Məhkəmə qərarları › İş №2-1(116)-481/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-481/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-481/2021 08.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili X7, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X10, X4, X11, X18, X14 və X5) “həyat yoldaşı X3 məxsus Qəbələ rayon Hacallı kəndində yerləşən yaşayış evinin dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “həyat yoldaşı X3 məxsus Qəbələ rayon Hacallı kəndində yerləşən yaşayış evinin dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 07.01.2021-ci il tarixində məhkəməyə daxil olmuş və həmin tarixdə icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X6 ilə 08.07.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. A.Adıgözəlov 29.03.2016-cı il tarixdə vəfat etmişdir. Mərhumdan Qəbələ rayonu, Hacallı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi miras olaraq iddiaçıya qalmışdır. Torpaq sahəsi Qəbələ rayonu AİK-nın 19.01.1998-ci il tarixli, 13 saylı qərarı ilə ayrılmışdır. Həmin qərara əsasən 0.42 ha həyətyanı torpaq sahəsi mərhumun mülkiyyətinə verilmişdir. Qeyd olunan 0.42 ha torpaq sahəsi Ağamir Adıgözəlovla yanaşı X8, X9, X10, X4, X11, X18, X14 və X2 mülkiyyətinə verilmişdir. Qəbələ rayon, Hacallı kənd İƏD üzrə nümayəndəliyin 01.03.2018ci il tarixli 80 nömrəli arayışına əsasən iddiaçının həyat yoldaçşı vəfat etdikdən sonra mərhumun vərəsələri iddiaçı, X19, X15, X12, X20 qalmışdır. Qeyd olunan 0.42 ha torpaq sahəsindən 4.66 sotu iddiaçının həyat yoldaşının mülkiyyətində olmuşdur. Mərhum vəfat etməmişdən əvvəl özünə məxsus torpaq sahəsinin və yaşayış evinin bir hissəsinin iddiaçının adına keçirilməsi barədə vəsiyyətnamə təsdiq etdirmişdir. Vəsiyyətnamə Qəbələ rayon Notariat kontorunda 17.02.2014-cü il tarixdə təsdiq edilmiş, 2V-48 nömrə ilə reyestrdə qeydə alınmışdır. İddiaçı hazırda miras əmlakdan öz payının ayrılmasını istəyir. Torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ancaq fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Məhkəmənin 26.01.2021-ci il tarixli, 2-1(116)-481/2021 nömrəli qərardadı ilə X9, X10, X4, X11, X18, X14 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili, iddia ərizəsini imzalamaq səlahiyyəti verən etibarnaməni qüvvədən düşməsinə baxmayaraq, iddia ərizəsini özünün imzaladığını, iddiaçının dekabr ayında iddiaçının Azərbaycanda olmadığını, iddiaçının hal-hazırda da Türkiyədə olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəkili qeyd etmişdir ki, iddiaçı ölkə xaricində olduğundan iddia ərizəsini iddiaçının əvəzinə özü imzalamışdır. Lakin vəkil tərəfindən məhkəmə iclasında təqdim edilən 18.09.2018-ci il tarixli, 7E-4268 reyestr nömrəli etibarnamənin 2 il müddətinə verildiyi və həmin etibarnamənin müddətinin 18.09.2020-ci il tarixdə bitdiyi müəyyən edilmişdir. İddia ərizəsi isə 22.12.2020-ci ildə tərtib edilmiş, məhkəməyə 07.01.2021-ci il tarixdə daxil olmuşdur. Qeyd olunanlardan göründüyü kimi iddiaçının vəkili X7 iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığı halda o, iddia ərizəsini iddiaçının əvəzinə imzalamışdır. Hazırki iddia ərizəsi birbaşa iddiaçının iradə ifadəsi deyil və səlahiyyətsiz şəxs tərəfindən verilmişdir. Məhkəmə bunu formal xəta kimi qəbul etmir və bununla bağlı yardım edilməsini əsassız hesab edir. Məhkəmənin yardım etmək vəzifəsi hazırki hala şamil olunmur. İddiaçı özü iddia ərizəsini məhkəməyə göndərmiş olsa idi və bu zaman ərizənin imzalanmadığı aşkar olunduğu təqdirdə məhkəmə bunu formal xəta kimi qəbul edib, ona imzalanmış ərizəni göndərmək və ya məhkəməyə gəlib ərizəni imzalamaq üçün vaxt verə bilərdi. Həmçinin iş materiallarından göründüyü kimi 0.42 ha torpaq sahəsi JN-304F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə bir neçə şəxsin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq iddia ərizəsində onlar iddiaçı qismində göstərilməmiş və həmin şəxslər tərəfindən iddia ərizəsi imzalanmamışdır. İddiaçıya mərhum əri tərəfindən vəsiyyətnamə ilə qeydiyyata alınmasını tələb etdiyi evin bir otağı vəsiyyət edilmişdir. Həmin evə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamış və cavabdeh inzibati orqanın arxivində də mövcud deyil. Ümumiyyətlə vəsiyyətnamə olsa da, belə iddiaçı tərəfindən vərəsəlik işinin açılması üçün notariusa müraciət olunmamış, vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. İddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi 26.08.2019-cu il tarixli məktubdan vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). İddiaçı və onun vəkilinin diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “həyat yoldaşı X3 məxsus Qəbələ rayon Hacallı kəndində yerləşən yaşayış evinin dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar