Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-484/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1995-ci il tarixdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil olmuş və 1999-cu il tarixdə həmin texnikumu bitirmişdir. O, xx.xx.2001ci il tarixdə Şəki rayon Aşağı Göynük kənd orta məktəbinə musiqi müəllimi ixtisası üzrə işə qəbul olunmuş və hal-hazıradək həmin məktəbin müəllimidir. İddiaçı İİİ qrup əlilldir və 950833 nömrəli müavinət işi üzrə hər ayda 110 manat məbləğində sosial müavinət alır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 20 noyabr 2019-cu il tarixli **********3 nömrəli məktubla xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 12.1-ci maddəsinə istinadən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə tələb olunan sığorta stajı olduqda təyin edilir. Ona görə də əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə 42 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 9 il sosial sığorta stajı və 16200 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti də daxil edilməklə 8 il 1 ay sosial sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il sosial sığorta stajı müəyyən olunmuşdur. Məlumat üçün bildirirlər ki, vətəndaşa İİİ qrup əlilliyə görə sosial müavinət ödənilir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********0 saylı arayışı, xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazı, ВТЭ seriyalı 061650 nömrəli əlilliyə dair arayışın, ******* nömrəli əmək kitabçasının, AB-İİ seriyalı 048927 nömrəli diplomun təsdiqlənmiş surətləri, fərdi uçot məlumatındn çıxarış və iddiaçının müavinət işinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********0 saylı arayışından görünür ki, iddiaçı ömürlük İİİ qrup əlil olduğuna görə 950833 nömrəli müavinət işi üzrə hər ayda 110 manat sosial müavinət alır. İş materiallarında olan AB-İİ seriyalı 048927 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsil almışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixindən Şəki rayonu Aşağı Göynük kənd orta məktəbində musiqi müəllimi işləyir. İş materiallarında olan ВТЭ seriyalı 061650 nömrəli əlilliyə dair arayışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup ömürlük əlildir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 iyun 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 01 iyun 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı 01 iyun 2017-cı il tarixdə 40 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 8 il 4 ay sosial sığorta stajı tələb olunur (40 il - 15 il = 25x4ay /12 = 8 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və AB-İİ seriyalı 048927 nömrəli diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 8 il 4 ay sosial sığorta stajı var. (xx.xx.2006-cı il tarixinə kimi təhsil müddəti də daxil edilməklə 8 il 1 ay, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə kimi PAS-da qeyd olunan fərdi uçot məlumatlarına əsasən 10 il sosial sığorta stajı var) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-484/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-484/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver