Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4878/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “yığılmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “yığılmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5594/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsinin əsaslarına görə, “İddiaçı xx.xx.2008-ci il tarixdə müddətsiz ikinci dərəcəlik əlillik statusu verilmişdir. Diaqnoz olaraq, “Ağır müştərək travmaların qalıqları, kəllə-beyin silkələnməsi. Sağ baldırın travmanın 1/3-nin travmadan qopması” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdən isə orqanizmin funksiyasının 60%-i pozulması səbəbilə İddiaçı müddətsiz üçüncü dərəcəliəlillik statusu verilmişdir. Diaqnoz olaraq, “Baldırın travmatik amputasiyası. Sağ baldırın travmatik amputasiyası(1996). Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Sağ baldırın proksimal 1/3-nin ağrılı amputasion güdülü. Digər ikincili qonartozlar. Sağ diz oynağının İİ (ikinci) dərəcəli osteosrtozxu. İncik sümüyündə osteofit.” diaqnozu qoyulmuşdur. İddiaçı 2008-ci il tarixdən əlilliyə görə pensiya təyin edilsə də, bu günə qədər o, həmin pensiyadan bir manat belə ala bilməmişdir. İddiaçının ona təyin olunmuş pensiyanı ala bilməməsinin səbəbləri və yığılmış pensiya məbləğinin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunsa da, müraciətimizdən 35 gündən çox keçməsinə baxmayaraq bizə heç bir cavab verilməmişdir.”. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-17-1/2-167552/2025 nömrəli ərizəsində bildirmişdir ki, “Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış məktubla onun əlilliyinin xx.xx.2025-ci il tarixində müəyyən olunduğu və həmin tarixdən proaktiv qaydada ona əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümküniüynə dair’’ 10 aprel 2015-ci il tarixli 5 N2-İ1 Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu mərhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara görə hesab edirik ki, icraatınızda olan e-2-1(118)-5594/2025 nömrəli iş üzrə iddia tələbi mümkün hesab edilməməlidir. Qeyd edək ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını DTSERA müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi" Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Belə ki, iddiaçı əlilliyinin xx.xx.2008-ci il tarixində müəyyən edildiyini bildirməsinə baxmayaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən onun xx.xx.2008-ci il tarixindən əlilliyinin müəyyən edildiyi aşkar edilmir. Qeyd edək ki. iddiaçının əlilliyi xx.xx.2025-ci il tarixində müəyyən olunmuş və həmin tarixdən etibarən ona proaktiv qaydada əlilliyi müəyyən edilmiş şəxs sosial müavinət təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2025-cü il tarixli 3-17-1/2-Ə-70519/2025 nömrəli məktubda qeyd edildiyi kimi iddiaçının əlilliyə görə əmək pensiyası hüququna onun daha əvvəl əlilliyinin müəyyən edilməsinə dair məlumatlar “Əlillik” altsistemində yerləşdirilərək Mərkəzi Filiala məlumatlar təqdim edildikdən sonra baxıla bilər. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-cü il tarixli 3- 17-1/2-Ə-70519/2025 nömrəli məktubla iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır.” Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının vəkili xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümükün sayılmamasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçıya 2008-ci il tarixdə əlilliyin təyin edilməsi aşkar olunmayıb, mərkəzləşdirilmiş elektron sistemdə vətəndaşın əlilliyi 2025-ci ildə yanvar ayının 6-da müəyyən edilir. Həmin tarixdə iddiaçıya praktik qaydada əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmişdir. Hal-hazırda vətəndaşın tələbi 2008-ci illə bağlıdır. Həmin illərdə onla bağlı əlillik məlumatları aşkar edilməmişdir. Hesab edirik ki, burada cavabdeh orqan biz deyil DSERA olmalıdır. Həmin əlilliyin təyin edilməsi elektron sistemdə əlavə edildikdən sonra vətəndaşa pensiya təyin edə bilərik. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunun surəti.
2. 04.06.2025-ci il tarixli 3-17-1-1-Q-34136/2025 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarın surəti.
3. 25.02.2025-ci il tarixli 3-17-1-1-Q-34136/2025 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarın surəti.
4. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müayinə olunmuş və 3-cü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
Əsaslandırma hissə: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı yığılmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi məqsədi ilə 09 fevral 2026-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik statusuna əsaslanarq ona həmin dövrdən ödənilməli olan pensiyanın verilməsi tələbi ilə çıxış etsədə, buna dair heç bir sübut təqdim etməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyi xx.xx.2025-ci il tarixində müəyyən olunmuş və həmin tarixdən etibarən ona proaktiv qaydada əlilliyi müəyyən edilmiş şəxs qismində sosial müavinət təyin edilmişdir. Belə olan halda cavabdehin üzərinə mövcud olmayan hüquqmüəyyənedən sənəd (xx.xx.2008-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlilliyin təyini) üzrə öhdəliyin qoyulması tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “yığılmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev