Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-49/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyonyeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə İddiaçı-yə məxsus olduğundan həmin tikinti obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı-nin direktoru X9 cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə ona məxsus olduğundan həmin tikinti obyekti üzərində onun yəni, X4 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayonunda yerləşən İddiaçı-yə məxsus pavilyon-yeməkxana Tikinti obyektinin istismarına 04 nömrəli icazə sənədi və digər sənədlərə əsasən iddiaçıya məxsusdur. Belə ki, həmin MMC-nin iddiaçıdan əvvəlki təsisçisi X5 olmuşdur. A.Nəcməddinov MMC-yə məxsus ayrılmış 0.40 ha torpaq sahəsində yeməkxana binasının tikintisinə başlayarkən iddiaçı ona 5000 (beş min) manat pulu köməklik məqsədilə ödəmişdir. Bir müddət sonra A.Nəcməddinov özünə məxsus “xxxx” MMC-nin təsis sənədlərini iddiaçının adına keçirmiş və həmin vaxtdan indiyə kimi “xxxx” MMC-nin təsisçisi və direktoru iddiaçı X6r. S.Nəcimətdinov bildirir ki, “xxxx” MMC-yə məxsus yeməkxana binasının 50 faizi MMC-nin, digər 50 faizi isə dövlət hesabına müştərək qaydada tikilmişdir. S.Nəcimətdinov cavabdeh orqana müraciət edərək, 0.40 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə İddiaçı-yə məxsus olduğundan həmin tikinti obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********56 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı-nin direktoru X2 şəhəri ərazisində X24 aid 0.40 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası X14 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. Vətəndaşın müraciətinə əsasən Azərbaycan Respublikası X14 Komitəsinin 18 saylı Ərazi şöbəsi ilə birlikdə müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, “xxxx” adlı yeməkxananın tikintisi üçün 1990-cı il fevral ayının 23-də Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə şəhərin şimal hissəsində, mövcud konserv sexinin şimalında X25nun daşlı-çınqıllı ərazisində 0.40 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılması üçün həmin il “Azərbaycan” Asossasiyası ilə Oğuz rayon Aqrokombinatının birgə yaratdıqları “xxxx” Müştərək müəssisəsi müraciət etmişdir. Müştərək müəssisəsinin Nizamnaməsi xx xxxxxx 1989-cu ildə Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin 265 saylı qərarı ilə qeydiyyata alınmışdır. Bina 1990-cı ildə həmin müştərək müəssisə tərəfindən müəssisənin nizamnamə fondunu təşkil edən, Oğuz rayon Aqrokombinatının müəssisəsinin nizamnaməsində nəzərdə tutulan məbləğdə pay haqqı da daxil olan vəsait hesabına inşa edilmişdir. Sonralar “Azərbaycan” Asossasiyası fəaliyyətini davam etdirmiş, 1999-cu ildə rayon Aqrokombinatının varisi olan X20 İdarəsi ləğv edilmişdir. Hesab edilir ki, “xxxx” yeməkxanasının mülkiyyət növü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin şərh edilməsinə dair x xxxx 2000-ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “Nizamnamə Kapitalında dövlətə məxsus paylar olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların idarə olunması qaydalarına, AR Ədliyyə Nazirliyinin “Müştərək müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus olan payların yenidən qiymətləndirilməsi və həmin pay üzərinə mülkiyyət hüququnun əldə edilməsinin rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat”a uyğun olaraq qiymətləndirilməlidir. Qeyd olunan daşınmaz əmlak obyekti dövlət əmlakı kimi 186849 nömrə ilə registrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X14 Komitəsi haqqında” Əsasnamənin 2.0.5-ci yarımbəndinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini Komitə həyata keçirir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi üsulları müəyyən edilmişdir. Qanunun 16.1.4-cü maddəsinə əsasən sözügedən üsullardan biri dövlət əmlakının hərraclar vasitəsilə satışıdır. Buna əsasən dövlət mülkiyyətində olan sözügedən obyekt dövlət əmlakını idarə edən və özəlləşdirən səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə dövlət mülkiyyətində olan torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli, 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X14 Komitəsi haqqında” Əsasnamənin 7.3-cü bəndinə uyğun olaraq dövlət əmlakının, o cümlədən dövlət torpaqlarının özəlləşdirilməsi X14 Komitəsi tərəfindən həyata keçirilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanına əsasən, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri dövlətin mülkiyyətindədir və həmin torpaq sahələri qanunvericiliklə müəyyən olunmuş qaydada X14 Komitəsi tərəfindən özəlləşdirilir. Eyni zamanda bildirilir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq X24 aid torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Qeyd olunan səbəblərdən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Bundan sonra X3 İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx xxxxx 2017-ci il tarixli, 2-1(84)-426/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2-1 (84)-1718/2017 saylı qərardadları ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda bildirilir ki, sözügedən qeyri-yaşayış binası üzərində mübahisə var. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin “xxxx” MMC-nin “xxxx” Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyata alınması ilə bağlı 10 saylı Ərazi Vegilər İdarəsinə qarşı qüvvədə olan məhkəmə qərarları var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 272 nömrəli qərarının surətindən müəyyən edilir ki, qərara əsasən “Azərbaycan” Assosasiyası ilə Vartaşen rayon Aqrokombinatının müştərək “xxxx” müəssisəsinin Nizamnaməsi qeydə alınmışdır. İş materiallarında olan Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin fevral 1990-cı il tarixli, 43 nömrəli qərarının surətindən müəyyən edilir ki, “Azərbaycan” Assosasiya Birliyi ilə rayon Aqrokombinatının yeni yaradılmış “xxxx” müştərək müəssisəsinə rayonun konserv zavodunun şimal hissəsində, meşə təsərrüfatına məxsus daşlı-çınqıllı sahədən pavilyon-yeməkxana tikintisi üçün 0.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, MMC-nin təsisçisi X6r (Nizamnamədə adı “Sadi” qeyd edilmişdir). İş materiallarında olan FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ nin xx.xx.2016-cı il tarixli Müayinə aktının surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində “xxxx” müştərək müəssisəsinə aid qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında vizual texniki müayinə zamanı konstruktiv elementlərdə nöqsan və zədələrə rast gəlinməmişdir. İş materiallarında olan FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X15 Qrupunun xx.xx.2016-cı il tarixli, 694 nömrəli Texniki müayinə rəyinin surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində yerləşən “xxxx” müştərək müəssisəsinə aid 1 mərtəbəli qeyriyaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. İş materiallarında olan FHN X18 Xidmətinin xx.xx.2016-cı il tarixli, 1344 nömrəli Aktının surətindən müəyyən edilir ki, İddiaçı-yə məxsus 1 mərtəbəli iaşə obyekti yanğın təhlükəsizliyi tələblərinə cavab verir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 04 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən bir mərtəbəli pavilyon-yeməkxana binasının istismarına xx.xx.2016cı il tarixdən icazə verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-945/2017 nömrəli qərarı ilə həmin iş üzrə cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinin üzərinə Vartaşen (Oğuz) rayon XDS İcraiyyə Komitəsinin fevral 1990-cı il tarixli, 43 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində tikilmiş qeyri-yaşayış binasının istismarına icazə sərəncamının verilməsi öhdəliyi qoyulmuşdur. Qərardan həmin iş üzrə üçüncü şəxs İsrayıl Məmmədov tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-41/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-945/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-885/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-1767/2017 nömrəli qərardadı ilə həmin iş üzrə iddiaçı X7 cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı) “Oğuz Rayon İcra Hakimiyyətinin İddiaçıyə verdiyi xx.xx.2017-ci il tarixli, 04 nömrəli tikinti obyektinin istismarına icazənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-89/2018 nömrəli qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-1767/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-690/2018 nömrəli qərarı ilə həmin iş üzrə cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı-nin “xxxx” Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatının aparılması öhdəliyi qoyulmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)- 372/2019 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-690/2018 nömrəli qərarı ləğv edilmiş, İddiaçı-nin cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı-nin “xxxx” Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Dövlət mülkiyyətinə aid olub X25 torpaqlarıdır. Faktiki sahəsi 0.75 hektardır, döngə nöqtələrinin koordinatları tərtib edilən sxemdə göstərilmişdir. Həmin torpaq sahəsi X9 tərəfindən istifadə olunur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2021-ci il tarixli, **********97 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlak sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin sözügedən qeyri-yaşayış binası barədə heç bir dövlət qurumu tərəfindən məlumat təqdim edilmədiyinə görə həmin obyektə dair dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət mülkiyyətində olan torpaq kimi qeydiyyata alınmışdır. Eyni zamanda bildirilir ki, əldə edilən sənədlərə əsasən “Azərbaycan” Asossasiyasi ilə Oğuz rayon Aqrokombinatının birgə yaratdıqları “xxxx” müştərək müəssisəsinin nizamnaməsi Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 23 nömrəli qərarı ilə qeydiyyata alınmış və müştərək müəssisəsdə dövlətin payı 50% təşkil edir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 1 mərtəbəli pavilyon-yeməkxananın yerləşdiyi torpaq sahəsi X24 aiddir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir (1-5-ci bəndlər). Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyonyeməkxana obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 477 manat 40 qəpik İddiaçı-dən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-49/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-49/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver