Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-48/2023 10.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “onun sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "X12 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ X1 qeyri-düzgün bitişmiş sınığı. İİ barmağın medial deformasiyası. Diaqnoz ETTOİ-da arayış № -a/k 2801/7227 təsdiqlənib” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma halında "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, Sağ əlin qısa əzələlərinin hipotrofiyası”, "Oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcıbükücü kontrakturası”, "Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Əlin funksiyasının pozulması”, "Bükücü deformasiya" və sairə diaqnozu qoyulmuşdur. Həmçinin "Esensial [birincili] hipertenziya. Arteriyal hipertoniya", "Bilək kanalı sindromu. Vegetativ əlamətlərlə”, "Onikibarmaq bağırsağın xorası” və sairə xəstəlik diaqnozları ilə digər yanaşı xəstəlikləri də mövcuddur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. İddiaçı İİ qrup əlildir və ona pensiya təyin edilmişdir. Lakin 2021-ci ildən etibarən pensiyası əsassız olaraq dayandırılmışdır. Müddət ötdükcə xəstəliyi ağırlaşır. 2001-ci ildən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və həmin tarixdən də xəstəlikləri ağırlaşmağa başlamışdır. Tibb müəssisəsi tərəfindən 0288003AAGK5 saylı göndəriş Tibbi Sosial Ekspert Komissiyasına göndərilsə də diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S62 - Əl və bilək səviyyəsində sınıq => S62.4 - Əl daraq sümüklərin...; Diaqnozun mətni: Sağ əlin İl- İİİ əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin İİİ- İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON.” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S62 - Əl və bilək səviyyəsində sınıq => S62.4 - Əl daraq sümüklərin...; Diaqnozun mətni: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik -> DİGƏR: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll- İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-çü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə yarasından sonraki vəziyyət Sol əlin 2-3-4 barmaqların səhti travmaları .barmaqlar arası atrofiya geyd olunur; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-çü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güll...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-çü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə yarasından sonraki vəziyyət Sol əlin 2-3-4 barmaqların səhti travmaları .barmaqlar arası atrofiya geyd olunur; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-çü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T92 - Yuxarı...; Diaqnozun mətni: Bilək və əl səviyyəsində sınığın nəticələri, X12 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ X1 qeyri-qüzgün bitişmiş sınığı, ll barmağın medial deformasiyası, diaqnoz ETTOİ-da arayış №a/k 2801/7227 təsdiqlənib. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiyası, Oynaqların kontrakturası, ll-lll-İV-V barmaqlarin açıcı-bükücü kontrakturası; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: X12 silahli yaralanmasından sonrakı vəziyyət. İl-lll barmaqların proksimal falanqalarinin X6.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti xx.xx.2021- ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 929Ş nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “X12 silah yaralanmasından sonrakı vəziyyət. İl-lll barmaqlarin proksimal falangalarının qeyri- düzgün bitişmiş sınığı, İİ barmağın medial sinirin zədələnməsf’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifə) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlində olan ağrılardan şikayətlənmiş, müayinə zamanı sağ əlin iç və tış səthlərində çapıqlar izlənilmiş, əlin tutma funksiyası saxlanılmış, əl əzələləri atrofiyasız, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi” (TƏBİB) X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli Arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səthi travmalar 1993-cü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə yarasından sonraki vəziyyət Sol əlin 2-3-4 barmaqların səhti travmaları, barmaqlar arası atrofiya” diaqnozu ilə, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının 0288003AAGK5 nömrəli göndəriş üzrə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə dair imtina cavabında iddiaçıya qoyulmuş diaqnoz – “bilək və əl səviyyəsində sınığın nəticələri, X12 Silah Yaralanmasindan Sonraki Vəziyyət.X5 Falanqalarinin X6, ll X4. Diaqnoz ETTOİ-da ARAYİŞ №a/k 2801/7227 Təsdiqlənib.Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, X13 Əzələlərinin Hipotrofiyasi,Oynaqların kontrakturası, ll-lll-İV-V Barmaqlarin Açici-Bükücü Kontrakturası qeyd edilmiş, İmtina edilmənin səbəbi: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi göstərilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, idiaçının əlillik vəziyyətinin əyani müayinəsi aparılan zaman müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 9298 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “X12 silah yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ X1 qeyri-düzgün bitişmiş sınığı, İİ barmağın medial sinirin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifə) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlində olan ağrılardan şikayətlənmiş, müayinə zamanı sağ əlin iç və tış səthlərində çapıqlar izlənilmiş, əlin tutma funksiyası saxlanılmış, əl əzələləri atrofiyasız, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-643/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2023-cü il tarixli 655 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X11 tərtib edilmiş E00007495SXİ göndərişdə qeyd edilmiş “X12 silahla yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ X1 qeyri-düzgün bitişmiş sınığı” diaqnoz onun anamnestik, obyektiv-klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli a/k 2801/7227 nömrəli və xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışlarından görünür ki, iddiaçıya “X12 silahla yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ X1 qeyri-düzgün bitişmiş sınığı, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması” diaqnozu qoyulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi olmuşdur. Belə ki, cavabdeh orqan bildirir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçıya Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişi göndərişi əsasında qoyulmuş diaqnoz “Bilək və əl səviyyəsində sınığın nəticələri, X12 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ X1 qeyri-qüzgün bitişmiş sınığı, ll barmağın medial deformasiyası, diaqnoz ETTOİ-da arayış №a/k 2801/7227 təsdiqlənib. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiyası, Oynaqların kontrakturası, ll-lll-İV-V barmaqlarin açıcı-bükücü kontrakturası” olmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli a/k 2801/7227 nömrəli və xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışlarında arayışında iddiaçıya qoyulmuş diaqnoz “X12 silahla yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ X1 qeyridüzgün bitişmiş sınığı, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması” qeyd edilmişdir. Göründüyü kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının göndərişlərdə iddiaçıya qoyulmuş diaqnozun ETTOİ-da arayış №a/k 2801/7227 təsdiqləndiyi qeyd olunur. İstinad olunan arayışda qeyd olunmuş diaqnoz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışında qeyd edilmiş diaqnozla eynidir və səhiyyə müəssisəsi tərəfindən göndərilən sonuncu göndərişdə də ETTOİ-nin xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışına istinad olunur. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmamasının yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-643/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2023-cü il tarixli 655 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgün olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdeh orqanın “X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışda qeyd olunmuş diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmaması, əlin tutma funksiyasının saxlanılması, əl əzələlərinin atrofiyasız, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməməsi” ilə bağlı dəlili tamamilə əsassızdır. Belə ki, istinad olunan ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün müəyyən edilməsi onu deməyə əsas verir ki, faktiki olaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli a/k 2801/7227 nömrəli və xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışları əsasında tərtib edilmiş göndərişdə qeyd edilən məlumatlar yəni, göndərişdə sadalanan xəstəliklərlə bərabər, İİ-İİİ X1 qeyri-düzgün bitişmiş sınığı, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması iddiaçıya münasibətdə sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. ... 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); Göründüyü kimi iddiaçıya qoyulmuş əsas diaqnoz “oynaqların kotrakturası, X12 silah yaralanmasından sonrakı vəziyyət, İİ, İİİ X1 qeyri-düzgün bitişmiş sınığı” olmuş və həmin diaqnoz istinad olunan Əsasnamədə M24.5 kodu ilə 3-cü dərəcəli əlliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. İddiaçının xəstəliyinin ağırlaşması isə “bükücü deformasiya, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası” diaqnozu olmaqla istinad olunan Əsasnamədə M21.2 kodu ilə 3-cü dərəcəli əlliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. İddiaçıya qoyulmuş diaqnoz ona 3-cü dərəcəli əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabadeh orqan xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdehin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-48/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-48/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver