Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-487/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Yevlax rayon Nebətabad kənd İN tərəfindən tərtib edilmiş 05.01.1960-cı il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ana qrafasınada yazılmış “Cabbarova“ soyadının düzəldilərək “Vəliyeva” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayon Nebətabad kənd İN tərəfindən tərtib edilmiş 05.01.1959-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ana qrafasınada yazılmış “Cabbarova“ soyadının düzəldilərək “Vəliyeva” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı barəsində Yevlax rayon Nebətabad kənd İN tərəfindən tərtib edilmiş 05.01.1960-cı ildə 02 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydinin ana qrafasında iddiaçının anasının soyadı “Cabbarova” qeyd edilmişdir. İddiaçı, valideynləri arasında nikahın olmamasını və anasının soyadının “Vəliyeva” olmasını bildirərək müvafiq akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 28.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - iddiaçıya məxsus AZ-T 060890 nömrəli doğum haqqında şəhadətnamədən və 05.01.1960-cı il tarixli, 02 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, ana qrafasında X3 qeyd edilmişdir. - cavabdehin 08.03.2021-ci il tarixli 644 №-li arayışından və 22.08.2013-cü il tarixli 13 №-li ölüm haqqında akt qeydindən görünür ki, X4 20.08.2013-cü il tarixdə vəfat etmişdir. - cavabdehin 14.04.2021-ci il tarixli arayışından və 05.03.2022-ci il tarixli məktubundan görünür ki, X4 barəsində nikah haqqında akt qeydi aşkar edilməmişdir. - Yevlax rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(039)-1826/2021 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1959-cu ildə Yevlax rayonu Nərimanov kəndində doğulmuş İddiaçı atasının 22.04.1987-ci ildə vəfat etmiş X5 olması faktı müəyyən edilmişdir. - X6 filialının 10.01.2022-ci il tarixli məktubundan görünür ki, X1 doğum qeydi haqqında heç bir məlumat aşkar edilməmişdir. - X2 doğum haqqında akt qeydindən görünür ki, o, 06.11.1961-ci ildə doğulmuş, ana qrafasında X3 qeyd edilmiş, “Cabbarova” soyadının üzərindən xətt çəkilərək “Vəliyeva” qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdeh 19.04.2022-ci il tarixli məktubunda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbində iddiaçı Yevlax rayon Nebətabad kənd İN tərəfindən tərtib edilmiş 05.01.1959-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsini tələb etsə də, müəyyən edilir ki, müvafiq akt qeydi 05.01.1960-cı ildə tərtib edilmişdir. Həmçinin, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulduğundan akt qeydinin 05.01.1959-cu il tarixdə tərtib edilməsi mümkün ola bilməzdi. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtina məktubunda müvafiq akt qeydinin tarixini 05.01.1959-cu il qeyd etdiyindən, iddiaçı da tələbində həmin tarixi 1959-cu il olaraq göstərmişdir. İPM-nin 52-ci maddəsinə uyğun olaraq məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından iddiaçının hüquqi marağına uyğun olaraq düzəliş edilməsi tələb edilən akt qeydinin 05.01.1960-cı il tarixli 2 №-li akt qeydi olması qəbul edir. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://e-qanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq olaraq göstərilmişdir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi iddiaçının anası X4 ilə atası X5 arasında nikah bağlanması iş materialları ilə müəyyən edilmir. “Cabbarov” soyadı iddiaçının atasının soyadı olduğundan və yuxarıda qeyd edildiyi kimi tərəflər arasında nikah bağlanmadığından iddiaçının anası, Yusif Cabbarovun soyadına keçə bilməzdi. Belə olan halda Hamayıl Vəliyevanın soyadının iddiaçının doğum haqqında akt qeydində “Cabbarova” olaraq qeyd edilməsi düzgün olmamışdır. İddiaçının valideynlərinin rəsmi nikah olmadan ər-arvad münasibətində olmaları və birgə yaşadıqları müddətdə xx.xx.1959-cu ildə “Vidadi” adlı övladının doğulması Yevlax rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(039)-1826/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İşdə olan, iddiaçının bacısına (Əfruz Cabbarova) məxsus doğum haqqında akt qeydindən görünür ki, cavabdeh orqan “Cabbarova” soyadının üzərindən xətt çəkərək “Vəliyeva” qeyd etmişdir. Belə olan halda iddiaçıya münasibətdə akt qeydində düzəlişin edilməsindən imtina edilməsi mahiyyət etibarilə əsassız olmuşdur. Bundan başqa işdə olan mərhum Hamayıl Vəliyeva barəsində tərtib edilmiş ölüm haqqında akt qeydində də, sonuncunun soyadı “Vəliyeva” olaraq qeyd olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının doğum haqqında akt qeydində ana qrafasında, soyada düzəliş edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində Yevlax rayon Nebətabad kənd İN tərəfindən tərtib edilmiş 05.01.1960-cı il tarixli, 02 nömrəli doğum haqqında akt qeydində ana qrafasında qeyd edilmiş “Cabbarova“ soyadına düzəliş edilərək “Vəliyeva” qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.