsusi mülkiyyətində olan 0,36 ha torpaq sahəsində mal-qara saxlamaq üçün tikib başa çatdırdığı bir ədəd ferma binasının istifadəyə yararlı olduğunu bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Lakin müvafiq sənədlər təqdim edilmədiyindən vətəndaşa rəsmi cavab göndərilərək bildirilmişdir ki, torpaq sahəsinin mülkiyyətində olmasına və tikiliyə dair müvafiq sənədlər təqdim edildikdən sonra qaldırılmış məsələyə baxıla bilər. Həmin obyektin tikintisinə və rəsmiləşdirilməsinə icazə verilməsi barədə Şəki ŞİH-də məlumat yoxdur. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1-ci bəndinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü bəndinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü bəndinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 82.2-ci bəndinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Yuxarıda sadalanan normalardan göründüyü kimi iddiaçının inşa etdirdiyi mal-qara fermasının ölçüsü 100 kv.m-dən artıq olduğu üçün həmin obyektin tikintisinə məlumatlandırma icraatı şamil olunduğu üçün onun tərəfindən icra hakimiyyətinə məlumat verilmiş, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi icra hakimiyyətinin baş memarı tərəfindən təsdiqlənmişdir. Tkinti başa çardıqdan sonra icra hakimiyyətinə məlumat verilmişdir. Həmçinin daşınmaz əmlakın 26.12.2019-cu il tarixli müayinə baxış aktının surətində qeyd edilir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır, daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktiki 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66.4 kv.m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29.4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində İddiaçı inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara ferması) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz hesab edilir və onun üzərinə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində İddiaçı inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (malqara ferması) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar