Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-484/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlillikdən imtina barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “əlillikdən imtina barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xroniki prostatit, sadə və selikli irinli xroniki bronxit, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, xroniki obstruktiv pielonefrit, üçlü sinirin nevralgiyası, ürəyin hipertenziv xəstəliyi, ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstəliyi, kəskin bronxit, dəri və dərialtı toxumanın digər dəqiqləşdirilmiş yerli infeksiyaları və yumşaq toxumaların dəqiqləşdirilməmiş diaqnozları aşkar olunmuş xəstəliklərindən əziyyət çəkir. Həmçinin xx.xx.2019-cu ildə “dəri və dərialtı toxumanın kəsilməsi” cərrahi əməliyyatı olmuş, bununla bağlı xx.xx.2019-cu ilədək Cərrahiyyə şöbəsində müalicə olumuşdur. Eyni zamanda döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə nazik bağırsaq ilgələrinin çoxsaylı partlamış yaraları, yayılmış nəcisli-irinli pertonit, ağır intiksikasiya, sağ incik, qamışsümüyün sınığı, sol baldırın infeksiyalaşmış güllə yaraları ilə çoxsaylı xəsarətlər almışdır. Bununla əlaqədar zəruri sənədləri əlavə edir. Bu xəstəliklərilə bağlı iddiaçı demək olarki iflic, çarəsiz vəziyyətdədir, əmək qabiliyyətsizdir. Ümumilikdə, göstərilən xəstəliklər, aldığı çoxsaylı narkozlar, gecələr tez-tez yuxudan məcburi oyanmalar onda əsəb, yuxu və yaddaş pozğunluğuna, gərgin psixonevroloji duruma da səbəb olmuşdur. Normal həyat fəaliyyəti demək olar ki, tamamilə pozulduğundan nevroloq həkimin təyin etdiyi sair sakitləşdirici dərmanları zaman-zaman qəbul etmək məcburiyyətindədir. Bu xəstəliklərlə bağlı iddiaçıya 2018-ci ildən müddətli şəkildə, xx.xx.2021 -ci il tarixədək İİ qrup əlillik təyin edilmiş və müayinə zamanı da əlillik dərəcəsi qanuna müvafiq şəkildə təsdiq edilmişdir. Lakin keçdiyi son tibbi müayinənin nəticəsinə dair Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirilməsilə Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası ona əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. Bu imtinanı iddiaçı rəsmi olaraq xx.xx.2021-ci il tarixdə əldə edə bilmişdir. Bəhanə olaraq, əsas kimi onu göstərmişlər ki, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə sözügedən diaqnozlar üzrə əlillik təyinatı nəzərdə tutulmamışdır. Yuxarıda sadalaladığım digər xəstəliklərinə, ümumi sağlamlıq durumuma heç bir əhəmiyyət və qiymət verilməmişdir. Ona görə də cavabdehin bu imtinasını tamamilə əsassız və qanunsuz hesab edir. Cavabdehin xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə dair etiraz məktubunu məhkəməyə ünvanlayaraq qeyd etmişdir ki, X2 əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K92 - Həzm orqanlarının digər xəstəlikləri => K92.8 - Həzm orqanlarının digər dəqiqləşdirilmiş xəstəliklə...; Diaqnozun mətni: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi Sağ baldır sümüyünün güllə yaralamasından sonraki geyri düzgün bitişmiş sınığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K92 - Həzm orqanlarının digər xəstəlikləri => K92.8 - Həzm orqanlarının digər dəqiqləşdirilmiş xəstəliklə...; Diaqnozun mətni: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi.Peritonitə görə laporotomiyadan s\v Kəskin bağırsağ kecməməzliyi funksiyası pozulması Odlu silah yaralamasından Sağ baldır sümüyünün sonraki geyri düzgün bitişməyən sınığı Döş qəfəsinin sol yarısının yaralaması Sağ əlin İİ barmağın amputasiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi.Peritonitə görə laporotomiyadan s\v Kəskin bağırsağ kecməməzliyi funk...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K92 - Həzm orqanlarının digər xəstəlikləri => K92.8 - Həzm orqanlarının digər dəqiqləşdirilmiş xəstəliklə...; Diaqnozun mətni: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi.Peritonitə görə laporotomiyadan s\v Kəskin bağırsağ kecməməzliyi funksiyası pozulması Odlu silah yaralamasından Sağ baldır sümüyünün sonraki geyri düzgün bitişməyən sınığı Döş qəfəsinin sol yarısının yaralaması Sağ əlin İİ barmağın amputasiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi.Peritonitə görə laporotomiyadan s\v Kəskin bağırsağ kecməməzliyi funk...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0268003AACXK saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar -Hərbi əməliyyatlar nəticəsind digər növ və qəlpələrlə törədilmiş zədələnmələr ,odlu silah yaralamasından sonra laparotomiya,nazik bağırsağın ilgəklərinin tikilməsi hissəvi bağırsağ keçməməzliyi ,həzm funksiyasının pozulması Əlin hər hansı barmaqların travması Qamış sümüyünün distal Şöbəsinin sınığı Oynaqların kontrakturası Həzm orqanların başqa rublikalarda təsnif olunmayan tibbi proseduralardan sonra baş verən pozğunluqlarıCərrahi əməliyyatdan s\bağırsağ keçməməzliyi Xoşxassəli kəllə daxili hipertenziya Postkontuzion sidrom; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar -Hərbi əməliyyatlar nəticəsind digər növ və qəlpələrlə törədilmiş zədələnmələr, odlu silah yaralamasından sonra laparotomiya,nazik bağırsağı...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0268003AAF7X saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİV Sinif Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10- N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.1 - Xronik obstruktiv pielonefrit; Diaqnozun mətni: Xroniki obstruktiv pielonefrit, tez-tez kəskinləşən iki tərəfli xroniki pielonefrit.Xroniki böyrək xəstəliyi İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil NeroCərahiyyə xəstəxanasında ixtisaslaşmiş müayinə və reabilitasiya müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0268003AALXD saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hər iki baldırın sol əlin sol yuxarı ətrafı mina partlayışından sonraki yaralanma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə epikirizləri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0268003AALXD saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hər iki baldırın sol əlin sol yuxarı ətrafı mina partlayışından sonraki yaralanma. Nazik bağırsağın travması, Qarın boşluğunun odlu silah yaralanması(qəlpə) nazik bağırsağın dağılmış peritonit Japaratomiya əməliyyatınan sonraki vəziyyət. Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra baş verən pozğunluqları, Bitişmə xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir baradə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. . Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T72/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Yevlax rayon mərkəzi xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 0268003AALXD saylı göndərişlə göndərilmiş № 88 saylı arayışda olan diaqnoz “Hər iki baldırın, sol əlin, sol yuxarı ətrafın mina partlayışından sonrakı yaralanma, nazik bağırsağın travması, qarın boşluğunun odlu silah yaralanması (qəlpə), nazik bağırsağın dağılmış peritoniti, laporatomiya əməliyyatından sonrakı vəziyyət, həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra baş verən pozğunluqları, bitişmə xəstələyi” diaqnozu aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşmür. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə 2-1(116)-484/2022 nömrəli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi”-nin əvvəlki ekspertizanın aparılmasında iştirak etməmiş başqa ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi”-nin 258.1/KEŞ №-li ekspert rəyində əvvəlki rəydə olduğu kimi iddiaçıya qoyulmuş diaqnozun aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşməməsi, “komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə tibbi-müayinəsinə əsasən isə qoyulmuş diaqnozun aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin təyininin məhkəmə tibb ekspert komissiyasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir. Məhkəmə, sonuncu ekspert rəyini, əvvəlki rəylə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilmiş xəstəliklərin siyahısı ilə müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, 0268003AALXD saylı göndərişdə iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən qeyd edilən diaqnoz əlilliyin təyini üçün əsas deyil. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlillikdən imtina barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-484/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-484/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver