Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-484/2025 09.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx xxxxxx 1957-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İddiaçı 13 noyabr 1975-ci ildən 23 noyabr 1977-ci il tarixədək keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. Bu barədə SHXÇDX-nin Yevlax Rayon Şöbəsinin 01 aprel 2024-cü il tarixli 129 saylı arayışının əsli ərizəyə əlavə edilmişdir.Həmçinin, iddiaçı 1974-cü il tarixdə əmək fəaliyyətinə başlayaraq 02 dekabr 2002-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. 01 yanvar 2022-ci il tarixdə iddiaçının 65 yaşım tamam olmuş və 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra o rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehin 26 fevral 2024-cü il tarixli məktubu ilə bundan imtina edilmişdir. Lakin iddiaçı bununla razılaşmır. Hesab edir ki, “Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır. İddia ərizəsinə əlavə etdiyi ********** №-li VÖEN-nin surətindən görünür ki, 24 may 2006-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazına əsasən hazırki iş üzrə iddiaçı V.X3 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-45827/2024 nömrəli məktubla cavablandırılmışdır. Müvafiq məktuba əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975- ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, 01.01,1992-ci il tarixdənxx.xx.2002-ci il tarixədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 15 il 11 ay 11 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti zamanı 1994, 1995, 1997, 1999, 2001 və 2002-ci il tarixlərdə il ərzində, 1992-ci il tarixdə 9 ay, 1993-cü il tarixdə 10 ay, 1996-cı ıl tarixdə 11 ay, 1998-ci il tarixdə 9 ay, 2000-ci il tarixdə 11 ay adına əməkhaqqı hesablanmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan narazı qalan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Qanunun 22-1-ci maddəsini əsas gətirməklə xx.xx.2006-cı il tarixdən ********** nömrəli VÖEN-lə aktiv vergi ödəyicisi qismində qeydiyyata alınmasını, habelə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 mart 2024-cü il tarixli "Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi haqqında" məktubuna əsasən 2006cı il üzrə 39,60 manat pul məbləğində vəsaiti daşımalar üzrə sadələşdirilmiş vergi qaydasında ödədiy Beləliklə, sadalanan maddələrin məzmunundan da göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı 24 may 2006-cı il tarixdən vergi ödəyicisi qismində qeydiyyata alındığını və həmin il ərzində ümumilikdə 39,60 manat məbləğində vergi ödədiyini iddia etməkdədir. Bununla bağlı bildiririk ki, yuxarıda istinad edilmiş normalara əsasən MDSS haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların gəbulu 01 yanvar 2019cu il tarixdən etibarən vergi orqanlarına həvalə edilmişdir. Sözügedən tarixdən əvvəlki dövr üzrə MDSS haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 aprel 1997-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirmişdir. Buna baxmayaraq İddiaçı 2006-cı il üzrə ödədiyi 39,60 manat pul məbləği MDSS haqqı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deyil, vergi ödənişi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (Vergilər Nazirliyi) ödənilmişdir Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********517300 nömrəli məktubunda xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək MDSS haqları üzrə ödəniş olunmaması müəyyən edilmişdir. Beləliklə xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə iddiaçı tərəfindən muzdlu əməyindən əldə etdiyi gəlirdən məcburi dövlətsosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə heç bir ödəniş həyata keçirməmiş, habelə həmin dövrdən sonra pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının "Stal LLC" firmasında 1996-2000-ci illər üzrə əmək haqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997-1998-ci İllər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iddiaçının 1996-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Ali Məhkəmənin göstərilən mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı, habelə 2006-cı il tarixdən sonra vergi ödənişi qismində ödənilən məbləğin məcburi dövlət sosial sığorta haqqı göstərilərək pensiya kapitalı kimi nəzərə alınması maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi Öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. AZE 09335378 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Yevlax rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 129 nömrəli arayışı.
4. Azərbaycan Respublikası Yevlax-X1 Cəmiyyətinjin xx.xx.2022-ci il tarixli 01 nömrəli arayışı.
5. İşdə olan, cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır.
6. ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamənin surəti.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.
8. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçası.
Əsaslandırma hissəsi:
Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir.Belə ki,iddiaçı xx.xx.1975-cı ildən xx.xx.1977-ci ilə qədər hərbi xidmət dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyini şərtlərindən biri olan minimum sosial sığorta stajı tələbinin ödənilmədiyi müəyyən edilir. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçasına əsasən onun əmək fəaliyyəti dövrü başlandığı tarixdən (01 oktyabr 1974-cü ildən) başa çatdığı tarixədək (02 dekabr 2002-ci ilə qədər) olan dövr 28 il 2 ay 1 gündən ibarətdir.Həmin müddət daxilində isə iddiaçı 01 sentyabr 1985-09 mart 1986 və 01 fevral 1994-15 oktyabr 1996-cı il arası olan dövrdə (cəmi 3 il 10 ay 24 gün) əmək fəaliyyətini dayandırmışdır.Göründüyü kimi məhkəmə tərəfindən qalan digər dövrlərin nəzərə alınması halında belə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,onun tərəfindən xx.xx.2006 və xx.xx.2006cı il tarixlərində 19,80 manat olmaqla ödənişlər həyata keçirilmişdir.Lakin,həmin ödənişlərin təyinatı məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə deyildir.Belə ki,vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən müvafiq ödənişlər “daşımalar üzrə sadələşdirilmiş vergi” təyinatı üzrə ödənilmişdir.İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə